Axtarış
The search found 105859 results in 0.074 seconds.
Search results
SON DƏQİQƏ: Ermənistana keçən AZƏRBAYCANLI SAXLANILDI
Bu günlərdə Ermənistanın Ararat vilayətində Rusiya sərhədçiləri azərbaycanlını saxlayıblar.
Muxalifet.az publika.az-a istinaden xəbər verir ki, bu haqda səxsi mənbələrə istinadən “Jamanak” qəzeti yazıb.
“Mənbələrdən biri bildirdi ki, o, Gürcüstan vətəndaşıdır, amma milliyyətcə azərbaycanlıdır. Onun hansı səbəbdən sərhədi pozduğu və Ermənistan ərazisinə necə keçdiyi məlum deyil”, - nəşr qeyd edib.Muxalifet - 15-12-2018
Hollandiyada qırmızı papaqlıların etirazı başladı - FOTO
Hollandiyada başında qırmızı beret olan minlərlə insan küçələrə axışıb.
Nümayişçilər universitet büdcələri ilə təhsil stipendiyalarının azaldılması və iş şərtlərinə etiraz edirlər.
Lahey şəhərinə toplaşan tələbə və müəllimlər təhsillə bağlı məsələlərə etiraz edərək hökumətə reaksiya göstərib. Minlərlə etirazçı Koekamp meydanına toplaşıb.Muxalifet - 15-12-2018
2020-ci ildə dünyada kütləvi işsizlik gözlənilir - Səbəbi və həlli yolları Bakıda müzakirə olunur
Bu gün dünyada böyük problemlərdən biri işsizlikdir və 2020-ci ildə dünyada kütləvi işsizlik gözlənilir.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisdə Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransında Oksford Universitetinin professoru Daniel Susskind deyib.
Professorun sözlərinə görə, bu problemin kökündə isə elm və texnologiyanın sürətli inkişafı və onun həyatımıza, əl əməyinə ciddi təsiri dayanır:Muxalifet - 15-12-2018
Mərhum azərbaycanlı nazirin nəvəsindən ermənilər üzərində möhtəşəm qələbə: BİRİNCİ OLDU - FOTO/VİDEO
Mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevin Sara Əliyeva ilə evliliyindən olan qızı Aliyə Rusiyada keçirilən "Во Весь Голос 2018" beynəlxalq musiqi televiziya müsabiqəsində qalib gəlib.
Muxalifet.az xəbər verir ki, bu barədə Aliyə Əliyeva özü məlumat verib:
Muxalifet - 15-12-2018
Sürücülərə xəbərdarlıq
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə xəbərdarlıq edib.
Qurumdan Muxlifet.az-a daxil olan məlumata görə, Bakı şəhəri, Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından Bakı Dairəvi-1 avtomobil yoluna çıxan istiqamətdə, həmçinin Bakı Dairəvi-1 avtomobil yolunun Lökbatan dairəsi istiqamətində üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılır.
Bu üzdən sürücülərdən sözügedən istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.Muxalifet - 15-12-2018
Elə bir yer darmadağın edildi ki... - Türkiyə tarixində İLK və ABŞ-a DƏQİQ MESAJ
Türkiyə Silahlı Qüvvələri dekabrın 13-də İraqın Karacak Dağı bölgəsində keçirdiyi əməliyyatla ABŞ-a dəqiq mesaj verdi.
Bu haqda Türkiyənin “Yeni Şəfəq” nəşri yazıb.
Türkiyə Suriyada Fərat çayının şərqində həyata keçirməyə hazırlaşdığı hərəkat öncəsi Karacak Dağı bölgəsinə PKK terror təşkilatına, həmçinin təşkilatın silah-sursatla təchizatına ağır zərbə vurdu. Nəşrin yazdığına görə, ABŞ ərbil yaxınlığındakı Həriri bazasına endirdiyi silahları bu marşrut üzərindən Suriya və PKK-ya çatdırırdı.Muxalifet - 15-12-2018
Şahin Mövsümovun 100 milyonuq borcunun AQİBƏTİ - “Əmanətlərin Sığortalanması Fondu pərdəarxası danışıqlar aparır”
Lisenziyası ləğv edilmiş banklarda həm dövlət xidmətləri, həm şirkətlər, həm də əhalinin kifayət qədər vəsaiti qalıb. Amma faktiki olaraq pullar geri qaytarılmır. Lisenziyası ləğv edilmiş banklarda Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin 30 milyon manata yaxın pulu qalıb. Həmin vəsait də geri qaytarılmır.
