Axtarış
The search found 105860 results in 0.024 seconds.
Search results
Azərbaycanın tikinti baronları niyə narahat olub...
Son aylarda Azərbaycan və digər qonşu ölkələrinin bazarını dolduran ucuz İran armaturlarının nə dərəcədə keyfiyyətli olduğu barədə araşdırmalarımız belə görünür ki, inşaatın maya dəyərini mümkün qədər aşağı salıb maksimum qazanc götürməyə çalışan bəzi yerli tikinti baronlarını narahat edib. Virtualaz.org xəbər verir ki, bəzi KİV-lərdə İran armaturlarının keyfiyyət standartlarına cavab vermədiyi, hətta inşaatda istifadə olunarsa təhlükəli ola biləcəyi barədə araşdırmaları “yerli inhisarçı”nın maraqları ilə uzlaşdırmaq cəhdləri müşahidə olunur.
Muxalifet - 11-12-2018
SON DƏQİQƏ: polis rəisi iş otağında öldürüldü - FOTO
Türkiyənin Rize şəhər Polis İdarəsinin rəisi Altuğ Verdi qətlə yetirilib.
Muxalifet.az xəbər verir ki, polis rəisi digər bir polis məmuru tərəfindən oldu silahla vurulub. Silahlı hücum zamanı daha 3 polis yaralanıb.
Hadisə bu gün saat 4 radələrində baş verib. Hücumun Dərəbazarı polis idarəsinin yol polisi İsmayıl Haqqı Saraçoğlu tərəfindən təşkil edildiyi məlum olub. 14 ildir polis işləyən cinayətkar da hadisə zamanı xəsarət alıb.Muxalifet - 11-12-2018
Dolların məzənnəsi açıqlandı
Dekabrın 12-nə manatın məzənnəsi açıqlanıb.
Mərkəzi Bankdan Muxalifet.az-a verilən məlumata görə, 12.12.2018-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, 2018-ci il dekabrın 11-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edibMuxalifet - 11-12-2018
“Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovun seksist olduğu üzə çıxdı
“Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov gələcəkdə onun yerinə hər hansı qadının gəlməsini qeyri-mümkün hesab etdiyini bildirib.
Muxalifet.az “Bloomberg TV”yə istinadən xəbər verir ki, Ələkbərovun sözlərinə görə, öz davamçıları kimi yalnız kişiləri nəzərdən keçirir, çünki bu potensiala sahib olan heç bir qadın onun nəzərində yoxdur.
Muxalifet - 11-12-2018
Bu da Fatimənin HƏR KƏSDƏN GİZLƏTDİYİ ƏRİ – FOTO
Rəqqasə Fatimə Fətəliyevanın həyat yoldaşı ilə fotoları gündəmə çevrilib. Muxalifet.az open.az-a istinadən xəbər verir ki, cütlüyün şəkilləri sosial şəbəkədə yayılıb. Xatırladaq ki, noyabrın 30-da rəqqasə Fatimə Fətəliyeva 11 illik həyat yoldaşına sürpriz edərək ad gününü təbrik edib: “Bu gün ailəmin dayağı olan həyat yoldaşımın doğulduğu gündür. Oğlumun atası, nə yaxşı ki, dünyaya gəlmisən. Hər zaman başımızın üstündə olasan”. Qeyd edək ki, bu Xəyal adlı şəxs Fatimə Fətəliyevanın ikinci həyat yoldaşıdır.
Muxalifet - 11-12-2018
“Taym” Camal Qaşıqçını “İlin adamı” elan etdi - Foto
ABŞ-ın “Taym” nəşri “İlin adamı” mükafatına layiq görülənlərin adlarını açıqlayıb.
Muxalifet.az xəbər verir ki, mükafata Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda qətlə yetirilən Camal Qaşıqçı, ABŞ-ın Merilend ştatının Annapolis şəhərində yayımlanan “The Capital Gazette” nəşri, Filippində dövlət başçısı Rodriqo Duterte hökumətinə qarşı müxalif mövqeyi ilə seçilən “Rappler” xəbər saytının aid olduğu şirkətin idarə heyətinin sədri Maria Ressa və Myanmada həbs olunan “Röyter” müxbirləri Va Lone və Kyav Soe sahib olub.Muxalifet - 11-12-2018
Mahaçqala sakinləri 5-ci mərtəbədən düşən uşağı tutdular - VİDEO
Mahaçqalada yaşayış binasının 5-ci mərtəbəsindən düşəm uşağı təsadüfən orada yoldan keçən iki nəfər tutub.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, hadisəyə laqeyd qalammış şəxslərin sayəsində uşaq sağ qalıb. Üstəlik, onun heç bir zədəsinin olmadığı bildirilir.Muxalifet - 11-12-2018
Fransa ABŞ-ın “sarı qəzəb”inə tuş gəlib: Tramp Parisi niyə “partlatmaq” istəyir...
