Axtarış

The search found 105860 results in 0.026 seconds.

Search results

  1. 65 yaşlı qadına qarşı İNANILMAZ DƏLƏDUZLUQ - Makler pullarını mənimsəyib, özünü də borclu çıxarıb

    Zaqatala rayon, Əliabad qəsəbə sakini, 10.06.1953-cü il təvəllüdlü Muradova Muxsa Əhməd qızı redaksiyamıza müraciət edərək, üzləşdiyi dələduzluqla bağlı mövqeyini rəsmi qurumlara çatdırmağı xahiş edib. 65 yaşlı ağbirçək qadının başına gələnlər dələduzluq olayları ilə bağlı əsərlərin motivi ola bilər. Muxsa Muradovanın faciəsi isə uzun illər DİN-nin Zaqatala rayon polis şöbəsində polis əməkdaşı işləmiş həyat yoldaşının 2002-ci ildə vəfat etməsi ilə başlayır.

    Muxalifet4 - 12-12-2018

  2. İntihar xəbəri yayılan baş nazirin sabiq müavini danışdı: "KOMPENSASİYA TƏLƏB EDƏCƏM"

    Hansısa məmurun vəzifədən azad edilməsi normal bir haldır. Ancaq bu, kiməsə əsas vermir ki, vəzifədən azad olunan sabiq məmur barədə öz mülahizələri əsasında həqiqəti əks etdirməyən şayiələr yaysın.
     
    Muxalifet.az xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası baş nazirinin sabiq müavini Asəf Məmmədov “Azinforum”a açıqlamasında deyib. O bildirib ki, jurnalistə də həmin yanlış xəbəri kimsə verib:
     

    Muxalifet4 - 12-12-2018

  3. ​Yol polisi sürücülərə müraciət etdi - QAYDALAR DƏYİŞDİ

    Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib.

    Muxalifet - 12-12-2018

  4. Türkiyə Qara dəniz sahilində hərbi baza qurur - BƏS BUNUN QARABAĞA NƏ DƏXLİ...

    Türkiyə Qara dəniz sahillərində hərbi-dəniz qüvvələrinin yeni bazasını qurmağa başlayıb. Virtualaz.org Türkiyə mənbələrinə istinadən xəbər verir ki, hərbi obyekt Gürcüstan sərhədindən təxminən 150 kilometr məsafədə, Sürmen yaşayış məntəqəsində yerləşəcək. Oradan Rusiyanın Soçi şəhərinə 300, Sevastapola isə 650 kilometr birbaşa məsafə var. Hərbi bazanın tikintisi planları hələ soyuq müharibə dövründən olub, amma Türkiyə hərbiyyəsinin bunun üçün vəsaiti yox idi və əsas vəsaitlər Ankaranın Egey dənizindəki mövqelərinin möhkəmləndirilməsinə yönəlmişdi.

    Muxalifet - 12-12-2018

  5. Gürcüstanda azərbaycanlı yeniyetmə ölüb – Günahkar azadlıqda

    Gürcüstanın Bolnisi rayonunun 13 yaşlı sakini İsmayıl Bədəlov bir ay komada qaldıqdan sonra vəfat edib.

    “Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə “Rustavi 2” televiziyası məlumat yayıb.

    Yeniyetmənin döyülməsi ilə bağlı insident bir ay öncə Bolnisidə baş verib. İ.Bədəlovun ailə üzvləri yeniyetmənin həmyaşıdı tərəfindən döyüldüyünü iddia edirlər.

    Muxalifet4 - 12-12-2018

  6. ​Baba Vəziroğlunu sarsıdan ÖLÜM XƏBƏRİ

    Tanınmış şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlunun ailəsinə ağır itki üz verib. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə şairin həyat yoldaşı Zəminə xanım məlumat verib. O bildirib ki, bacısının itkisi B.Vəziroğlunu dərindən sarsıdıb. “Pakizə xanım onun üçün ana əvəzi idi. Odur ki, bizim üçün bu barədə danışmaq ağırdır”. B.Vəziroğlunun xanımı bildirib ki, şairin bacısı keçən həftə ağır xəstəlikdən dünyasını dəyişib və İsmayıllı rayonunda - doğma ata yurdunda dəfn olunub. Allah rəhmət eləsin!

    Muxalifet - 12-12-2018

  7. ​Ukraynadakı səfirliyimizdəki yoxlamaların DETALLARI AÇIQLANDI: “İstintaq bütün məsələləri araşdıracaq”

    "Azərbaycan Baş Prokurorluq tərəfindən həyata keçirilən istintaq araşdırması çərçivəsində Azərbaycanın Ukraynadakı səfirliyi ilə bağlı bütün məsələlər araşdırılacaq”. 
    Bunu BakuPost-a açıqlamasında Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri, millət vəkili Rüfət Quliyev bildirib. 

