Axtarış
The search found 105859 results in 0.02 seconds.
Search results
Lənkəranda 45 yaşlı kişi itkin düşdü
Lənkəranda 45 yaşlı kişi itkin düşüb.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Lüvəsər kəndində baş verib.
Kənd sakini, 1973-cü il təvəllüdlü Nəsirov Valeh Saleh oğlu dekabrın 11-də səhər saatlarında balıq tutmaq adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.
Hadisə ilə bağlı polisə məlumat daxil olandan sonra araşdırmalara başlanıb.Muxalifet - 13-12-2018
NATO-Rusiya görüşləri nəyə görə Bakıda keçirilir? - İLHAM ƏLİYEV AÇIQLADI
Dekabrın 13-də Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə çıxış edib.
Öz nitqində İlham Əliyev Rusiya və NATO-nun ali hərbi rəhbərlərinin dünən Bakıda keçirilmiş görüşünə toxunub.
Muxalifet - 13-12-2018
Şəhidlərin qan haqqını kimlər və necə yeyir? - SİYAHI
Son çağların gündəmini şəhid ailələrinə dövlət büdcəsindən ayrılan və 20 oktyabr 2006-cı il tarixindən 11 min manat müəyyən olunmuş, eldə “qanpulu” deyilən sığorta haqqının prezident fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) araçılığı ilə şəhid vərəsələrinə ödənilməsi qonusu “işğal edib”. Başlıca problem şəhid varislərinin bir çoxuna sözügedən fərmanın şamil edilməməsindən qaynaqlanır. Elə fərmanın şamil edilmədiyi şəhid ailələri də çıxış yolunu dövlət qurumlarının “qapısını birlikdə döyməkdə” görürlər.
Muxalifet4 - 13-12-2018
SON DƏQİQƏ: Xətainin icra başçısı işdən çıxarıldı
Prezident İlham Əliyev Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib.
Muxalifet.az xəbər verir ki, sərəmcamla Razim İsa oğlu Məmmədov Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.Muxalifet - 13-12-2018
Paşinyanla Putinin qaz danışıqları - Qiymət azalacaqmı?
Sankt-Peterburqa səfəri zamanı Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında baş tutan danışıqlarda Ermənistana satılan rus təbii qazının qiyməti məsələsini müzakirə edilib.
Bu barədə Ermənistanın enerji və təbii resurslar nazirinin səlahiyyətlərini icra edən Qaregin Baqramyan müvəqqəti hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.Muxalifet - 13-12-2018
YPG terrorçuları Türk ordusuna qarşı Əsəddən kömək istədi
Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Fəratın şərqinə əməliyyat mesajı verməsindən sonra YPG Bəşər Əsəd rejimindən yardım tələb edib.
Suriyanın şimali, Fəratın şərqində terror əməli görmək istəməyən Türkiyə, Münbiç əməliyyatını masada tutur. Bu baxımdan dünən prezident Ərdoğanın əməliyyat siqnallarını verməsindən sonra PKK yenidən qorxuya düşüb.
Terror təşkilatı YPG Əsəddən dəstək istədi
Muxalifet3 - 13-12-2018
Günay Musayeva: “O, sürücü ola bilər, amma ata yox”
Model Günay Musayeva keçmiş əri Tolqa Karelin Amerikada sürücü işləməsinə münasibət bildirib.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə "Renkli Sayfalar" proqramına açıqlamasında qeyd edib.
Günay "Tolqa sürücü ola bilər, amma ata yox" deyib. Tanınmış model daha sonra gənc sevgilisi Taha Tatlıcı barədə danışıb:
"Üzümü güldürən səbəb var. Gözəl sevgi yaşayıram. Amma toy barədə düşünmürəm. İlk dəfə yaşamadığım hisləri yaşayıram".Muxalifet - 13-12-2018
Kraliça 35 min manat maaşa xadimə axtarır
İngiltərənin kral ailəsi saray və qalalarında işləmək üçün xidmətçi axtarır.