Əmanətlərin Sığortalanması Fondu hələlik nə problemi həll etməkdə maraqlı görünür, nə də faktiki olaraq müflis olan banklarda qalan pulları ödəyir.
Muxalifet - 15-12-2018
Məşhur uşaq markası 40 milyard itirdi - Xərçəng yaratdığını bilirmiş...
ABŞ-ın məşhur uşaq markası olan “Johnson & Johnson” şirkəti 39,8 milyard dollar itirib.
Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, məlum olub ki, şirkət illərdir uşaq kirşanının (“prisıpka”) tərkibində sağlamlıq üçün təhlükəli olan asbestin olmasından xəbərdardır və bunu gizlədib. Xəbərin yayılmasından sonra şirkət tarixinin ən ağır günlərini yaşayır.
“Johnson & Johnson” yayılan iddiaları təkzib edib, onu birtərəfli, yalan və təhrikedici adlandırıb.Muxalifet - 15-12-2018
ƏN EHTİRASLI QAN QRUPU HANSIDIR?
Qan qrupunun cinsi həyata təsir etdiyini bilirdinizmi?
Bəli, qan qrupu yataqdakı performansa və davranışlara təsir edir. Bir çox elmi araşdırmaların nəticələri də bunu sübut edib. Alimlər qan qrupunun birbaşa ehtirasla əlaqəsi olduğunu bildirirlər.
I qan qrupunun qadınları:
Çox ehtiraslıdırlar. Seks onlar üçün vaz keçilməz bir həzzdir. Kişilərin ağlını başından alan paltarlar geyinməkdən xoşları gəlir. Bu qadınlarla bir dəfə sekslə məşğul olsanız, ondan ayrılmağı ağlınızdan belə keçirməyəcəksiniz.Muxalifet - 15-12-2018
Metroda DƏHŞƏTLİ HADİSƏ: relslərin üzərinə atıldı, qatar üstündən keçdi - FOTO/VİDEO
İstanbul metrosunun Osmanbəy stansiyasında dəhşətli hadisə baş verib.
Muxalifet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, relslərin üzərinə düşən bir nəfər üstündən qatarın keçməsi nəticəsində həyatını itirib.
Polis hadisənin intihar, yoxsa qəza olduğunu araşdırır. Hadisə ilə əlaqədar Osmanbəy-Yenikapı xəttində hərəkət bir müddət dayandırılıb.Muxalifet - 15-12-2018
Lukaşenko: "İlham Əliyev borunu Ermənistandan keçirməyi və bu ölkəni bərpa etməyi təklif etdi" - DAHA BİR SƏS-KÜYLÜ BƏYANAT
Xəbər verdiyimiz kimi, Belarus prezidenti Aleksandr Lukaşenko dünən Rusiya jurnalistləri ilə söhbətdə Qarabağ münaqişəsinin nizama salınmasında öz rolundan danışmışdı.
Virtualaz.org BELTA-ya istinadən xatırladır ki, Belarus lideri və Rusiya prezidenti Vladimir Putin Ermənistanın sabiq prezidenti Serj Sarkisyanı hər vəhclə birinci Qarabağ müharibəsi dövründə erməni ordusu tərəfindən tutulmuş Qarabağ ətrafındakı beş rayonun qaytarılmasına razı salmağa çalışıblar. Ancaq S.Sarkisyan bu sülh təşəbbüsündən imtina edib.Muxalifet - 15-12-2018
Gəncə hadisələri ilə bağlı həbs edilən daha bir qrupun işi məhkəmədə
Gəncə hadisələri ilə bağlı təqsirli bilinərək həbs edilən Kamal Quliyev, Raul Süleymanov, Kamal Məmmədtağıyev, Rauf Qurbanzadə, Samir İbrahimov, Mireşqin Seyidov, Əli Rzayev, Xəyal Qafarov, Qadir Hüseynov, Vüqar Allahverdiyev və Ülvi Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Muxalifet.az Teleqraf.com-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxslərin barəsində toplanan cinayət işi üzrə material baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Dadaş İmanovun icraatına verilib.Muxalifet - 15-12-2018
Müdafiə Nazirliyi DSX ilə bağlı məsələyə aydınlıq gətirdi
Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttinə Dövlət Sərhəd Xidmətinin bölmələrinin nəzarət etmələri məsələsinə aydınlıq gətirib.