    Muxalifet - 12-12-2018

  8. Qənirə Paşayeva xəstəliyindən DANIŞDI: “Təxminən bir ay içərisində...”

    “Əziz dostlar, hər birinizə keçirdiyim əməliyyatla bağlı zəngləriniz, mesajlarınız, dualarınız üçün minnətdaram. Hər iki əlimdə karpal tunel sindromu diaqnozu ilə əməliyyat keçirdiyim üçün və həkimlər bir neçə gün telefonla danışmağın, mesaj yazmağın keçirdiyim əməliyyatdan dolayı mümkünsüzlüyünü söylədiklərindən ayrı-ayrılıqda zənglərinizə cavab verə bilmədim, mesajlarınıza cavab yaza bilmədim. Ailə üzvlərim imkanlar daxilində cavab verməyə çalışdılar. Hər birinizə minnətdaram”.

    Muxalifet - 12-12-2018

  9. Suriyada Konistitusiya Komissiyası niyə qurula bilmir?

    Suriyalı müxaliflərin formalaşdırdığı Müzakirə Ali Komitəsinin (MYK) sədri Nasir Hariri Suriya böhranının siyasi həlli ilə bağlı sualları cavablandırıb.
     
    Hariri, Suriyada 8-ci ilə girən daxili müharibəyə son qoyulması üçün aparılan danışıqlardan hələ nəticə əldə edilmədiyini bildirərək "Konstitusiya Komitəsinin yaradılmasında uğursuzluğun əsas səbəbi Rusiyanın Birləşmiş Millətlər Təşkilatının (BMT) rolunu və sponsorluğunu aradan qaldırmağa çalışmasıdır" deyib.

    Muxalifet3 - 12-12-2018

  10. ​“Rus bazası Ermənistan üçün təhlükəyə çevrilir” – “Asparez”dən SENSASİON MƏQALƏ

    “Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının əsgəri erməni qadını öldürdü. Amma o, bu cinayətə görə təqsirləndirilmir, lakin insanların səbri də kifayət qədər çox deyil”.
    Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Asparez” qəzeti məqalə dərc edib.
    Məqalə müəllifi Levon Barseqyan qeyd edir ki, hərbi bazanın fəaliyyəti barədə Ermənistanın hakimiyyət orqanları məlumatlandırılmalıdır:

    Muxalifet - 12-12-2018

  11. ​Stalin Azərbaycan liderini necə QƏTLƏ YETİRDİ?

    Bu gün XX əsr tariximizin mühüm hadisələrindən olan 21 Azər hərəkatının 73-cü ildönümüdür. 1945-ci ildə İranda illərlə istibdada məruz qalan Azərbaycan xalqının Seyid Cəfər Pişəvərinin başçılığı ilə apardığı 21 Azər hərəkatı Azərbaycan Milli Hökumətinin yaranması ilə nəticələndi və elə bir ildən sonra həmin gün Milli Hökumət süquta uğradı.

    Muxalifet - 12-12-2018

  12. Türkiyə Fəratın şərqində əməliyyata başlayır – ƏRDOĞAN AÇIQLADI

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada Fəratın şərqinə keçiriləcək əməliyyatın başlayacağını bildirib.
     
    Prezident Ərdoğan, "Fəratın şərqini separatçı terror təşkilatından xilas etməyə yönəlmiş hərəkatımıza bir neçə gün ərzində başlayacağımızı demişdik və başlayırıq" deyib.
     
    FƏRATIN ŞƏRQİNƏ ƏMƏLİYYAT
     

    Muxalifet3 - 12-12-2018

  13. ​Polis rəisi Rəqsanənin EVİNİ ƏLİNDƏN ALIR

    Qaradağ rayon Polis İdarəsinin rəisi İbrahimov Əli Fərman oğlu müğənni Rəqsanə İsmayılovanın mənzilini əlindən alır. Open.az-ın məlumatına görə, polis rəisi Rəqsanə İsmayılovanı məhkəməyə verərək müğənninin Nəsimi rayonunda yerləşən mənzilindən istifadə hüququna xitam verilməsini tələb edib. İşə Nəsimi rayon Məhkəməsində baxılıb və polis rəisinin iddiası təmin edilib. Qərarla razılaşmayan Rəqsanə İsmayılova Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Məmməd Məhəmmədovun sədrliyi ilə baxılaraq xüsusi qərar çıxarılıb.

