Axtarış
The search found 105859 results in 0.124 seconds.
Search results
Rusiyadan Azərbaycana gələn avtomobildən silah çıxdı - FOTO
Gömrükçülər nəqliyyat vasitəsindən ov silahı tapıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən oxu.az -a verilən məlumata görə, Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz E270 CDI” markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.Muxalifet3 - 13-12-2018
Avropa İttifaqı Rusiya ilə bağlı qərar qəbul etdi
Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini daha altı ay uzadıb.
Muxalifet.az xəbər verir ki, bu barədə özünün “Twitter” səhifəsində Avropa Şurasının rəhbəri Donald Tusk yazıb.
“Minsk razılaşmalarının icrasında irəliləyiş olmadığından Avropa İttifaqı yekdilliklə Rusiyaya qarşı iqtisadi sanksiyaları uzadır”, - deyə o vurğulayıb.
Muxalifet3 - 13-12-2018
Türkiyənin bu şəhəri suyun altında qala bilər
Türkiyənin Diyarbəkir vilayətinin Eğil rayonunda yerləşən “Kral qızı” su anbarının ötürücü qapaqlarından biri leysan səbəbindən sıradan çıxıb.
Muxalifet.az “Hüriyyət”ə istinadən xəbər verir ki, jandarm və fövqəladə hallar idarəsinin əməkdaşları hadisə yerinə gəliblər.
Daşqın təhlükəsinə qarşı önləyici tədbirlər görülür.
Qeyd edək ki, "Kral qızı" su anbarı Dəclə çayının üzərində yerləşir
Muxalifet3 - 13-12-2018
Bakıda 37 metrlik yolka quraşdırılır - Foto
Qarşıdan gələn Yeni il bayramı ilə bağlı paytaxt Bakıda hazırlıq işləri görülür.
Muxalifet.az-ın məlumatına görə, Bakının müxtəlif yerlərində yolka ağaclarının quraşdırılmasına başlanılıb. Ənənəvi olaraq şəhərin ən hündür yolkası bu il də Azadlıq meydanında quraşdırılacaq.
Uzunluğu 37 metr (ulduz daxil), diametri isə 16 metr olan Yeni il ağacını artıq sözügedən yerdə quraşdırmağa başlayıblar.
İş icraçısının trend -ə verdiyi məlumata görə, hava şəraiti əlverişli olarsa, işlər vaxtında bitəcək və yolka bu ayın 22-də şəhər sakinlərinin ixtiyarına veriləcək.
Muxalifet3 - 13-12-2018
Fransa polisi xüsusi əməliyyata başladı
Fransanın Strasburq şəhərində, yeni il yarmarkasında qanlı hücumu törədən cinayətkarın yaxalanması istiqamətində xüsusi təyinatlı polis qüvvələri əməliyyata başlayıb.
Muxalifet.az xəbər verir ki, əməliyyatın Nedorf səmtində keçirildiyi bildirilib.
Qeyd edək ki, dünən gecə Çerif Çekkat adlı cinayətkar 3 şəxsin ölümü, 29-nun yaralanması ilə nəticələnən qanlı hücum törədib.
Muxalifet3 - 13-12-2018
Tiflisdə Azərbaycan əleyhinə tədbir keçirildi - Foto
Erməni Apostol Kilsəsinin Gürcüstan Yeparxiyası növbəti dəfə təxribat xarakterli tədbirini keçirib.
Muxalifet.az armenianchurch.ge saytına istinadən xəbər verir ki, Tiflisdə baş tutan “Tanınmayanlar Tanınanlar Haqqında” adlı tədbirdə Dağlıq Qarabağ ərazisinə aid tarixi məkanlar erməni abidələri kimi təqdim edilib.
Belə ki, tədbirdə rəssam Qoar Akopyan tədbir iştirakçılarına qondarma respublikaya (Artsax) sonuncu səfərindən söz açıb və orada olan tarixi abidələrdən danışıb.
Muxalifet3 - 13-12-2018
Ermənistanda rusiyalı hərbçi həbs edildi
Ermənistan məhkəməsi rusiyalı hərbiçinin həbsinə qərar verib.
Muxalifet.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistan Ali məhkəməsinin mətbuat xidmətinin rəhbəri Arman Xaçataryan bildirib.
Bildirilir ki, Rusiya hərbçisi mülki şəxsin ölümünə səbəb olan ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinərək saxlanılıb.
