Axtarış

The search found 105860 results in 0.019 seconds.

Search results

  1. Qarabağdakı rejimin daxilində çaxnaşma başladı, Mnatsakanyan işdən çıxarıldı - BALASANYAN VƏ DİGƏRLƏRİ DƏ GEDİR

    Dağlıq Qarabağdakı qondarma rejimin daxilində ciddi çaxnaşmaların başladığı barədə məlumatlar yayılıb.
    Muxalifet.az Virtualaz.org-a istinaden  xəbər verir ki, Ermənistanda nəşr edilən “Qraparak” qəzetinin yazdığına görə Dağlıq Qarabağın qondarma “müdafiə naziri” Levon Mnatsakanyan vəzifəsindən azad edilib. Onun yerinə separatçı rejimin “silahlı qüvvələrinin baş qərargah rəisi” Karen Abramyan təyin olunub.

     

    Muxalifet - 13-12-2018

  2. Ermənistan rəsmisi Azərbaycana gələcək

    Ermənistan Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında təmsil olunacaq.
    “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib.
    Yerevanı iclasda Xarici İşlər Nazirliyinin Çoxtərəfli və İkitərəfli İqtisadi Əməkdaşlıq Departamentinin rəisi Aşot Koçaryan təmsil edəcək.
    QDİƏT Xarici İşlər Nazirləri Şurasının iclası dekabrın 14-də Bakıda keçiriləcək.

    Muxalifet - 13-12-2018

  3. ​Abelin adamları aradan çıxmaq istəyirlər... - İDDİA

    Prezidentin sərəncamı ilə Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov istefaya göndərildikdən sonra BDU rəhbərliyində təmsil olunan şəxslər arasında ciddi narahatçılıqlar başlayıb. Əsasən də A.Məhərrəmova yaxın olan və onun dönəmində çoxsaylı qanunsuzluğa yol vermiş şəxslər “sudan quru çıxmağın” yollarını axtarırlar. 

    Muxalifet - 13-12-2018

  4. Vergilər Nazirliyi şok yeyinti faktı aşkarladı: MİLYONLAR NECƏ VƏ KİMLƏR TƏRƏFİNDƏN MƏNİMSƏNİLİB? - Müsahibə

    Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktoru Xəqani İsgəndərovun BakuPost-a müsahibəsi
    - Xəqani müəllim, vergi orqanları tərəfindən aparılan yoxlamalarının sayı azaldılıb. Bu, vergidən yayınma hallarının qarşısının alınması ilə bağlı tədbirlərin effektivliyinə necə təsir göstərir?

    Muxalifet - 13-12-2018

  5. Bakıda sərnişinləri ölümlə üz-üzə qoyan avtobus - ŞOK VİDEO

    Muxalifet - 13-12-2018

  6. ​Nazirdən ƏMR: Bakıda 10 TSEK LƏĞV EDİLDİ

    Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev Bakı şəhəri üzrə 10 tibbi-sosial ekspert komissiyalarının (TSEK) ləğv edilməsi ilə bağlı əmr imzalayıb. 
    Məlumata görə, nazirin digər müvafiq əmri ilə Bakı şəhəri üzrə 10 tibbi-sosial ekspert komissiyaları (TSEK) bundan sonra 5 tibbi-sosial ekspert komissiyası kimi fəaliyyət göstərəcək. 

    Muxalifet - 13-12-2018

  7. ​Bakıda ərinin xəyanətini yaxalayan qadından ŞOK SÖZLƏR: “Onu öldürəcəkdim” – VİDEO

    Bakıda həyat yoldaşı narkotik aludəçisi olan gənc qadın yaşadığı məişət zorakılığından danışıb.
    A24.Az-a öz həyat hekayəsindən bəhs edən qadın bir övladı ilə çətin günlər yaşadığını bildirib.

    Muxalifet - 13-12-2018

  8. İsraildə niyə xərçəng yoxdur? - Yəhudi həkim xərçəng və qriplə bağlı HƏR ŞEYİ AÇDI - FOTO

    Ağaclar yarpaqlarını töküb, səma bozun 50 çalarına bürünəndə, günəş sanki əlvida deyib buludların arxasında gizlənəndə, soyuqdəymə qonaq gəlir. Bəxtimiz gətirsə, sadəcə, boğaz ağrısı, burun axma ilə yola verə bilirik, ən pis halda isə qızdırma, sümük-əzələ sızıltısı, sanki rəndə udmuş kimi boğaz sızıltısı əhvalımızı qara əskiyə bükür. Bəzən hətta sıradan saydığımız qrip virusu minlərlə can alır.