Muxalifet.az Ölkə.Az-a istinaden xəbər verir ki, işə götürüləcək şəxs Londondakı mülklərdə və ya Vindzor qalasında işləyəcək. Onun illik maaşı 16 min funt sterlinq olacaq. Bu şəxsin şahzadə Harri və Meqan Markl ilə də işləmək ehtimal var.
İngilis mətbuatının xəbərinə əsasən, Meqan Markl bir çox köməkçisini qovub və saray işçilərinə əziyyət verir.Muxalifet - 13-12-2018
Sumqayıtda yolu keçən piyadanı avtomobil vurub öldürdü
Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az DİN-ə istinadən xəbər verir ki, dekabrın 12-də saat 18 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəhər sakini Yusif Atayev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Afiq Qəmbərovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.Muxalifet - 13-12-2018
Qarabağ Komitəsi siyasi və vicdan məhbusları ilə bağlı MÜRACİƏT YAYDI
Qarabağ Komitəsi siyasi və vicdan məhbusları, həbsdə olan Qarabağ qaziləri ilə bağlı Azərbaycan prezidentinə və Milli Məclisə müraciət ünvanlayıb. Muxalifet.az-ın redaksiyasına daxil olan müraciətdə qeyd edilir:
Muxalifet4 - 13-12-2018
Fanatı Lopezin anasının üzündən vurdu - Fotolar/Video
Dünya ulduzu Cennifer Lopez Nyu-York radiolarından birinə müsahibəyə gedən zaman xoşagəlməz hadisə baş verib.
Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, müğənninin anası Qvadelupe Rodriqes avtoqraf almaq istəyən fanatların hücumuna məruz qalıb. Lopezə çatmaq istəyən ananın üzünə pərəstişkarlarından birini istəməyərəkdən zərbə endirib.
Həmin anlar kameralar tərəfindən lentə alınaraq xarici mətbuatın gündəmini zəbt edib.
Muxalifet - 13-12-2018
Yazda yeni toqquşmalar başlanacaq - Rusiyalı ekspertdən Ermənistan üçün ŞOK PROQNOZ
“Ermənistana ölkədəki iqtisadi vəziyyəti qaydaya salmaq lazımdır. əgər dövlət olaraq uğur qazanmaq istəyirlərsə, insanların ölkəni tərk etməsinin qarşısı alınmalıdır”.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı ekspert Aleksandr Krılov deyib.
Krılov qeyd edib ki, insanların öz ölkələrini tərk etməsi ümumi tendensiyadır: “Bu, Bolqarıstanda da, Baltikyanı ölkələrində də olur. Lakin bu dövlətlər qonşuları ilə hərbi qarşıdurmada deyil. Erməni dövlət quruluşunun gələcəyi vəziyyəti qəti şəkildə yaxşılaşdıracaq sosial, iqtisadi islahatlardan asılıdır”.Muxalifet - 13-12-2018
Nazarbayev Bakıda təhsil almış generalı dəstəklədi - Paşinyana daha bir zərbə
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Belarus Respublikasının Dövlət Təhlükəsizlik Şurasının katibi, Bakıda hərbi təhsil almış general-leytenant Stanislav Zasın KTMT baş katibi postuna namizədliyinə rəsmi dəstəyini ifadə edib.
Muxalifet.az “EADaily” nəşrinə istinadən xəbər verir ki, bu barədə Nazarbayev Astanada Zas ilə keçirdiyi ikitərəfli görüşdə bildirib.Muxalifet - 13-12-2018
Əfsanə cütlük boşanır? - Viktoriya sevgi döyməsini sildirdi
Viktoriya Bekhem 19 ildir evli olduğu futbolçu Devid Bekhemə olan sevgisinin simvolu olan kürəyindəki döyməni sildirib.
Son günlərdə cütlüyün boşanacağı barədə iddialar mətbuata düşüb.