Qeyd edək ki, həbs edilən hərbçiyə qarşı hansı ittihamların sürüldüyü və harada saxlanılacağı barədə məlumat verilməyib.
Muxalifet3 - 13-12-2018
PKK bütün cəbhələrdə vurulacaq: GERİ SAYIM BAŞLADI
ABŞ/PKK ittifaqının Suriyanın şimalındakı kantonları birləşdirmək layihəsinə son 17 kilometr qalmış “Fərat Qalxanı” Hərəkatı ilə prosesə "dur” deyən Türkiyə, Yaxın Şərqin ən böyük terror mərkəzinə çevrilən Afrini də “Zeytun Budağı” hərəkatı ilə təmizləməsindən sonra bölgədəki ən həlledici hücuma hazırlaşır. Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) müştərək edəcəyi 3-ci əməliyyat, Suriyadakı vətəndaş müharibəsini və İŞİD-ı bəhanə edərək PKK-ya sahə açan ABŞ və havadarlarına 550 kilometrlik sərhəd zolağında ən böyük zərbə olacaq.
Muxalifet3 - 14-12-2018
Çavuşoğlu Pompeo ilə danışdı - XƏBƏRDARLIQ
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ xarici işlər naziri Mayk Pompeo ilə telefon danışığı aparıb.
Diplomatik mənbələrdən verilən məlumata görə, Çavuşoğlu ABŞ-ın xarici işlər naziri Pompeo ilə telefonda Suriya məsələsi, Türkiyənin keçirmək istədiyi hərbi əməliyyat müzakirə olunub.
Müxalifət.azMuxalifet3 - 14-12-2018
İnilti səsi gəldi - Gördükləri mənzərədən ŞOKA DÜŞDÜLƏR- Foto
ABŞ-ın Kaliforniya ştatında fəaliyyət göstərməyən Çin kafesinin bacasında sıxılmış vəziyyətdə qalan bir nəfər iki gündən sonra xilas edilib.
Muxalifet.azxarici mətbuata istinadən xəbər verir ki, San Lorenso polisi və fövqəladə hallar briqadası kafenin qapısı bağlı olduğu üçün obyektin damına çıxıb. Bu zaman bacadan inilti səsi eşidilib. Burada sıxılmış vəziyyətdə qalan kişi bir saatlıq xilasetmə əməliyyatından sonra çıxarılıb.
Adı açıqlanmayan 29 yaşlı şəxsin binaya oğurluq üçün girməyə çalışdığı ehtimal olunur.Muxalifet - 14-12-2018
Səudiyyə şahzadəsinə şok: SENAT QƏBUL ETDİ
ABŞ Senatı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı Səudiyyə jurnalisti Camal Qaşıqçı cinayətindən məsul tutan qanun layihəsini qəbul edib.
Senatda şahzadə bin Salmanı Qaşıqçı-nın öldürülməsindən məsul tutan və pisləyən qətnamə qəbul olunub. Senator Bobcrocker tərəfindən hazırlanan qətnamədə "Senat şahzadə Məhəmməd İbn Salmanın Camal Qaşıqçı cinayətindən məsul olduğuna inanır" ifadəsi yer alıb və Səudiyyə Ərəbistanı hökumətinə cinayətə uyğun tədbirləri alması barədə müraciət edilib.Muxalifet3 - 14-12-2018
Səbail rayon icra başçısının müavini dəyişdirilib
Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Abid Əliyev vəzifəsindən azad edilib.
Muxalifet.az "report"-a istinadən bildirir ki, bununla bağlı RİH başçısı Vüqar Zeynalov müvafiq əmr imzalayıb.
V.Zeynalovun digər əmri ilə həmin vəzifəyə Vüqar Şıxməmmədov təyin olunub.
O, bundan öncə Mədəniyyət Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb.
A.Əliyevin Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatında idarə rəisi təyin ediləcəyi gözlənilir.Muxalifet - 14-12-2018
Türkiyə əməliyyat siqnalı verdi: ABŞ təşvişə düşdü!
ABŞ-ın baş qərargah rəisi ordu generalı Cozef Dunford Türkiyənin baş qərargah rəisi ordu generalı Yaşar Gülərə təcili telefonla zəng edib.
