Axtarış

The search found 105860 results in 0.034 seconds.

Search results

  1. Avropa İttifaqından açıqlama: “Brexit” müqaviləsi bitmişdir

    Avropa Birliyi (Aİ) Komissiyasının prezidenti Yan Klod Junker, "Bütün tərəflərin “Brexit” müqaviləsinin təkrar müzakirəyə açılmayacağını bilməsi lazımdır" deyib.
     
    Strasburq şəhərində Avropa Parlamenti (AP) Baş Assambleyasına müraciət edən Junker, “Brexit” gündəliyinin 13-14 dekabrdakı Aİ Liderlər Zirvəsinə "sürpriz" şəkildə əlavə olunduğunu bildirib.

    Muxalifet3 - 11-12-2018

  2. “Nar” Azərbaycanda yaşıl enerji və aqrar texnologiyaların tətbiqini dəstəkləyir

    “Nar” Azərbaycanda ilk dəfə “AgTech and Green Energy” mövzusunda keçirilən beynəlxalq foruma dəstək oldu. Məqsəd mobil operatorun ölkəmizdə kənd təsərrüfatı sahəsində yeni texnologiyaların tətbiqini dəstəkləməkdir. Qeyd edək ki, forum Kənd Təsərrüfatı Nazirliyi və Energetika Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

    Muxalifet4 - 11-12-2018

  3. Brejnevin marşal olmasına qarşı çıxan nazirin qəfil ölümü – 10 gün sonra Brejnev marşal olub

    O, hərb elminin bütün incəliklərinə bələd olub, müasirlərinin söylədiyi kimi, anadan hərbçi doğulub. Onun dəqiqliyi, intizamı çoxlarını təəcübləndirib. Siyasi Büroya üzv seçiləndə az danışmağı ilə seçilən Andrey Qromıko da dilə gəlib: “Qreçko Siyasi Büroda hərbi rejim yaradacaq...”

    Milliyətcə ukraynalı olan Andrey Qreçko 1903-cü ildə Rostovda anadan olub. 17 yaşında ordu sıralarına daxil olub. Frunze adına Hərbi Akademiyanı bitirib.

    Muxalifet - 11-12-2018

  4. “Bild” qəzeti Putinin gizli şəkillərini yaydı - FOTOLAR

    Rusiya prezidenti Vladimir Putinin Almaniyada çalışdığı dönəmlərdə çəkilkən şəkillərini yaydı.
    Almaniyanın Bild qəzeti, Rusiya prezidenti Putinin Şərqi Almaniyanın kəşfiyyat işləri apararkən çəkilən şəkillərini yayıb. Bu şəkillərin  1989-cu ildə çəkildiyi bildirilir.
    Putinin  Şərqi Almaniyada KGB adamı kimi çalışdığı bildirilir. Həmçinin bir neçə il öncə Almaniyanın Dresden şəhərinə gedən Vladimir Putin vaxtilə olduğu əraziləri ziyarət etmişdi./Sfera.az 

    Muxalifet - 11-12-2018

  5. Katolik 2 rahibə 500 min dollar oğurlayıb, QUMARDA UDUZDULAR

    ABŞ-da iki katolik rahibə işlədikləri məktəbdən təxminən yarım milyon dollar oğurlayaraq bu pulu Las-Veqasda qumarda və tətillərdə xərclədiklərini etiraf edib.
     
    Ən yaxşı dost olduqları bildirilən Mari Marqaret Kreuper və Lana Çen Los Ancelesdəki Sankt- Ceyms Katolik Məktəbində çalışırdılar.
    Rahibə bacıların 500 min dollar həcmindəki pulu 10 illik proses içərisində oğurladıqları bildirilir.
    Rahibələrinn bu pulu məktəb pulu ianələri və digər ödəmələrdən aldıqları qeyd edilir.

    Muxalifet3 - 11-12-2018

  6. ​VƏRƏM DİSPANSERİNDƏ QANLI OLAY: Xəstəni...

    Bakıda vərəm dispanserində bıçaqlanma olub. Hüquq-mühafizə orqanlarından Muxalifet.az-a verilən məlumata görə, hadisə Xəzər rayonu Mərdəkən qəsəbəsində yerləşən 9 saylı Ağ ciyər və vərəm Dispanserində baş verib. Orada müalicə alan Eltəkin Zeynalov dispanserin ikinci mərtəbəsində aralarında yaranan şəxsi münasibətlər zəminində digər xəstə Rafiq Eyvazovu bıçaqlayıb. Faktla bağlı Xəzər rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