    Muxalifet - 12-12-2018

  14. ​Gömrükdə “sarı dəhliz”ə yoxlanacaq sənədlərin sayı artdı – Qida təhlükəsizliyi sertifikatları tələb ediləcək

    Gömrük Komitəsinin Kollegiyası "Gömrük orqanları sistemində risklərin idarə edilməsi sisteminin tətbiqi qaydaları və formaları”nda dəyişiklik edib. 
    Qüvvədə olan "Gömrük orqanları sistemində risklərin idarə edilməsi sisteminin tətbiqi qaydaları və formaları”na əsasən gömrük orqanları sistemində risklərin idarə edilməsi sisteminin tətbiqi 4 dəhlizli sistem (formalar) əsasında qurulur.

    Muxalifet - 12-12-2018

  15. Qaşıqçı cinayətilə bağlı daha bir fakt üzə çıxdı

    Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluq binasında törədilən Camal Qaşıqçı cinayəti ilə bağlı daha bir məlumat ortaya çıxıb. Əldə edilən məlumatlara görə, Konsulluq cinayətin işləndiyi prosesdə digər əvvəlki aylara nisbətdə 15 ton artıq su istifadə edib.
     
    Konsulluğun son üç aylıq su istismar məlumatlarına görə, cinayətin işləndiyi prosesdə digər aylara görə artıq 15 ton su istehlakı baş verib.

    Muxalifet3 - 12-12-2018

  16. ​Bu bitki ana südünü də əvəz edir - Tərkibində unikal elementlər var

    Zeytunun meyvəsi ölümsüzlük və bərəkət, yarpaqları yeni həyat, budağı isə sülh rəmzi sayılır. Qədim yunanlar zeytun yağını "maye qızıl” adlandırırdılar.

    Muxalifet - 12-12-2018

  17. ​Bakıda yük maşını qəzaya uğradı - Sərnişini FHN XİLAS ETDİ

    Bakıda ağır yol qəzası baş verib.
    Muxalifet.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Suraxanı rayonunda “Kamaz” markalı yük avtomobili yol kənarındakı maneəyə çırpılması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
    Əməliyyat başa çatıb.

    Muxalifet - 12-12-2018

  18. ​Erməni deputat xaricə QAÇDI

    Ermənistan parlamentinin deputatı, keçmiş təbiət mühafizəsi naziri Aram Harutünyan ölkədən qaçıb.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, 14 milyon ABŞ dolları məbləğində rüşvət almaq ittihamının irəli sürüldüyü A.Harutünyan parlamentin bu yaxınlarda baş tutmayan iclasında toxunulmazlıqdan məhrum ediləcəkdi.
    Bununla yanaşı, millət vəkili Aram Harutünyanın istintaqdan yayınması ehtimalını nəzərə alan Baş Prokurorluq onun barəsində cinayət işi başlamağa və həbs qəti imkan tədbirinin tətbiqi üçün parlamentə müraciət edib.

    Muxalifet - 12-12-2018

  19. ​İcra Hakimiyyəti Atatürk Parkı ilə bağlı AÇIQLAMA YAYDI

    Bakı Şəhər İcra Hakimiyyəti Atatürk Parkında aparılan təmir işləri ilə bağlı açıqlama yayıb.
    Qurumdan Muxalifet.az-a daxil olan xəbərə görə, paytaxtın Nərimanov rayonundakı Atatürk prospektində yerləşən eyni adlı parkda təmir-yenidənqurma işləri aparılır. Bildirilir ki, böyük şəxsiyyət Mustafa Kamal Atatürkün adını daşıyan bu parkdakı şərait və vəziyyət günün tələblərinə uyğun deyildi və heç kimi qane etmirdi. “Parkın vəziyyəti ilə bağlı ətraf ərazılərdə yaşayan vətəndaşlardan haqlı narazıliq və iradlar daxıl olurdu. 

    Muxalifet - 12-12-2018

  20. İrana yeni sanksiya hazırlanır

    ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Hook ABŞ-ın Dövlət Departamentinin fars dilində Twitter hesabı üzərindən paylaşdığı görüntülü mesajında İrana tətbiq olunacaq yeni sanksiya ilə bağlı açıqlama verib. ABŞ-ın Xarici İşlər Nazirliyinin sosial media hesablarına İranlı yüksək səviyyəli rəsmilərin ABŞ-da yaşayan yaxınlarının oturum icazələrinin ləğv edilməsi çağırışının gəldiyini bildirən Hook, "Bu yöndə çalışdığımızı deyə bilərəm” deyə qeyd edib.

    Muxalifet3 - 12-12-2018

Pages