Axtarış

The search found 105859 results in 0.017 seconds.

Search results

  1. ​İsrail “Həmas”ın 37 üzvünü həbs etdi

    İsrail hərbçiləri bu gecə İordan çayının qərb sahilindəki Ramallah şəhərində terror fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinən 40 fələstinlini həbs edib. Onlardan 37-sinin “Həmas” silahlı hərəkatının üzvü olduğu bildirilir. Bu barədə İsrail ordusunun mətbuat xidmətinin yaydığı bəyanatda deyilir. “Ötən gün Asafda 2 hərbçinin ölümü, bir əsgər və digər bir vətəndaşın yaralanması ilə nəticələnən hücumdan sonra gecə ərzində əsgərlərimiz Ramallahda əməliyyat keçiriblər.

    Muxalifet4 - 14-12-2018

  2. Bakıda daha bir süpürgəçini avtobus vurub öldürdü - YENİLƏNİB

    Bakıda avtobusun piyadanı vuraraq öldürməsi hadisəsi barədə yeni təfərrüat məlum olub.
    Muxalifet.az-ın report-a istinadən verdiyi məlumata görə, hadisə metronun “Koroğlu”stansiyanın avtobus dayanacağında baş verib. 58 yaşlı Şükürov Bəhruz Əlibaba oğlunun idarə etdiyi 173 saylı marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı avtobus 1960-cı il təvəllüdlü Hürü Cəlal qızı Əliyevanı vurub. Yaralı 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq H.Əliyevanın həyatını xilas etmək mümkün olmayıb.

    Muxalifet4 - 14-12-2018

  3. Çavuşoğlu Bakıdakı məxfi görüşün DETALLARINI AÇDI: Lavrovla...

    "Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi zamanı bəzi məsələləri həll edə bildik. Azərbaycanı quruma uğurlu sədrliyi münasibətilə təbrik edirəm. Bu qurumda islahatlar aparılmalı, mövcud problemlər həll olunmalıdır".

    Muxalifet4 - 14-12-2018

  4. Moskva və Bakı Qarabağla bağlı anlaşıb? - İRƏVANDA NARAHAT OLMAĞA BAŞLADILAR

    Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söylədiyi fikirlər Ermənistanda qorxu yaradıb. Zaxarova ötən gün mətbuat konfransında Azərbaycan və Ermənistan arasında fəal dialoqun olduğunu bildirib.

    “Əlbəttə, dialoq var. Müəyyən sənədlərin qəbulundan və baş tutmuş söhbətlərdən sonra aydındır ki, dialoq var və aparılır. Biz Rusiya tərəfi kimi həmsədr qismində əsas məqsədin əldə olunmasına yönəlmiş müsbət dinamikaya fəal kömək göstərəcəyik”, - Rusiya rəsmisi qeyd edib.

    Muxalifet4 - 14-12-2018

  5. “İnstagram”da qadının adına saxta profil açdı və 100 manat tələb etdi

    Polis sosial şəbəkədə başqasının adına saxta profil açaraq onu bağlamaq üçün hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxsi saxlayıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə müraciət edən şəhər sakini olan qadın “İnstagram” sosial şəbəkəsində naməlum şəxsin onun adına saxta profil açdığını, fotoşəkillərini paylaşdığını və onu təhqir etdiyini, habelə həmin profili bağlamaq üçün 100 manat tələb etdiyini bildirib.

    Muxalifet4 - 14-12-2018

  6. Rusiya Ermənistanı və Paşinyanı niyə təhqir etdi? - AÇIQLAMA

    Putinin Paşinyanı təbrik etməməsinin səbəbini Zaxarova çox təhqiramiz və ikibaşlı şəkildə izah edib.

    Muxalifet.az xəbər verir ki, bu sözləri axar.az-a Zaxarovanın jurnalistlərin “Əvvəlki seçkilərdə Rusiya rəhbərliyi tərəfindən təbrik oldu, indi də təbrik olacaqmı” sualına verdiyi cavabı şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Zaxarovanın ifadəsini təhlil etsək, müxtəlif yozumlara və mənalara gəlib çıxmaq olar:

    Muxalifet4 - 14-12-2018

  7. Dünən işdən çıxarılan başçının vəzifəli qohumu HAKİM QARŞISINDA

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almada təqsirləndirilən Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini Xalid Məmmədovun məhkəməsi başlayıb. 

