Axtarış
The search found 105859 results in 0.031 seconds.
Search results
Bakı-Ankara arasında bu sahədə protokol imzalandı - Foto
Azərbaycan ilə Türkiyə arasında beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, İzmir şəhərində beynəlxalq avtomobil əlaqələri sahəsində Azərbaycan-Türkiyə Qarışıq Komissiyasının növbəti iclası keçirilib.Muxalifet3 - 14-12-2018
ABŞ-dan qorxulu hesabat: Rusiyanın bu silahları...
Rusiya və Çinin yeni nəsil hipersonik silahlarının qarşısını alacaq heç bir müdafiə sistemi yoxdur. Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ-ın Məsuliyyət İdarəsinin yaydığı hesabatda bildirilib. Hesabatda bildirilir ki, Çin və Rusiya hipersonik silahlar hazırlayır. Sözügedən silahlara qarşı heç bir tədbir görülməyib. Bundan əlavə, iki ölkə ABŞ-ın kosmos əməliyyatlarına təhdid yaratmaq üçün peyk əleyhinə silahlar inkişaf etdirib.
Muxalifet3 - 14-12-2018
Psixoloq Nərmin Şahmarzadə: "Mübariz İbrahimovun etdiyi cinayətdir, qəddarlıqdır " - VİDEO
Muxalifet.az bax.tv-yə istinadən xəbər verir ki, psixoloq Nərmin Şahmarzadə fərqli fikirlərilə tanınır. Xanım sosial şəbəkədəki statuslarından birini Azərbaycanın qəhrəman oğlu, qanı ilə tarix yazmış, şərəfli şəhidlik zirvəsinə ucalmış Milli Qəhrəman Mübariz İbrahimova həsr edib. Onun yazdığı statusu təqdim edirik
Muxalifet3 - 14-12-2018
Ərdoğan Trampla danışdı: Nələr müzakirə edildi?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
Muxalifet.az xəbər verir ki, liderlərin telefon söhbətində ikitərəfli münasibətlər, terrorla mübarizə və Suriyadakı son durumun müzakirə edildiyi bildirilib.
Muxalifet3 - 14-12-2018
Azərbaycanla sərhədimiz ən təhlükəsiz bölgələrdir - General
Azərbaycan ilə sərhəd ərazilər İranın ən təhlükəsiz bölgələridir.
Muxalifet.az xəbər verir ki, bu sözləri İranın Sərhəd Qoşunları Komandanı general Qasım Rzayi deyib.Muxalifet3 - 14-12-2018
ABŞ mediası onu casus elan etdi
ABŞ mətbuatı Rusiyaya casusluq etməkdə ittiham edilən Mariya Butinanı casus elan edib.
Muxalifet.az xəbər verir ki, Butina məhkəmə qarşısında ABŞ-ın siyasətinə təsir etmək üçün lobbiçilik fəaliyyəti ilə də məşğul olmaqda da ittiham edilib.
Butina federal məhkəmədə ABŞ siyasətinə təsir etmək üçün lobbiçilik siyasəti ilə məşğul olduğunu etiraf edib. ABŞ mətbuatı isə bundan dərhal sonra Butinanın casus olduğunu bəyan edib.Muxalifet3 - 14-12-2018
Lukaşenko Putinlə görüşə hazırlaşır - Təsdiqləndi
Rusiya Prezidenti Vladimir Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenko dekabrın 25-də Moskvada görüşəcək.
Bu barədə məlumatı Kreml sözçüsü Dmitri Peskov verib.
Muxalifet3 - 14-12-2018
Şəhid ailələrinə pul paylamaq istəyən Füzuli Məmmədova deputatlardan CAVAB GECİKMƏYİB
"Şəhid ailəsinin təminatını kiminsə üzərinə götürmək istəyi meydana çıxırsa, bu elə bir səviyyədə reallaşdırılmalıdır ki, dövlətin guya bunu etm
Muxalifet3 - 14-12-2018
Bu Avropa ölkəsi "Türk axını" ilə bağlı hərəkətə keçdi
Bolqarıstan "Türk axını" ilə bağlı yeni qaz infrastrukturunun tutum rezervasiyası üzərində işlərə başlayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Bolqarıstanın Rusiyadakı səfiri Atanas Krıstin verib.
"Mütəxəssislərimiz bu istiqamətdə çalışır. Qaz kəməri məsələsi müzakirə edilir və Bolqarıstanın məsələ ilə bağlı müsbət mövqeyi anons edildi", - səfir vurğulayıb.
Muxalifet3 - 14-12-2018
S-400 ABŞ və Almaniyanı hərəkətə keçirdi: Gizli görüş
ABŞ-la Almaniya arasında S-400-ə alternativ raket əleyhinə sistem yaradılması üçün gizli görüş keçirilib.
Muxalifet.az xəbər verir ki, "Defens Nyus"un yaydığı məlumata əsasən, yeni sistem Almaniyanın TLVS adlı raket əleyhinə müdafiə sistemi əsasında yaradılacaq. Böyük miqdarda ABŞ-ın PAC-3 sistemindəki texnologiyalardan istifadə ediləcək.
Məlumata görə, ABŞ avropalı müttəfiqlərini qorumaq üçün yeni sistem istehsal edilənə qədər Almaniyaya PAC-3 kompleksləri sata biləcək.
Muxalifet3 - 14-12-2018
"İt kimi qaçmasaydı, Rəşad və Qarayev onun şalvarını çıxaracaqdı..." - Aqil Abbas
Ötən gecə Avropa Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində keçirilən “Arsenal” – “Qarabağ” matçında da ermənilər öz təxribatlarından qalmayıb.
Muxalifet.az xəbər verir ki, qondarma rejimin “bayrağı” ilə meydana daxil olan erməniyə Ağdam klubunun kapitanı Rəşad Sadıqov sərt təpki göstərib.