    Muxalifet - 11-12-2018

  7. ​Əsgər Heydər Əliyev Mədət Quliyevlə birgə BABASININ MƏZARI ÖNÜNDƏ - VİDEO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oğlu əsgər Heydər Əliyev babası, Ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib.
    O, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev, habelə DTX-nın şəxsi heyəti, əsgər yoldaşları ilə birgə Fəxri Xiyabana gələrək Ümummili liderin anım günü ilə əlaqədar onun məzarı önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
    Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi feysbuk səhifəsinin paylaşdığı videonu təqdim edirik./Publika.az 

    Muxalifet - 11-12-2018

  8. ​Bakıda təhlükəli balıq məhsulları hazırlayırlar - FOTO

    Daxili İşlər Nazirliyi (din) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ölkə ərazisində ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan orqanizminə ciddi zərər vuran, yararsız qida məhsullarının satışının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
    Bu barədə Muxalifet.az-a DİN-nin mətbuat xidmətindən məlumat verilib.

    Muxalifet - 11-12-2018

  9. ​Həbib Azərbaycana ÇAĞIRILDI: Atası AÇIQLADI

    Mütləq döyüş çempionatının (UFC) qalibi Həbib Nurməhəmmədovun atası və məşqçi Həbib Abdulmanap Nurməhəmmədov oğlunun planlarından danışıb.
    Muxalifet.az Rusiya KİV-inə istinadən xəbər verir ki, Abdulmanap Nurməhəmmədovun sözlərinə görə, əgər Həbib 9 aylıq diskvalifikasiya edilərsə, məşq edəcək və dünyanı gəzəcək.
    Onun sözlərinə görə, idmançı altı prezidentdən dəvət alıb, lakin bu dəvətlərə müsbət cavab vermək imkanına malik olmayıblar.

    Muxalifet - 11-12-2018

  10. Avtobusdan istifadə edən bu şəxslər CƏRİMƏLƏNƏ BİLƏRMİ? - VİDEO

    Avtobuslarda tikinti materialları, heyvanların aparılması sərnişinləri çox vaxt narahat edir. Təəssüflər olsun ki, bu hallar getdikcə daha da artır.
    "Ölkə.Az" xəbər verir ki, ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.
    Vəziyyət o yerə çatıb ki, avtobusların oturacaqlarında it daşıyanlar da peyda olub. Heç bir təhlükəsizlik vasitəsi olmayan heyvan, sahibi tərəfindən avtobusa mindirilir. Sürücünün iradından sonra isə avtobusu tərk edir.

    Muxalifet - 11-12-2018

  11. ​İrəvandan şok: Səhvləri təkrar etməyəcəyik, Qarabağ…

    Türkiyə ilə Ermənistan münasibətlərinin normallaşmasını istəyirik.
    Bunu İrəvanda türkiyəli jurnalistlərlə görüşü zamanı Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan deyib. O, Mənim Addımım Blokunun 70%-dən çox səs toplamasının reform siyasətinin həyata keçirməsinə təsir edəcəyini bildirib.
    Mnatsakanyan Türkiyə ilə Ermənistan arasındakı görüşlərə yeni dinamizm gələcəyini deyib:

    Muxalifet - 11-12-2018

  12. ​Sabir Rüstəmxanlıdan ilginc XƏBƏRDARLIQ: Rus məktəbləri SSRİ modelinə dönüş planıdır? - VİDEO

    “İndi Azərbaycanda rus məktəblərinə az qala xüsusi statuslar verilir”.
    Muxalifet.az xəbər verir ki, bu fikirləri yenicag.az-a açıqlamasında millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyevanın ölkədə rus məktəblərinin stimullaşdırılmasına yönəlik narazılığını dəstəkləyən Xalq yazıçısı Sabir Rüstəmxanlı deyib.
    Sabir Rüstəmxanlının fikrincə, ölkədə fəaliyyət göstərən rus məktəbləri dövlət büdcəsindən maliyyələşməməlidir:

    Muxalifet - 11-12-2018

  13. ​Etirazçılar kəfən geyindilər: “Yalançı prezident…” -

    İranın Əhvaz şəhərində polad zavodunun işçilərinin başladığı etiraz aksiyasının 31-ci günündə etirazçılar kəfən geyinərək küçələrə çıxıblar.
    Muxalifet.az teleqraf.com-a istinaden xəbər verir ki, etirazçılar Xuzistan valilisini istefaya çağırıblar.
    Aksiyada İran Prezidenti Həsən Ruhaninin əleyhinə “Yalançı Ruhani, dediyin tədbirlər planı necə oldu?” şüarı səsləndirilib.
    Daha sonra etirazçılar müxtəlif şüarlarla Əhvazın imam cüməsi Məhəmmədəli Musəvi Cəzayirinin evinin qarşısında piket keçiriblər. Onlar evin yerləşdiyi küçədə oturaraq, yolu bağlayıblar.