    Hakim Mahmud Ağalarovun icraatında olan prosesdə ilkin hazırlıq iclası keçirilib.
    İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses dekabrın 20-də davam etdiriləcək.

    Muxalifet4 - 14-12-2018

  8. ​ “Bu, dünya praktikasında görünməmiş siyasi davranışdır” – QABİL HÜSEYNLİ

    Dekabrın 5-də NATO-nun baş katibi Yens Stoltenberqin Şimali Atlantika şurasında Gürcüstanın və Ukraynanın xarici işlər nazirləri ilə görüşündə səsləndirdiyi fikirlər, elə həmin gün, Amerika Birləşmiş Ştatlarının dövlət katibi, Mayk Pompeonun “Twitter” sosial şəbəkəsində yazdığı status Rusiyanı narahat edib. Bundan qeyzlənən Rusiya Xarici İşlər Nazirliyi Gürcüstanın təhdid edən bəyanat yayıb.

    Muxalifet4 - 14-12-2018

  9. Ərdoğan Qaşıqçı cinayətində Səudiyyə vəliəhdinə işarə etdi

    Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının (İƏT ) konfransında çıxış edərək Qaşıqçı cinayətinə də tioxunub.
     
    Ərdoğan konfransdakı çıxışında Qaşıqçı cinayəti ilə bağlı bunları söyləyib:

    Muxalifet3 - 14-12-2018

  10. Evdən 10 min manat oğurlayan narkoman qardaşlar saxlanıldı

    Bakıda birləşərək oğurluq edən iki qardaş saxlanılıb.
    Muxalifet.az  DİN-ə istinadən xəbər verir ki, oktyabrın 21-də Nizami rayonu ərazisindəki evlərin birindən 10.500 manat oğurlanıb.
    Cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuşlar - Emil Məlikov və qardaşı Elnur saxlanılıb.

    Muxalifet4 - 14-12-2018

  11. Qızın içindən "şeytanı" belə çıxarmağa çalışdılar - FOTOLAR

    Vəftiz (xaç suyuna salma) mərasimi zamanı çəkilən görüntülər təəccübləndirir.

    Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, kadrlarda yepiskopun 2 yaşlı qızı vəhşicəsinə xaç suyuna salması əks olunub.

    Muxalifet4 - 14-12-2018

  12. Ərdoğandan ABŞ-a xəbərdarlıq mesajı: DAVAMI GƏLƏCƏK

    İslam Əməkdaşlıq Təşkilatının Konfransında çıxış edən Türkiyə rezidenti Ərdoğan Fəratın şərqindəki əraziləri rahatlığa qovuşdurmaqda qərarlı olduqlarını vurğulayaraq "Dünən axşam İraq ərazisində hava əməliyyatlarımızı həyata keçirdik. Sərhədlərimizə təhdid yaradan Sincar və Karacak dağında əməliyyat keçirtdik. Gerisi də gələcək. Çünki oradan bizə təhdid varsa, cavabı da anında veriləcək" deyə söyləyib.
     
    Ərdoğan çıxışında bunları söyləyib;
    “Bu terror təşkilatlarını ya yox edəcəklər, onlar etmirsə, biz məhv edəcəyik.

    Muxalifet3 - 14-12-2018

  13. Bələdiyyə sədri icarəyə götürmək adı ilə VƏTƏNDAŞIN TORPAĞINI ƏLƏ KEÇİRİB – “Satılıbsa, alqı-satqı müqaviləsini niyə təqdim etmirlər?! – ŞİKAYƏT

    Qobustan rayonu, Ərəbşahverdi kənd sakini Qaraş Mürşüd oğlu Allahverdiyev tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçi yazır:

    Muxalifet4 - 14-12-2018

  14. “Əsirlərin dəyişdirilməsində Qaşıqçının cəsədini istəyəcəyik”

    Yəməndə Husilərin Ali İnqilab Şurasının sədri Məhəmməd Əli el-Husi Səudiyyə jurnalisti Camal Qaşıqçı-nın uşaqlarının tələb etdiyi və ya razılıq verdiyi təqdirdə əsirlərin mübadiləsi çərçivəsində Səudiyyə Ərəbistanından Qaşıqçı-nın cəsədini istəyəcəklərini açıqlayıb.
     
