Axtarış

The search found 105860 results in 0.018 seconds.

Search results

  1. ​Tovuz Rayon İcra Hakimiyyətində YENİ TƏYİNAT

    Tovuz Rayon İcra Hakimiyyətində kadr təyinatı olub.
    Muxalifet.az Report-a istinadən xəbər verir ki, icra başçısı Məmməd Məmmədovun imzaladığı əmrlə Şakir Rüstəmov icra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini təyin edilib.
    Xatırladaq ki, bu ilin iyunun 7-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Tofiq Zeynalov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

    Muxalifet - 12-12-2018

  2. ​Məşhur Türk jurnalistə Azərbaycanda YÜKSƏK VƏZİFƏ VERİLDİ - FOTO

    Türk dünyasının tanınmış jurnalisti Ali Kan Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin üzvü olub.
    Bu barədə Kikboksinq Federasiyasından məlumat verilib.
    Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev Ali Kanı federasiyada görməkdən məmnun olduğunu bildirib.
    “Ali Kan Türkiyədə tanınmış jurnalistlərindəndir. Azərbaycanın haqq səsini Türk dünyasına çatdırılmasında xüsusi rolu var. Azərbaycan davasında yanımızda olan qardaşdır.

    Muxalifet - 12-12-2018

  3. ​İcra başçısının korteji narazılığa səbəb oldu - VİDEO

    Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun avtomobil karvanı kənd sakinlərinin etirazına səbəb olub. Muxalifet.az Yenicag.az-a istinadən xəbər verir ki, icra başçısı 10-a yaxın avtomobilin müşayiəti ilə kəndlərin birinə gedib. Bu haqda kənd sakinlərindən biri öz "Facebook” səhifəsində videogörüntü paylaşıb. Yayılan videogörüntüdə isə aydın görünür ki, icra başçısının kəndə gəldiyi avtomobil karvanını 1 polis və 10-a yaxın mülki avtomobil müşayiət edir. Həmin görüntüləri təqdim edirik:

    Muxalifet - 12-12-2018

  4. ​Azərbaycana gətirilən 31 ton kişmiş zərərsizləşdirildi

    Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən Özbəkistandan Azərbaycana idxal edilən 31 ton quru üzümün də ekspertizaya cəlb edilməsi həyata keçirilib.
    Agentlikdən verilən məlumata görə, məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına göndərilib. Laborator müayinələr nəticəsində məhsuldan götürülmüş nümunələrdə kif maya göbələyi aşkar edilib. AQTA-nın mütəxəssisləri tərəfindən sahibkara kif maya göbələyinə yoluxan məhsulun termiki emaldan keçirilməsi tövsiyə olunub.

    Muxalifet - 12-12-2018

  5. ABŞ əsgərləri ordaykən Fəratın şərqində əməliyyat risk daşıyırmı?

    Türkiyə üçün Fəratın şərqində sərhədə yaxın nöqtələr prioritet təşkil edir. Bunlar arasında da Münbiçdən etibarən Ayn əl Arab və Tel Abyad ön plana çıxır. Şimalda Hasəkəyə qədər uzanan bu zonanın PKK işğalından təmizlənməsi ilk məqsəd olacaqdır.
     
    ABŞ-ın Fəratın şərqindəki məqsədi sözdə İŞİD-la mübarizə bəhanəsi ilə silahlandırdığı PKK terrorçularını İŞİD-dan sonra bu regionda ordu halına gətirməkdir. Və bu yöndə konkret hərəkətə keçərək 40 min SDG-li döyüşçüyə hərbi təlim veriləcəyini bəyan edib.
     

    Muxalifet3 - 12-12-2018

  6. ​Bakıda Gerasimov və Skaparotti görüşdü - Rusiya

    Bu gün Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov arasında görüş baş tutub.
    Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
     

    Muxalifet3 - 12-12-2018

  7. ABŞ-dan ŞOK ŞAHZADƏ BİN SALMAN AÇIQLAMASI!

    ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Nikki Haley Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülən Camal Qaşıqçı haqqında şok bir açıqlama verib.
     
    Nikki Haley, "Camal Qaşıqçı qətlinin səbəbkarı Səudiyyə rəhbərliyi və hakimiyyətin başı Məhəmməd bin Salmandır. Cəzasız qalmamalıdırlar" deyib.
    ABŞ-ın xəbər kanalı “NBC”-də bir proqramda çıxış edən Nikki Haley, bu məsələdə Səudiyyə Ərəbistanı ilə "ciddi və sərt” dildə danışılmasının lazım olduğunu söyləyib.

