Axtarış
The search found 105860 results in 0.033 seconds.
Search results
TÜRKİYƏ QARA DƏNİZDƏ YENİ HƏRBİ BAZA YARADIR
Türkiyə Qara dənizin şərq sahilində yeni hərbi baza yaratmağa başlayıb. Yeni hərbi obyekt Trabzon şəhərindən 40 km məsafədə olan Sürmene rayonunda yerləşəcək. Hərbi bazada 400 nəfər hərbçinin xidmət edəcəyi gözlənilir.
Türkiyə mətbuatının yazdığına görə, Kerç boğazında Ukrayna ilə Rusiya arasında baş vermiş insidentdən sonra ABŞ Qara dəniz sularına öz hərbi gəmilərini göndərmək niyyətini bəyan elədikdən sonra Ankara bu addımı atmağı qərara alıb.
Muxalifet4 - 11-12-2018
İran etiraf etdi: “Bəli, raket atdıq”
İran orta mənzilli ballistik raket sınağı həyata keçirdiyini təsdiqləyib.
İranın “Fars” xəbər agentliyində yer alan xəbərə görə, İran ötən həftələrdə etdiyi iddia edilən "orta mənzilli ballistik raket testi" həyata keçirdiyini təsdiqləyib.
İnqilab Mühafizəçiləri komandiri general-mayor Əmir Əli Hacizadəh "Raket testlərimizi davam edirik və bu sonuncusu əhəmiyyətli bir sınaqdı" - deyib.
ABŞ-dan TƏPKİ GƏLMİŞDİ
Muxalifet3 - 11-12-2018
ABŞ şirkətləri Azərbaycanı niyə tərk edir? - EKSPERTDƏN AÇIQLAMA
Natiq Cəfərli: “Bu şirkətlərin Azərbaycanı tərk etməsi ölkənin imicinə ziyandır”
Muxalifet4 - 11-12-2018
YPG-nin qazdığı tunellər başlarına çökdü
Terror təşkilatı PKK-nın Suriya uzantısı PYD/YPG-nin Fəratın şərqinə yönəlik Türk ordusunun keçirəcəyi mümkün hərbi hərəkat ərəfəsində qazdıqları tunellər Türk əsgəri gəlmədən bir-bir çökməyə başlayıb.
Muxalifet3 - 11-12-2018
Əhaliyə hava XƏBƏRDARLIĞI
Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 13-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.Muxalifet - 11-12-2018
Gömrükdən qaçaq mal keçirmək istəyən ər-arvad ELƏ BİR ŞEY ETDİLƏR Kİ... - ŞOK ANLAR/VİDEO
Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının sayıqlığı nəticəsində xeyli sayda mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısı alınıb.
Muxalifet - 11-12-2018
Vəzifəli şəxslər barəsində cinayət işi başlandı
İnşaat sektorunda yol verilmiş qanun pozuntularının qarşısının alınması, bu sahədə aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birgə tədbirlər davam etdirir.
Muxalifet - 11-12-2018
İdmançının qətlində 19 yaşlı gənc və atası ittiham olunurlar - “AĞLAYIB EVƏ GETDİM, ATAMA DÖYÜLDÜYÜMÜ DEDİM”
Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə ittiham olunan ata-oğul Əhəd və Ramil İsmayılovların cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Muxalifet - 11-12-2018
BDU-dakı ANIM MƏRASİMİNƏ Abel Məhərrəmov ÇAĞIRILMADI - FOTOLAR
Bakı Dövlət Universitetində (BDU) milli lider Heydər Əliyevin anım günü münasibəti ilə tədbir keçirilib. BDU-nun Mətbuat və informasiya şöbəsindən verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin universitetin foyesindəki büstü önünə gül dəstəsi qoyublar. Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, professor İradə Əliyeva Heydər Əliyevin xidmətlərindən danışıb, onun müəyyənləşdiridiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb.
Muxalifet - 11-12-2018
Türkiyə Ermənistanla münasibətləri normallaşdırır? - RƏSMİ AÇIQLAMA
Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməlidir.
Bunu Trend-ə Türkiyə Prezident Administrasiyasından deyiblər.
Ermənistanın baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın ölkəsinin Türkiyə ilə diplomatik münasibətləri Dağlıq Qarabağla bağlı ilkin şərtlər olmadan bərpa etməyə hazır olduğu barədə açıqlamasını şərh edən Administrasiyadan bildiriblər ki, Türkiyə regionda sabitlik və sülh tərəfdarıdır:
“Azərbaycanın işğal olunmuş ərazilər azad olunmayanadək regionda sabitlik ola bilməz”.Muxalifet - 11-12-2018
Söyün Sadıxovdan ŞOK ETİRAF: “Araz Əlizadə məndən deputat seçkiləri üçün 1 milyon pul istədi”
Azərbaycan Sosial Demokrat Partiyasının sədri, Milli Məclisin deputatı Araz Əlizadə 2015-ci ilin parlament seçkiləri öncəsi seçki təbliğatını aparmaq üçün Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü, azərbaycanlı oliqarx Söyün Sadıqovdan 1 milyon dollar pul istəyib.
Bu barədə "Ölkə.Az"a Söyün Sadıqov özü məlumat verib.
Azərbaycanlı oliqarxın sözlərinə görə, Araz Əlizadə deputat seçildiyi təqdirdə həmin pulun müqabilində onun fəaliyyətilə bağlı Azərbaycanda geniş təbliğat işi quracağını vəd edib:Muxalifet - 11-12-2018
Bakıda "BMW" belə YANDI - VİDEO
Bakıda maşın yanıb.
Paytaxtın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində hərəkətdə olan "BMW" markalı avtomobil alışıb.