    Məsələ ilə əlaqədar ölkələrdən əsir mübadiləsi aparılmadan onlara məlumat verməsini istəyən Husi, əllərində Səudiyyə Ərəbistanlı əsirlərin olduğuna işarə edib.

    Muxalifet3 - 14-12-2018

  15. ABŞ Senatı: "Kaşıkçı cinayətinə görə şahzadə Salman məsuliyyət daşıyır”

    ABŞ Senatı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı Camal Kaşıkçı cinayətinə görə ittiham edən qanun layihəsini qəbul edib.
    Qanun layihəsini Senatın xarici əlaqələr komissiyasının sədri Bob Korker təqdim edib.
    Bob Korker deyib:
    “Səs çoxluğu ilə ABŞ Senatı şahzadə Salmanın Kaşıkçı cinayətinə görə məsuliyyət daşıdığına qərar verib. Bu güclü bir bəyanatdır”.

    Muxalifet4 - 14-12-2018

  16. Qarabağdakı işğalçı ordunun yeni komandanı o oldu - KAREN ABRAMYAN

    Qarabağın separatçı ordusunun "müdafiə naziri", general-mayor Levon Mnatsakanyan istefaya göndərilib.
    Muxalifet.az virtualaz.org-a istinadən bildirir ki, xəbəri erməni KİV-i yayıb.
    İnformasiyaya əsasən, onun yerinə general-mayor Karen Abramyan təyin edilib. K.Abramyan əvvəllər Ermənistan silahlı qüvvələrinin 5-ci ordusunun komandanı olub.
    Cəlal Arutunyan isə Qarabağ separatçı ordusunun qərargah rəhbəri təyin olunub.

    Muxalifet4 - 14-12-2018

  17. ​ABŞ Ermənistana da yeni səfir təyin etdi

    ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Ermənistana səfri postuna Linn Treysini təsdiqləyib. Xatırladaq ki, onun namizədliyi prezident Donald Tramp tərəfindən irəli sürülüb. Qeyd edək ki, Linn Treysi də peşəkar diplomatdır. O, Rusiya və keçmiş SSRİ üzrə mütəxəssisdir. Son vaxtlar ABŞ Dövlət Departamentində Rusiya üzrə baş müşavir vəzifəsində işləyirdi. Bundan əvvəl isə Linn Treysi ABŞ-ın Moksva, Aşqabad və Astanadakı səfirinin müavini, Mərkəzi Asiya üzrə dövlət katibi köməkçisinin birinci müavini olub. O, Pakistanın Peşavar şəhərindəki ABŞ-ın konsulluğunda xidmətdə də olub.

    Muxalifet4 - 14-12-2018

  18. "Azərbaycanda 10 jurnalist həbsdədir" - Jurnalistləri Müdafiə Komitəsi

    Mərkəzi ofisi Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) bildirir ki, son 3 ildə dünyada 251 və daha artıq jurnalist həbsdədir.
    Komitə ötən il Çin, Misir və Səudiyyə Ərəbistanında daha çox jurnalistin həbs edildiyini, Türkiyənin isə dünyada ən çox jurnalist həbs edən ölkə olaraq qaldığını yazır.
    CPJ hesabatına görə, son üç ildə həbsə atılan jurnalistlərin sayında rekord göstərici qeydə alınıb.

    Muxalifet3 - 14-12-2018

  19. Temperatur 5-7 dərəcə enəcək, yağış yağacaq — XƏBƏRDARLIQ

    Bakıda və Abşeron yarımadasında dekabrın 14-dən 15-nə keçən gecə bəzi yerlərdə yağışın arabir intensivləşəcəyi gözlənilir.
    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
    Dekabrın 16-sı günün ikinci yarısından başlayaraq 17-si gündüzədək isə şimal-qərb küləyinin güclənməsi nəticəsində havanın temperaturunun aşağı enəcəyi, maksimal temperaturun 4-6 dərəcə isti təşkil edəcəyi, bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.

    Muxalifet4 - 14-12-2018

  20. ​Erməninin Bakıya gətirilməsinə SƏRT REAKSİYA – QAT bəyanat yaydı

    Qarabağ Azadlıq Təşkilatı (QAT) Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən toplantısına Ermənistan nümayəndəsinin dəvət olunmasına qarşı bəyanat verib.

    Muxalifet4 - 14-12-2018

Pages