Məsələ ilə bağlı yenicag.az-a danışan millət vəkili Aqil Abbas ermənilərin ilk dəfə təxribata əl atmadığını deyir:Muxalifet3 - 14-12-2018
Paşinyanın bunun üçün təcrübəsi çatışmır - Arutyunyan
Ermənistanın yeni hakimiyyətinin ciddi problemləri həll etmək üçün təcrübəsi çatışmır.
Muxalifet.az-ın məlumatına görə, bunu buraxılmış parlamentin Respublika Partiyasından olan deputatı Xosrov Arutyunyan deyib.
O bildirib ki, daxili və xarici siyasətdə mürəkkəb problemlərin həlli üçün təkcə ixtisaslaşmış deyil, həm də təcrübəli parlament lazımdır:Muxalifet3 - 14-12-2018
Çindən ABŞ-a jest: Sanksiya təxirə salındı
Çin Amerika istehsalı olan avtomobillərə və onların ehtiyat hissələrinə 25 faizlik əlavə verginin tətbiqini üç ay müddətinə təxirə salıb. Muxalifet.az xəbər verir ki, bu barədə Anadolu informasiya agentliyi Çin Maliyyə Nazirliyinin bəyanatına istinadla məlumat yayıb. Nazirlik bildirib ki, Amerika avtomobillərinə və onların ehtiyat hissələrinə 25 faiz əlavə verginin yanvarın 1-dən martın 31-dək təxirə salınmasına dair qərar ABŞ Prezidenti Donald Tramp və Çinin dövlət başçısı Si Cinpin arasında bu yaxınlarda əldə olunmuş razılaşmaya əsasən qəbul edilib.
Muxalifet3 - 14-12-2018
UEFA-dan Ermənistana cərimə... - Səbəb
UEFA Ermənistan Futbol Federasiyasını 18 min avro məbləğində cərimələyib.
Muxalifet.az xəbər verir ki, buna Ermənistan yığmasının azarkeşlərinin UEFA Millətlər Liqasının III turunda evdə Cəbəllütariqlə matçda etdikləri qeyri-etik hərəkətlər səbəb olub. Fanatlar sözügedən qarşılaşmada meydana yad əşyalar atıb və tribunada insident törədiblər.
Qeyd edək ki, görüş Cəbəllüttariqin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu yığmanın tarixində ilk rəsmi qələbəsi olub.
Muxalifet3 - 14-12-2018
Əfqanıstanda müharibə bitir: Tarixi görüş 3 gün sonra...
Əfqanıstandakı müharibənin sonlandırılması üçün ABŞ-la Taliban arasında görüş keçiriləcək.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumat verən Pakistan Baş naziri İmran Xan tərəflər arasında görüşü nizamladıqlarını və 17 dekabrda görüşün keçiriləcəyini bildirib.
Xan görüşün harada keçiriləcəyinə dair məlumat verməyib.
Muxalifet3 - 14-12-2018
Türkiyə İraqı bombaladı: Bağdad səfiri çağırdı
İraq Türkiyə Silahlı Qüvvələrinə aid hərbi təyyarələrin Şimali İraqı bombalaması ilə bağlı bu ölkənin Bağdad səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
İraq XİN-dən verilən açıqlamada PKK-ya qarşı təşkil edilən hücum zamanı regiona zərər dəydiyi bildirilib. Bundan əlavə, İraqın hava məkanının pozulduğu bəyan edilib.
Muxalifet3 - 14-12-2018
Bəzi yaşayış evləri vulkanlara yaxınlaşır - Təhlükə
Keyrəki, Quşçu, Hökməli, Bozdağ, Qobu və s. vulkanların yaxınlığında yaşayış məntəqələrinin olması xüsusilə təhlükəlidir.
Muxalifet.az-ın məlumatına görə, bunu AMEA Coğrafiya İnstitutunun dosenti Elxan Məmmədbəyov deyib.Muxalifet3 - 14-12-2018
Makrondan çağırış: Bunu etməyin...
Fransa Prezidenti Emmanuel Makron "sarı jiletlilər"ə çağırış edib. Muxalifet.az xəbər verir ki, Makron nümayişçilərə sakitçiliyə və qayda-qanuna riayət edilməsi çağırışını edib. "Demokratiyamızın şərti sahələrin işğalı və zorakılıq elementlərini qəbul edə biləcəyini sanmıram. Ölkəmizin sakitliyə, sistemə ehtiyacı var", - Makron qeyd edib. Qeyd edək ki, dekabrın 15-də "Sarı jiletlilər" hərəkatının növbəti dalğası gözlənilir.
Muxalifet3 - 14-12-2018
Britaniya ordusunda əsgər çatışmır
Böyük Britaniya ordusu 2012-ci ildən yetərli sayda əsgər yığa bilmir.
Muxalifet.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri dövlət nəzarəti qurumunun hesabatına istinadən məlumat yayıb.
Bildirilir ki, Britaniya ordusunda çatışmazlıq 21-45 faiz təşkil edir.
Oktyabr ayına olan məlumata əsasən, təlimdən keçmiş əsgərlərin sayı 77 mindir. Halbuki tələb olunan say 82,5 mindir.Muxalifet3 - 14-12-2018
Dehlidə kütləvi zəhərlənmə: 7 ölü, 80 yaralı
Hindistanda kütləvi şəkildə qida zəhərlənməsi baş verib.
Muxalifet.az xəbər verir ki, məbəddə keçirilən mərasimdə iştirak edən ziyarətçilər vegeterian plovundan zəhərləniblər.
Zəhərlənmə nəticəsində 7 nəfər ölüb, 80 nəfəri isə yaralanıb.
Muxalifet3 - 14-12-2018