    Muxalifet3 - 12-12-2018

  8. ŞOK: Pensiya yaşı növbəti dəfə artırıldı – Cədvəl

    Azərbaycanda gələn il üçün kişilərin və qadınların pensiya yaşı daha 6 ay artacaq. 1 iyul 2018 – 30 iyun 2019-cu il tarixində kişilərin pensiya yaşı 64, qadınların isə 61 olacaq. 1 iyul 2019 – 30 iyun 2020-ci il tarixində isə kişilərin pensiya yaşı 64 il 6 ay, qadınlarınkı isə 61 il 6 ay olacaq. Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanuna edilmiş sonuncu dəyişikliklərə görə, kişilərin və qadınların pensiya yaşı dəyişdirilib.

    Muxalifet3 - 12-12-2018

  9. ​Millimizin rəqibləri bəlli oldu: Slovakiya, Uels, Moldova...

    Dekabrın 12-də UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında final mərhələsi 2020-ci ildə Litvada təşkil ediləcək futzal üzrə dünya çempionatının ilkin və əsas mərhələsinin püşkatma mərasimi keçirilib.
    Muxalifet.az xəbər verir ki, əsas mərhələdən mübarizəyə başlayacaq Azərbaycan milli komandası üçüncü qrupda Slovakiya, ilkin mərhələnin “H” qrupunun qalibi və “G” qrupunda ikinci yeri tutacaq komandalarla qarşılaşacaq.

    Muxalifet3 - 12-12-2018

  10. ​Zurabişvili Bakı ilə əməkdaşlığın əhəmiyyətini anlayır - Səfir

    Türkiyə, Azərbaycan və Gürcüstan arasında strateji əməkdaşlıq mövcuddur. Əminəm ki, Salome Zurabişvili Gürcüstan Prezidenti olaraq bu münasibətlərin inkişafına mühüm töhfə verəcək.
    Bu fikirləri report -a açıqlamasında Türkiyənin Gürcüstandakı səfiri Fatma Seren Yazqan deyib.

    Muxalifet3 - 12-12-2018

  11. ​Çindən Kanadaya sərt cavab gəldi: Diplomat saxlanıldı

    Beynəlxalq Böhran Qrupunun Şimal-Şərqi Asiya üzrə keçmiş müşaviri, kanadalı diplomat Maykl Kovriqin Çində saxlanılmasının səbəbi bəlli olub.
    Muxalifet.az xəbər verir ki, bu barədə "Beijinq Nyus" agentliyi məlumat yayıb.
    Agentlik qeyd edir ki, kanadalı diplomat Çinin milli təhlükəsizliyinə təhlükə yaratdığı üçün nəzarət altına alınıb.
    Qeyd edək ki, bir müddət öncə də “Huavey”in maliyyə məsələləri üzrə direktoru və şirkətin təsisçisi Jen Cenfeyin qızı Menq Vanzhou dekabrın 1-də ABŞ-ın istəyi ilə Kanadada saxlanılıb. Çin tərəfi buna etirazını bildirib.
     

    Muxalifet3 - 12-12-2018

  12. ​Bu Avropa ölkəsi 14 ədəd F-16 alır: 1,58 milyardlıq müqavilə

    14 ədəd ABŞ istehsalı F-16 təyyarəsi alacağıq.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Slovakiya Baş naziri Peter Pelleqrini bildirib.
    Qeyd edilir ki, Bratislavada bu ölkənin Müdafiə naziri Piter Qajdosla "Luked Martin" şirkətinin nümayəndəsi Ana Vuqovski arasında hərbi müqavilə imzalanıb. Razılaşmanın dəyəri 1,58 milyard avro dəyərindədir.
    Təyyarələr Slovakiyaya təhvil verildikdən sonra ordu tamamilə NATO və AB standartlarına uyğun olacaq.
     

    Muxalifet3 - 12-12-2018

  13. ​Türkiyəli mütəxəssis Qurban Qurbanovu nümunə göstərdi

    Tovuzun “Turan” klubunun sabiq baş məşçisi Naci Şensoy Qurban Qurbanovun millimizin baş məşqçi postundan göndərilməsindən sonra AFFA-dan təzminat tələb etməməsinə münasibət bildirib.
    Muxalifet.az xəbər verir ki, 60 yaşlı Kosovo əsilli türkiyəli mütəxəssis Qurban Qurbanovu nümunə göstərib:

    Muxalifet3 - 12-12-2018

  14. ​Kurts Türkiyədən tələb etdi: Onu azadlığa burax!

    Avstriya Baş naziri Sebastian Kurts Türkiyədə həbsdə olan vyanalı jurnalist Maks Zirnqastın azadlığa buraxılmasını tələb edib.
    Muxalifet.az xəbər verir ki, Kurts ədaətin təmin edilməsini gözlədiklərini deyib:
    "Türkiyənin bu və digər hallarda hərəkəti qəbuledilməzdir".
     

    Muxalifet3 - 12-12-2018

  15. ​Məmmədov və Əliyev Gürücüstanda ilk üçlükdə...