Ağ Ev sahibi ABŞ-ın səhnəarxasında Fransada törətdiklərindən məmnundur və bundan qürür duyur; Belə anlaşılır ki, D.Tramp “Fransanı ağzına atıb, çeynəyir” və aldığı “ləzzətli dad”ın keyfini çıxarır; Parisin altına qoyulan “bomba” artıq “partlatmaq” üzrədir; Əgər, rəsmi Paris vaxtında geri çəkilib, Ağ Evin təlimatlarına uymazsa, böyük ehtimalla həmin “bombanın fitili” tam çəkilə bilər...
Muxalifet - 11-12-2018
Nazir açıqladı: Neft hasilatını azaldırıq
Rusiya gələn ildən neft hasilatını mərhələli şəkildə azaldacaq.
Muxalifet.az xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib.
“Proqnozlarımıza uyğun olaraq, bu ilin oktyabr ayındakı sutkalıq hasilat göstəricisi ilə müqayisədə istehsalı 50 və ya 60 min barrel arasında azaltmaq yolunda irəliləyirik. Gələn aydan neft istehsalının azaldılması əsasən iqlim və texniki imkanlardan asılı olacaq. Şirkətlərin də təkliflərini alacağıq”, - deyə nazir bildirib.Muxalifet3 - 11-12-2018
Əsəd rejimi 40 müxalif lideri edama məhkum etdi
Bəşər Əsəd rejimi 40 müxalif lider barəsində qiyabi edam cəzası ilə bağlı qərar verib.
Muxalifet.az xəbər verir ki, bu barədə “Əl-Vətən” qəzeti məlumat yayıb.
Edama məhkum edilənlərin əksəriyyətinin şərqi qutalı olduğu deyilib.
Onların arasında hərbi qanadda təmsil olunan müxaliflərin, hökumətə qarşı döyüşən silahlı qrupların da olduğu deyilir.
Muxalifet3 - 11-12-2018
İlqar Məmmədovun evi qarət edildi
Rusiyanın Novoqorsk şəhərində azərbaycanlı idmançı, Rusiyanın qılıncoynatma üzrə milli komandasının baş məşqçisi İlqar Məmmədovun evi qarət olunub.
BakuPost xəbər verir ki, idmançıya 200 min rubldan çox zərər dəyib.
Oğrular plastik pəncərəni sıxma yolu ilə evə daxil olublar və evdən zərgərlik məmulatlarını, altı qadın qol saatını aparıblar. Fakt üzrə cinayət işinə başlanıb.
Xatırladaq ki, İlqar Məmmədov ikiqat olimpiya çempionu və dünya çempionudur.
Muxalifet3 - 11-12-2018
İsrail Hizbullahla müharibəyə başlayır?
Hizbullaha qarşı başladılan “Şimal qalxanı” hərəkatının müharibəyə çevrilmə ehtimalı olduqca zəifdir.
Muxalifet.az xəbər verir ki, bu sözləri İsrailin ordu kəşfiyyatının dairə rəhbəri Tamir Hayman deyib.
“Şimalda durum mənfiyə doğru gedir. Lakin savaşın başlama ehtimalı azdır. Əgər müharibə başlarsa, düşmənlərimiz üçün heç də yaxşı olmayacaq”, - deyə Hayman bildirib.
Muxalifet3 - 11-12-2018
Azərbaycanda sürüşmə: Ailələr evsiz qaldı
Şamaxının Quşçu kəndində sürüşmə yenidən aktivləşib. Səbəb isə son günlər müşahidə edilən intensiv yağışlardır.
Muxalifet.az ARB-yə istinadən xəbər verir ki, torpaq sürüşməsi nəticəsində kənd sakilərinə məxsus evlərə və yardımçı tikililərə ziyan dəyib. Evlərin divarında, tavanında xırda çatlar genişlənərək yaşayış üçün təhlükə yaradıb.
Alim Gərayev – kənd sakini: "Əvvəllər az idi, indi artıb. Evdə çatlar çoxalıb, tavan çöküb. Yağış evə dolub.”
Yusif İsmayılov – kənd sakini: "Evimin arxa hissəsi partlayıb. Hər gün ölçürəm bir və ya yarım ssantimetr sürüşmə olur”.Muxalifet3 - 11-12-2018
Nurməhəmmədov nadir fənd işlətdi - VİDEO
UFC çempionu Həbib Nurməhəmmədov gənc samboçuların məşqinə qatılıb.