    Qripdən necə qorunaq? Ümumiyyətlə, bu virusdan yan keçmək mümkündürmü? Bu virus daha hansı ciddi xəstəliklərə yol aça bilər?

    Muxalifet - 13-12-2018

  9. ​Bakı merinin qardaşına yüksək VƏZİFƏ VERİLDİ

    Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı Aydın Əzizovun vəzifəsini yüksəldib.
    Məlumata görə, Sahil Babayevin müvafiq əmri ilə,  Aydın Əzizov Bakı şəhərində yeni yaradılan 5 tibbi-sosial ekspert komissiyasının Səbail, Yasamal, Nəsimi rayonları üzrə baş müdiri təyin edilib. 
    Xəbəri Unikal.org-a Aydın Əzizov təsdiqləyib.
    Qeyd edək ki, bundan əvvəl A.Əliyev Səbail rayonun tibbi-sosial ekspert komissiyasının müdiri vəzifəsində çalışırdı.

    Muxalifet - 13-12-2018

  10. Ankarada dəhşətli qatar qəzası: 9 ölü, 47 yaralı - Video

    Ankara-Konya sürət qatarı qəzaya uğrayıb.
    Muxalifet.az “Hürriyyət”ə istinadla xəbər verir ki, qatar Yeniməhəllə ilçəsinə bağlı Marşandiz stansiyasında relsdən çıxıb və yerüstü keçidə çırpılıb. Dağılan keçid vaqonların üstünə tökülüb. İki vaqonun aşdığı qəzada çoxsaylı insan yaralanıb. Dağıntılar altında da yaralılar var.
    Hadisə yerli vaxtla 6:40-da (Bakı vaxtı ilə 7:40-da) baş verib.

    ***

    Muxalifet - 13-12-2018

  11. İstanbulda İŞİD-ə qarşı daha bir əməliyyat - BU DƏFƏ 11 TERRORÇU TUTULDU

    İstanbulda İŞİD terror təşkilatına qarşı daha bir əməliyyat keçirilib.
    Trend-in məlumatına görə, əməliyyat çərçivəsində 11 nəfər saxlanılıb.
    Saxlanılanların hamısının Türkiyə vətəndaşları olduğu bildirilir.
    Qeyd edilir ki, əməliyyat qabaqcadan müəyyən olunmuş 15 ünvan üzrə keçirilib.
    Xatırladaq ki, İŞİD-ə qarşı noyabrın 5-də keçirilən sonuncu genişmiqyaslı əməliyyat çərçivəsində 24 nəfər saxlanılmışdı. Həmin şəxslərin Suriya, İraq, Livan və Liviyada terrorçular üçün maliyyə vəsaiti toplamaqla məşğul olduqları bildirilmişdi.

    Muxalifet - 13-12-2018

  12. ​Sərxoş kişi polisə "3 bomba qoyulub" dedi - DİN hərəkətə keçdi

    Dekabrın 12-də saat 18 radələrində “102”yə mobil telefonla zəng vuran şəxs 3 ədəd bomba qoyulması barədə məlumat verib.
    Muxalifet.az DİN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal müvafiq tədbirlər görülüb, lakin fakt təsdiqini tapmayıb. 
    Polisə yalan məlumat verən şəxs - Şəmkir şəhər sakini, əvvəllər məhkum olunmuş Əkbər Həsənov Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun ağır dərəcəli sərxoş vəziyyətdə olması da müəyyən edilib.
    Araşdırma aparılır.

    Muxalifet - 13-12-2018

  13. Bakı Şəhər İcra Hakimiyyətinin sabiq əməkdaşına 11 il cəza istənildi

    Bakı Şəhər İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi hakim qarşısına çıxarılır. O, külli miqdarda dələduzluqda ittiham edilir. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rufullayeva Azad Sultan oğlunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında bildirib ki, Azad Rufullayevin cinayət əməli məhkəmə istintaqı dövründə də sübuta yetirilib.