    Məmmədov və Əliyev soyadları Gürücüstanda ən çox yayılmış soyadların onluğunda yer alıb.
    Muxalifet.az-ın verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Dövlət Xidmətlərinin İnkişafı Agentliyi məlumat yayıb.
    Gürcüstanda Məmmədov soyadını 28 358 nəfər, Əliyev soyadını isə 19 327 nəfər daşıyır. Məmmədov soyadı siyahıda 2-ci, Əliyev soyadı isə 3-cü yer tutub. Birinci yerdə isə 29 173 nəfərin daşıdığı Beridze soyadıdır.
    Bayramov soyadına Gürcüstanda tez-tez rast gəlinsə də, bu soyad ilk onluğa düşməyib.

    Muxalifet3 - 12-12-2018

  16. Ankaranın Bakını itirməsi və İrəvanla razılaşması... - Politoloq

    Ermənistanın əvvəlki rəhbərliyi də buna bənzər təkliflər verdi, amma bu, Türkiyə tərəfindən qəbul edilmədi, çünki bugünkü Azərbaycan-Türkiyə münasibətləri bu və ya digər dərəcədə Türkiyə-Ermənistan münasibətləri ilə tamamilə bağlıdır. Muxalifet.az xəbər verir ki, bu sözləri Ermənistanın müvəqqəti baş nazir postunu icra edən Nikol Paşinyanın Türkiyə ilə bağlı açıqlamasını şərh edərkən politoloq İlqar Vəlizadə sputnik -ə bildirib. "Türkiyə-Ermənistan sərhədinin açılması üçün Türkiyənin şərtləri yerinə yetirilməlidir. Bu cür təkliflər realist görünmür, real vəziyyətlə uyğun gəlmir.

    Muxalifet3 - 12-12-2018

  17. ​Rusiya ilə Ermənistan arasındakı yeganə quru yol qapadıldı

    Rusiya ilə Ermənistan arasındakı yeganə quru nəqliyyat yolu qapanıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Ermənistanın nəqliyyat, rabitə və informasiya texnologiyaları nazirliyi açıqlama yayıb.
    Dekabrın 12-də, saat 14.30-dan etibarən pis hava şəraiti ilə əlaqədar yolda hərəkət dayanıb. Avtomobil yolundan nə minik avtomobilləri, nə də yük maşınları keçə bilmir.
     

    Muxalifet3 - 12-12-2018

  18. 2019-cu ildən gözləntilər - Gözlənilməz vəzifə yüksəlişi, xəyanət...

    Şərq təqviminə əsasən 2019-cu ilin fevral ayının 5-dən 2020-ci ilin 24 yanvar tarixində kimi sarı donuz ilidir. Daha sonra sarı donuz yerini ağ siçovula verəcək.
    2019-cu il necə olacaq? Hansı xüsusiyyət və əlamətləri ilə insanların yaddaşında qalacaq?
    İlk növbədə deyə bilərik ki, donuz ili rəngli və yaddaqalan olacaq. 2019-cü il yaratmaq, özünü məmnun etmək istəyənlər üçün düşərli hesab edilir. Bir çoxları nəhayət, əllərində olana dəyər verməyi bacaracaqlar, sabah üçün deyil, bu gün üçün yaşayacaqlar.

    Muxalifet4 - 12-12-2018

  19. Geosiyasi risklər: Paşinyanın yaratdığı qeyri-müəyyənlik

    Ermənistan səbirsizliklə növbədənkənar parlament seçkisini gözləyirdi. Doğrusu, ekspertlər də bu hadisəyə böyük əhəmiyyət verirdilər. Onlar N.Paşinyanın Ermənistanın siyasi səhnəsində etdiyi dəyişiklikləri konkret faktlarda görmək arzusunda idilər. Ümidlər özünü doğrultmadı. Seçkidə qalib gələn erməni "inqilab rəhbəri"nin qazandığı nəticəni "Pirr qələbəsi" kimi qiymətləndirirlər. Hesab edilir ki, bütövlükdə seçki baş tutmayıb. Bir sıra saxtakarlıqlar müşahidə edilib. Ən əsası isə seçicilər fəal olmayıblar. Onların yarıdan çoxu səsvermədə iştirak etməyib.

    Muxalifet3 - 12-12-2018

  20. ​Ermənistan artıq işğala son qoymalıdır - Fənani

    İndoneziya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və qəti şəkildə dəstəkləyir.
    Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərlə görüşü zamanı İndoneziyanın Azərbaycandakı səfiri Hüsnən Bey Fənani bildirib.
    "Bu məsələdə haqq-ədalət təcavüzə üstün gələcək. Qarabağ və Ermənistanın işğal etdiyi yeddi rayon yalnız Azərbaycana, onun xalqına məxsusdur. Artıq bu işğala son qoyulmalıdır”, - deyə o vurğulayıb.

    Muxalifet3 - 12-12-2018

Pages