Muxalifet.az xəbər verir ki, “Sambo-70” İdman və təhsil mərkəzinə baş çəkən H. Nurməhəmmədov gənclərə nadir, lakin çox effektli fənd göstərib.
Gənc samboçular həmçinin UFC çempionundan avtoqraf alıblar.
H. Nurməhəmmədov oktyabrın 6-da UFC çempionluğu uğrunda döyüşdə irlandiyalı rəqibi Konor Makqreqoru məğlub edib.
Muxalifet3 - 11-12-2018
Bayraq və gerbi təhqir edənləri bu cəzalar gözləyir
Dövlət Gerbinin oturulan, ayaq basılan yerlərdə təsvir edilməsi qadağan olunur.
Muxalifet.az xəbər verir ki, bu barədə yeni hazırlanan "Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında” qanun layihəsində əks olunub.
Belə ki, qanun layihəsində bildirilir ki, Dövlət Gerbi Konstitusiya qanununa uyğun təsvir edilməli və nəzərdə tutulan qaydada istifadə olunmalıdır.Muxalifet3 - 11-12-2018
AKP-dən rəisin güllələnməsi ilə bağlı bəyanat
Olayı törədən şəxs saxlanılıb.
Bu sözləri AKP sözçüsü Ömər Çelik deyib.
“Mərhumun ailəsinə başsağlığımızı çatdırırıq. Məkanı cənnət olsun. Saxlanılan şəxsin dindirilməsi ilə bütün həqiqətlər ortaya çıxacaq”, - deyə o bildirib.
Muxalifet3 - 11-12-2018
“Pensiyamızın qalxması vacib deyil. Təki, erməni ordusu güclü olsun ...” - Erməni qarı
“Paşinyan hakimiyyətə gələndən Xankəndində bütün ərzaqlar bahalaşıb...”
“Əgər mən Ermənistan vətəndaşı olsaydım, Paşinyanın partiyasına səs verərdim. Çünki o, orduya çox diqqət ayırır...”
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya nəşrlərindən birinə açıqlamasında Azərbaycanın işğal altındakı Xankəndi şəhərində yaşayan pensiyaçı Cülyetta Qukasyan söyləyib. Rusiyalı müxbir Qarabağdakı ermənilərin İrəvandakı son parlament seçkilərinə münasibətini öyrənərkən sual etdiyi bu qarı onun üçün ən əsas məsələnin erməni ordusunun güclü olması olduğunu vurğulayaraq deyib:Muxalifet3 - 11-12-2018
Türkiyə və Rusiyadan bəyanat: Tez bir zamanda...
Rusiya prezidentinin özəl nümayəndəsi Aleksandr Lavrentyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə xarici işlər nazirinin köməkçisi Sedal Önalla görüşüb.
Muxalifet.az xəbər verir ki, tərəflər Suriyada həll prosesinin önəmli bir mərhələsi olaraq tez bir zamanda konstitusiya komissiyasının qurulmasının vacibliyini diqqətə çatdırıblar.
Muxalifet3 - 11-12-2018
Şəkidə 25 sürücü cərimələndi - Video
Şəki rayonunda qaydaları pozan sürücülərə qarşı reyd keçirilib.
Muxalifet.az-ın məlumatına görə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şəki regional şöbəsi və Dövlət Yol Polisi əməkdaşlarının keçirdiyi tədbir sürücülərin əhaliyə xidmətinin şəffaf və yüksək səviyyədə təmin olunması məqsədi daşıyır.
Belə ki, şəhərdaxili küçələrdə postlar qurulub, yükdaşıma, sərnişindaşıma, taksi fəaliyyəti, qeyri-qanuni sərnişin daşınması ilə məşğul olan sürücülər müəyyənləşdirilib. Reyd zamanı 100-dən çox avtonəqliyyat vasitəsi saxlanılıb, 25 sürücü haqqında isə müvafiq tədbirlər görülüb.Muxalifet3 - 11-12-2018
Güllələnən rəisin arxiv görüntüləri ortaya çıxdı - Video
Türkiyənin Rizə şəhərində güllələnən polis rəisi Altuğ Verdinin yerli mediada arxiv görüntüləri yayılıb.
Muxalifet.az xəbər verir ki, yayımlanan videoda mərhum rəisin sevimli məşğuliyyəti dağ turizmi ilə yaxından maraqlandığı, şəhərin ictimai-sosial tədbirlərində yaxından iştirak etdiyi məlum olur.
Həmin görüntüləri təqdim edirik:
Muxalifet3 - 11-12-2018