    Muxalifet - 13-12-2018

  14. ​Mübariz Qurbanlı onu şöbə müdiri TƏYİN ETDİ

    Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni təyinat olub.
    Muxalifet.az xəbər verir ki, Dövlət Komitəsindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Cahandar Əlifzadə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsininin müdiri vəzifəsinə təyin edilib.
    Bununla bağlı komitə sədri Mübariz Qurbanlı müvafiq əmr imzalayıb.
    Xatırladaq ki, C.Əlifzadə bundan əvvəl Dövlət Komitəsində Dinşünaslıq ekspertizası şöbəsi müdirinin müavini vəzifəsində çalışıb. 

    Muxalifet - 13-12-2018

  15. ​Rusiya XİN Lavrovun Bakıya səfəri ilə bağlı məlumat yaydı: “Strateji tərəfdaşlıq əlaqələri qururuq"

    “Rusiya və Azərbaycan bərabərlik, mehriban qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq əlaqələri qurur”.
    Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bu ölkənin XİN başçısı Sergey Lavrovun Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) ölkələri Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək Bakıya səfəri ilə bağlı məlumatında bildirilir.

    Muxalifet - 13-12-2018

  16. ​Putindən Paşinyana ZƏRBƏ: Moskva...

    Rusiya prezidenti Vladimir Putin Ermənistanda parlament seçkilərində qalib gələn Nikol Paşinyanı təbrik etməyib.
    Muxalifet.az publika.az-a istinaden xəbər verir ki, bu, Ermənistanda birmənalı qarşılanmayıb.

    Muxalifet - 13-12-2018

  17. ABŞ senatorlarından çağırış: “Səudiyyə vəliəhdini vəzəifədən çıxarın”

    ABŞ-ın Cənubi Karolina senatoru Respublikaçı Lindsey Qrehem, Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla bağlı “Vəliəhd şahzadə o qədər zəhərli, o qədər ləkəli, o qədər qüsurludur ki, orada bir dəyişiklik olmadan gələcəkdə Səudiyyə Ərəbistanı ilə iş görməyəcəyəm" deyib.
     

    Muxalifet3 - 13-12-2018

  18. “ABŞ işğal etdiyi bölgələrdə terrorçuları bəsləyir” – RUSİYADAN İTTİHAM

    Rusiyanın Milli Müdafiə Nəzarət Mərkəzinin direktoru general Mixail Mizintsev ABŞ bazasının olduğu El Tanıf bölgəsində 6 min terrorçunun sərbəst bir şəkildə gəzdiyini söyləyərək ABŞ-ın bölgəni işğal etdiyini iddia edib.
     
    TASS-ın xəbərinə görə, Rusiyada Suriyalı qaçqınlar konfransında çıxış edən Mizintsev, ABŞ-ın əsas olaraq istifadə etdiyi 55 kvadrat kilometrlik bölgədə 6 min silahlı terrorçunun sərbəst halda gəzdiyini və ABŞ-ın işğalı üzündən buradakı Rukban qaçqın düşərgəsinə yardım etməyin mümkün olmadığını söyləyib.

    Muxalifet3 - 13-12-2018

  19. Ərdoğanın əməliyyat mesajından sonra böyük təlaş: BAZALARI BOŞALTMAĞA BAŞLADILAR

    Türkiyənin prezidenti Ərdoğanın "Fəratın şərqindəki əməliyyat bir neçə gün içində başlayacaq" mesajından sonra sərhədin digər tərəfində əhəmiyyətli gəlişmələr baş verib. Fərat çayının şərqindəki PKK / PYD terrorçuları qorxuya düşüblər.
     
    ASO, PREZİDENT ERDOĞAN'DAN TƏLİMATLARA GÖZLƏYİR
     

    Muxalifet3 - 13-12-2018

  20. Türkmən və Ərəb tayfalarından Türkiyəyə müraciət: TORPAQLARIMIZI TERRORÇULARDAN AZAD EDİN

    Suriyanın Türkmən və Ərəb Tayfaları Birliyi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Fəratın şərqini separatçı terror təşkilatından qurtarmağa yönəlik hərəkata bir neçə gün içərisində başlanacağı” ilə bağlı YPG / PKK terror təşkilatı tərəfindən işğal edilən torpaqlarına geri dönmək üçün Türkiyədən bölgəyə təcili müdaxilə gözlədiyini bildirib.
     

    Muxalifet3 - 13-12-2018

Pages