Muxalifet.az bildirir ki, Müdafiə Nazirliyindən report-a verilən məlumata görə, dövlət sərhədinin bu hissəsində, əməliyyat şəraiti baxımından nisbətən sabit və düşməndən 2000 metrədək uzaqlıqda yerləşən postlar Dövlət Sərhəd Xidmətinin bölmələrinə təhvil verilib.Muxalifet - 15-12-2018
Rusiya Fəratın şərqi ilə bağlı ABŞ-a nota verdi
Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov mətbuata etdiyi yazılı açıqlamada, “Rusiyanın müdafiə naziri Sergey Şoygu-nun təlimatı ilə ABŞ-ın Rusiya səfirliyinin müdafiə üzrə attaşesi vasitəsilə ABŞ müdafiə naziri James Mattisə iki nota göndərilib” deyib.
Konaşenkovun verdiyi açıqlamada deyilir:Muxalifet3 - 15-12-2018
Əhaliyə HAVA XƏBƏRDARLIĞI: temperatur kəskin enir, YAĞIŞ, QAR GƏLİR
Sabah Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Muxalifet.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru çiskinli olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.Muxalifet - 15-12-2018
Hava əməliyyatından sonra Türkiyədən İraqa sərt təpki
Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hamid Aksoy TSQ-nin İraq torpaqlarındakı PKK ünsürlərinə qarşı təşkil etdiyi hava əməliyyatları və Türkiyənin Bağdaddakı səfiri Fatih Ulduzun İraq Xarici İşlər Nazirliyinə çağırılması haqqında nazirliyə yönəldilən bir suala yazılı cavab verib.
Aksoy İraqdan anlayış və konkret əməkdaşlıq gözlənildiyinə işarə edərək bunları qeyd edib:Muxalifet3 - 15-12-2018
Çin ABŞ Donanmasının məlumatlarını ələ keçirib
ABŞ-ın Donanmasının katibi Riçard Spenser “Vorld Street Journal”-a verdiyi açıqlamada, "Çinin kritik məlumatları oğurlamaq cəhdləri və intensivliyi artıb” deyib.
Katib, "Çinli hakerlərin donanma üçün gəmi və silah texnologiyaları istehsal edən müdafiə şirkətlərindən hərbi sirləri oğurlamaq məqsədi ilə hədəf alındığı üçün xidmət sektorunun kiber təhlükəsizlik zəifliklərini təkrar gözdən keçiririk" deyib.Muxalifet3 - 15-12-2018
'Sarı Jiletlilər” hərəkati İsrailə də sıçradı
Fransa, Belçika və Hollandiyada başlayan “Sarı Jiletlilər” etiraz hərəkatı İsrailə də sıçrayıb. Təl-Əvivdəki “Sarı Jiletlilər” aksiyasında 10 adam nəzarətə alınıb.
Fransada yanacaq qiymətlərinin artımına etiraz etmək üçün noyabrın 17-də başlayan “Sarı Jiletlilər” hərəkatı Belçika və Hollandiyaya da yayıldı. Fransa və Belçikadakı nümayişlərdə minlərlə adam nəzarətə alındı.
'Sarı Jiletlilər” hərəkatı İsrailə sıçradı
Muxalifet3 - 15-12-2018
Türkiyə Suriyadakı Tel Rifatda əməliyyata başladı
“Fırat Qalxanı” hərəkatında sonra Afrin-dəki PKK / YPG terror təşkilatına yönəlik başladılan “Zeytin Budağı” hərəkatından sonra bir qrup terrorçu qaçarkən, bir qrup terrorçu da Tel Rıfat bölgəsinə sığınmışdı.
Muxalifet3 - 15-12-2018
Amerika GİZLİ MƏQSƏDİ AÇIQLADI: Rusiyanı... - ŞOK PLAN
Moskvaya qarşı iqtisadi sanksiyaların hədəfi Rusiyanı güclü ordu və donanmadan məhrum etməkdir.
Muxalifet.az “Pryamoy” Ukrayna telekanalının efirində ABŞ-ın Ukraynadakı keçmiş səfiri, Atlantik Şurasının Avrasiya mərkəzinin direktoru Con Xerbst bildirib.
“Biz istəyirik ki, onların iqtisadiyyatı daha zəif olsun, çünki güclü iqtisadiyyat güclü ordu deməkdir. Biz istəmirik ki, təcavüzkar dövlət güclü orduya və ya güclü dəniz donanmasına malik olsun. Buna görə də sanksiyalar, sözsüz ki, maraqlarımıza xidmət edir”, - o deyib.Muxalifet - 15-12-2018