ABŞ-ın Baş Qərargahının sözçüsü polkovnik Patrik Rayder verdiyi yazılı açıqlamada, "İki komandir Türkiyənin təhlükəsizlik qayğılarına cavab olaraq Suriyanın şimal-şərq sərhədində yaradılan ABŞ-ın müşahidə nöqtələri, o cümlədən qarşılıqlı təhlükəsizlik məsələlərini müzakirə edib" deyə qeyd edilib.Muxalifet3 - 14-12-2018
Ermənistana ən etibarlı “qapı”... - Paşinyan Türkiyəyə gedir?
Düşmən ölkənin “nəfəsliyi” kiçilir; Qərb analitikləri Nikol Paşinyanı tələsməyə çağırdı və ona 3 hədəf göstərdilər - biri Qarabağ...; erməni lideri ölkəsi ətrafında getdikcə daralan çənbəri aça biləcəkmi?
Muxalifet - 14-12-2018
ABŞ-ın Nümayəndələr Palatası qəbul etdi: BU BİR SOYQIRIMDIR
ABŞ Konqresinin Nümayəndələr Palatası Myanma ordusu tərəfindən Arakanlı Müsəlmanlara edilən hücumları soyqırım kimi tanıyan qanun layihəsini qəbul edib.
Nümayəndələr Palatasının Baş Məclisində keçirilən səsvermədə yalnız 1 vəkilin əleyhinə çıxıdığı layihəyə 394 vəkil lehinə olaraq səs verib.Muxalifet3 - 14-12-2018
“Maşın”da kimlər var? - Siyahı
ATV kanalında xalq artisti Murad Dadaşovun aparıcısı olduğu “Maşın Şou”nun 17-ci sürəti start götürüb.
“Qafqazinfo”nun məlumatına görə, şouda iştirak edəcək şou-biznes nümayəndələrinin adları açıqlanıb.
İştirakçılar bunlardır:
1. Nazilə Səfərli (Şairə)
2. Ruhəngiz Allahverdiyeva (Əməkdar artist)
3. Ramil Nabran (Müğənni)
4. Mina Hüseyn (Müğənni)
5. Oqtay Kamil (Meyxanaçı)
6. Xose Bernardo (Aparıcı)
7. Ranar Musayev (Aparıcı)
8. Xəyalə Quliyeva (Aktrisa)
9. Aysel Nazim (Aktrisa)
Muxalifet - 14-12-2018
ABŞ Senatı Azərbaycanda səfir postuna namizədi təsdiq etdi
ABŞ Senatı ölkənin Azərbaycandakı səfiri vəzifəsinə İrli Litsüenberqerin namizədliyini təsdiq edib. Trend-in məlumatına görə, onun namizədliyi ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülüb. Qeyd edək ki, İ.Litsüenberqer bundan öncə Almaniyanın Marşall Fondunda böyük elmi əməkdaş, ABŞ-ın NATO-dakı missiyasının rəis müavini, NATO-nun Əfqanıstandakı böyük mülki nümayəndəsinin müavini, ABŞ-ın Serbiyadakı və Qırğızıstandakı Səfirliklərində missiya rəhbərinin müavini vəzifələrində işləyib.
Muxalifet - 14-12-2018
Novruz Məmmədov sosial müdafiə ilə bağlı qərarlarda dəyişiklik etdi
Baş nazir Novruz Məmmədov sosial müdafiə ilə bağlı bir sıra qərarlarda dəyişiklik edib.
Muxalifet.az xəbər verir ki, “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na aşağıdakı məzmunda 1.5-ci bənd əlavə edilib:
“1.5. Müavinət, təqaüd və kompensasiyanın təyin olunması ilə bağlı elektron xidmətlər Şöbə tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir”.Muxalifet - 14-12-2018
Təlaşa qapılan PKK tayfaları təhdid edir!
ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Türkiyənin Fəratın şərqinə qarşı əməliyyat keçirməsi dəqiqləşəndən sonra bölgədəki terrorçuları sakitləşdirmək üçün Suriyanın şimalına gəlib. Digər tərəfdən, təlaşa qapılan PKK da bölgədəki tayfaları onlara dəstək vermədikləri təqdirdə sahib olduqları hər şeyə əl qoyulacağı istiqamətində təhdid edir.
Muxalifet3 - 14-12-2018
Rusiyaya çox pis xəbər: CASUSLUĞU QƏBUL ETDİ
ABŞ-da casusluqla ittiham olunan Rusiya vətəndaşı Mariya Butina, çıxarıldığı məhkəmədə əməkdaşlıq edərək ittihamları qəbul edib.
Muxalifet3 - 14-12-2018