    Muxalifet - 11-12-2018

  14. ​İlhamə Quliyevanın oğlu AZADLIĞA BURAXILDI

    Bu gün Binəqədi Rayon Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
    Muxalifet.az “Report”a istinadən xəbər verir ki, hakim Mirheydər Zeynalovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
    Məhkəmənin hökmü ilə O.Nadirova şərti cəza verilib və o, məhkəmə zalında azadlığa buraxılıb.
    Həmçinin məhkəmə O.Nadirovu 1000 manat məbləğində cərimə olunması barədə qərar çıxarıb.

    Muxalifet - 11-12-2018

  15. ​“Volqa”nın qiyməti hər kəsi ŞOK ETDİ

    Azərbaycanda satışa çıxarılan “Qaz 24” markalı minik avtomobilinin qiyməti hər kəsin marağına səbəb olub.

    Muxalifet - 11-12-2018

  16. ​DƏHŞƏT: Canlı yayımda hamilə arvadını döydü - VİDEO

    Məşhur avstraliyalı letspleyçi və strimer, "MrDeadMoth" niki ilə tanınan 26 yaşlı Lyuk Ceyms Myundey Twitch platformasında canlı yayımda hamilə arvadını döyüb.
    "Fortnite" oyununun strimi zamanı xanımı Myundeyi şam yeməyinə çağırıb. "Gələcəyəm, bir qədər gözlə" deyən ərin sözlərinə görə, xanımı "Yemək soyuyur, at oyunu, gəl yemək ye" cavabını verib.
    Myundey yenə rədd cavabı verib. Mübahisə başlayıb, Myundey arvadına hücum çəkərək onu vurub.
    Kadr arxasında uşaq ağlamasının səsi gəlib, xanımın "Üzümə vurdun!" qışqırtısı eşidilib.

    Muxalifet - 11-12-2018

  17. ABŞ kəşfiyyatından 2019-cu il üçün DƏHŞƏTLİ PROQNOZ: Sərhədlərimizdə müharibə və...

    ABŞ-ın “MKİ-nin kölgəsi” adlandırılan “Stratfor” kəşfiyyat-analitik şirkəti 2019-cu illə bağlı proqnozların yer aldığı materialın ikinci hissəsini dərc edib.

    Publika.az xəbər verir ki, bu hissədə Yaxın Şərq və Şimali Afrika ilə bağlı proqnozlar yer alıb.

    Qeyd edilir ki, 2019-cu ildə bu regionlarda əsasən aşağıdakı tendensiyalar özünü göstərəcək.

    ABŞ-İran: toqquşmaya doğru

    Muxalifet - 11-12-2018

  18. İdmançı qızın FACİƏVİ SONU: "iPhone" səbəb oldu - FOTO

    Döyüş sənətləri çempionu 15 yaşlı Irina Rybnikova Rusiyadakı evinde ata istinadən xəbər verir ki, çempion qızın ölmünə səbəb “iPhone” olub. 
    Muxalifet.az xarici mətnuata istinadən xəbər veirr ki, Rybnikova vanna qəbul etmək üçün hama girib. Bu zaman onun əlində telefonu da olub. 
    Belə ki, o “iphone” telefonunu enerji yığması üçün elektrikə taxıb. Bir müddət sonra elektrikə taxılı olan telefon su ilə dolu vannanın içinə düşüb.  Bu da onun ölmünə səbəb olub. 

    Muxalifet - 11-12-2018

  19. Azərbaycanda bağça müəlliminin videosu yayıldı: Uşaqların yanında söyüş söyür – VİDEO

    Azərbaycanda daha bir bağça ilə bağlı qalmaqallı video yayılıb.
    Videoda bağça müəlliməsi olduğu deyilən qadın uşaqların yanında söyüş söyür. “İnstagram” sosial şəbəkəsində canlı yayım edən həmin şəxs istifadəçilərdən birinin yazdığı şərhə elə uşaqların yanındaca kobud söyüşlə cavab verib.
    Onun bu söyüşü birmənalı qarşılanmayıb və tənqidlərə səbəb olub.
    Həmin videonu təqdim edirik.
     

    Muxalifet - 11-12-2018

  20. 22 yaşlı gənci öldürən sürücü hadisə yerindən qaçdı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR – VİDEO

    Bakının Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    ARB TV xəbər verir ki, Tural İsmayılov idarə etdiyi "Mercedes" markalı avtomobillə avtobusdan düşüb yolu keçmək istəyən piyada, 22 yaşlı İlkin Zamanovu vurub.

    Zərbənin təsirindən piyada bir neçə metr kənara düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib, sürücü isə idarəetməni itirərək avtomobili işıq dirəyinə çıpıb. Dirək yerindən qoparaq aşıb. T.İsmayılov qəzadan sonra ərazidən qaçıb.

    Muxalifet - 11-12-2018

Pages