Maşının yandığını görən sürücü avtomobilini saxlayaraq maşından düşüb. Hadisə yerinə çağrılan FHN-nin yanğınsöndürmə briqadaları yanğını söndürüblər. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb./UnikalMuxalifet - 11-12-2018
Bakıda keçmiş icra başçısının şirkəti binanı söküb “aradan çıxdı” - DAHA BİR “PİLOT LAYİHƏ” FIRILDAĞI, 46 AİLƏ EVSİZ QALIB
Nazirlər Kabinetinin pilot layihələri çərçivəsində Xətai rayonu, Mehdi Mehdizadə küçəsində yerləşən 2 nömrəli arxitekturalı bina ötən ilin yayında sökülüb. Binada yerləşən46 mənzilin sakinləri “İnsaat Konstruksiyalari MMC” ilə alqı-satqı müqavilələri bağlayaraq evlərini tərk ediblər və kirayə mənzillərə köçürülüblər. Sakinlərə bildirilib ki, onların mənzillərinin yerində “pilot layihə” çərçivəsində yeni 18 mərtəbəli yaşayış binası inşa ediləcək və onlara da həmin binada mənzillər veriləcək.
Muxalifet - 11-12-2018
“Ərdoğan mənə altı gündən bir “Hitler” deyir” - NETANYAHU
İsrail Baş naziri Benyamin Netanyahunun Türkiyə ilə ölkəsi arasındakı münasibətlərin düzəlməsi barədə etdiyi zarafat ortaya çıxıb.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, Türkiyə-İsrail məsələləri üzrə mütəxəssis professor Luis Fişman Tvitter vasitəsilə Netanyahunun Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğan barədə dediklərini yayımlayıb.
“Türkiyə ilə münasibətlərimizdə irəliləyiş əldə edilib. Ərdoğan artıq mənə iki gündən bir yox, altı gündən bir “Hitler” deyir”, - Netanyahu bildirib.Muxalifet - 11-12-2018
Firəngiz Mütəllimova da səhnədən getdi?
Bu gün xalq artisti Firəngiz Mütəllimovanın Akademik Milli Dram Teatrından getməsi ilə bağlı xəbərlər yayılıb.
Hətta sevilən aktrisanın bundan sonra heç bir verilişə çıxmayacağı, səhnədən getdiyinə dair müxtəlif şayiələr gündəmə çevrilib.Muxalifet - 11-12-2018
Rusiyada ABŞ-a gözdağı: Nüvə bombardman təyyarələrini göndərdi
Rusiya həyata keçiriləcək birgə hərbi təlim çərçivəsində Venesuelaya nüvə bombardmanı edəcək iki döyüş təyyarəsi göndərib. Təlim ABŞ sanksiyaları altında çətin günlər keçirən ölkəyə dəstək vermək məqsədilə həyata keçirilir.
Rusiya bu çərçivədə hiper inflyasiya ilə boğuşan Venesuelaya 6 milyard dollarlıq sərmayə qoyma sözü də verib.
“Blackjack " adlandırılan Tu-160 tipli bombardman təyyarələri 10 min kilometrlik uçuşdan sonra paytaxt Karakasdakı Simon Bolivar beynəlxalq hava limanına enib.Muxalifet3 - 11-12-2018
SON DƏQİQƏ: Bakıda fahişəxanalar işlədən məşhur Haşımova TUTULDU
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2 maddəsi ilə axtarışda olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Verilən məlumata görə, Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 243-cü (Fahişəliyə cəlb etmə) və 244-cü (Əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə axtarışda olan N.Haşımova saxlanılıb.
Qeyd edək ki, saxlanılan şəxs qadınları fahişəliyə cəlb etməklə məşhurdur.Muxalifet - 11-12-2018
Ərinin balkondan atdığı qadın Azad Rəhimovun qohumudur
Bakıda baş verən dəhşətli cinayətin qurbanı olan Adelya Taxveli Gənclər və idman naziri Azad Rəhimovun yaxın qohumudur.
Muxalifet.az bildirir ki, “Qafqazinfo”ya daxil olan məlumata görə, 30 yaşlı Adelyanın anası nazirin xalası qızıdır.
Gənc xanımın Amerikada təhsil aldığı, həyat yoldaşı Ramiz Taxveli ilə sevərək ailə qurduğu bildirilir. Onların bu nikahdan iki uşağı var. Cütlüyün toyunda nazir A. Rəhimov və ailəsi də iştirak edib.Muxalifet - 11-12-2018
Əli Əhmədov Ermənistandakı seçkiyə münasibət bildirdi
“Təəssüf ki, beynəlxalq təşkilatlar bir çox məsələlərə, o cümlədən seçkilərə münasibəti ifadə edərkən ikili standartlardan qaça bilmirlər”.
Bunu Baş nazirin müavini, YAP sədrinin müavini - İcra katibi Əli Əhmədov Ermənistanda dekabrın 9-da keçirilən parlament seçkiləri ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.Muxalifet - 11-12-2018
Paşinyan Qarabağda bu variantla razılaşacaq - Rus ekspert SSENARİNİ AÇIQLADI
“Ermənistanda seçkidə qalib gələn Nikol Paşinyan Dağlıq Qarabağ məsələsində geri çəkilə bilər”.
Muxlifet.az publika.az-a istinaden xəbər verir ki, bu barədə rusiyalı şərhçi Mixail Belyayev deyib.
Onun sözlərinə görə, Paşinyanın xarici siyasətdə daxili dəstəyin yüksək səviyyəsini transformasiya etməsi çətin olacaq, xüsusilə Dağlıq Qarabağ məsələsində Ermənistanın sərt mövqeyini irəli sürməkdə.Muxalifet - 11-12-2018