Cütlük dünən axşam bir tədbirdə iştirak edib. Viktoriya kürəyi açıq paltarda olub. Onun kürəyində döymənin silinməsi jurnalistləri çaşqınlığa salıb.
Xanım Bekhemin kürəyində “Mən sevgilimə aidəm, sevgilim də mənə” yazısı olan döymə var idi. Döymənin silinməsi iddiaları gücləndirib.Muxalifet - 13-12-2018
Salmanın oğlu jurnalisti mişarla doğratdı, 500 milyard dollarlıq şəhər planı batdı - VƏLİƏHDİN ETİRAFI
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Muhammed ibn Salman etiraf edib ki, Misir və İordaniya ilə sərhəddə NEOM adlı fantastik şəhər salmaq planları uğursuzluğa düçar olub. virtualaz.org “The Financial Times”ə istinadən xəbər verir ki, vəliəhd biznesmenlərlə görüşündə bu haqda danışıb. Bildirib ki, yaxın illərdə heç kimin bu layihəyə investisiya qoyacağına inanmır. Çünki jurnalist Camal Xaşoginin öldürülməsinə reaksiyalar çox sərt olub.
Muxalifet - 13-12-2018
Putindən etiraf: Yeltsinin prezident təklifindən imtina etdim
Rusiyanın birinci prezidenti Boris Yeltsin mənə prezident olmağı təklif edəndə bu təklifdən imtina etdim.
Bu sözləri Yaroslavl şəhərində keçirilən “Proyektoriya” ümumrusiya peşəkar naviqasiya forumu çərçivəsində baş tutan açıq dərsdə çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin deyib.Muxalifet - 13-12-2018
Mənzil verilən idman xadimlərinin SİYAHISI
Dövlət başçısı və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin 2018-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə mənzillə mükafatlandırdığı görkəmli idman xadimlərinin adları müəyyənləşib.
Milli Olimpiya Komitəsindən verilən məlumata görə, siyahıda müxtəlif idman növləri üzrə məşqçilər, hakimlər, idmançı və veteran idmançılar, eləcə də Gənclər və İdman Nazirliyinin əməkdaşları yer alıb.Muxalifet - 13-12-2018
Sabahın məzənnəsi açıqlandı
Dekabrın 14-nə manatın məzənnəsi açıqlanıb.
Mərkəzi Bankdan Muxalifet.az-a verilən məlumata görə, 14.12.2018-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, 2018-ci il dekabrın 13-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edibMuxalifet - 13-12-2018
Yəhudi əsilli dünya ulduzundan İsrailə qarşı ŞOK ADDIM
Yəhudi əsilli aktrisa Natali Portman Təl-Əvivin iyul ayında qəbul etdiyi "Yəhudi Milləti Dövlət Qanunu"nu irqiçilik kimi səciyyələndirib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Londonda ərəbcə çıxan “Al-Kuds Al-Arabiya” qəzetinə müsahibə verən Portman İsraildə bu il təsdiq olunan "Yəhudi Milləti Dövlət Qanunu"nu tənqid edib. Mübahisəli qanunu "irqçilik" kimi qiymətləndirən Yəhudi əsilli Hollivud ulduzu fikirlərini belə ifadə edib:Muxalifet - 13-12-2018
Polislər qaçırılan 15 yaşlı qızı tapdı
Bərdə rayonunda qaçırılan 15 yaşlı qız tapılaraq ailəsinə təhvil verilib.
Muxalifet.az Report-a istinadən xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2003-cu il təvəllüdlü Ş.H-nın və onu qaçıran Habil İsmayılovun yeri müəyyən edilib. 15 yaşlı qız ailəsinə təhvil verilib.
Araşdırma zamanı məlum olub ki, 15 yaşlı qız evlənmək məqsədi ilə könüllü olaraq qoşulub qaçıb. Bu səbəbdən cinayət işi başlanmayıb. Hər iki şəxsdən izahat alınaraq sərbəst buraxılıb.Muxalifet - 13-12-2018