Axtarış

The search found 105860 results in 0.022 seconds.

Search results

  1. ​Türkiyənin Qara dənizlə bağlı strateji planı...

    Türkiyə Qara dənizdə güclənməyi sadəcə haqqı olaraq deyil, həm də labüd bir qərar olduğunu görür.
    Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Aleksandr Fitin deyib.
    O eyni zamanda əlavə edib ki, Ankaranın Trabzonda yeni hərbi-dəniz bazası yaratmaq qərarı strateji planın tərkib hissəsidir:
    “Türkiyənin dünyaya özünü regionun ən böyük və ə güclü ölkələrindən biri olaraq göstərir”.
     

    Muxalifet3 - 11-12-2018

  2. Türkiyədən ABŞ-a qəti XƏBƏRDARLIQ: Hərəkətə keçəcəyik!

    ABŞ-ın Suriyanın şimalında 35-40 minlik qruplaşmaya təlim verməsi ilə bağlı yayılan məlumatlara qarşı həssaslığımızı bildirmək istəyirəm.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.
    “Bunların heç birinin müsbət niyyətli yanaşma olduğunu görmürük. Heç kimin şübhəsi olmasın. Prezidentin qəti təlimatı var. Həmin an hərəkətə keçəcəyik”, - deyə sözçü bildirib.
     

    Muxalifet3 - 11-12-2018

  3. ​Tramp açıqladı: iki həftəyə...

    İki həftə ərzində Ağ Ev Aparatına yeni rəhbər təyin edəcəyəm.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
    O bildirib ki, hazırda bu posta namizəd olanlarla intervyü keçirir.
    Qeyd edək ki, hazırki aparat rəhbəri Con Kelli ilin sonuna kimi istefaya gedəcək.
     

    Muxalifet3 - 11-12-2018

  4. ​Layihə meneceri: TAP təbii qaz qiymətlərinə müsbət təsir göstərə bilər

    Transadriatik qaz kəməri (TAP) təbii qaz qiymətlərinə müsbət təsir göstərə bilər.
    Muxalifet.az trend-ə istinadən bildirir ki, bunu TAP-ın Albaniyadakı meneceri Mikele Elia deyib.
    O bildirib ki, 4,5 milyard avro ümumi dəyəri olan TAP dünyanın ən vacib infrastruktur layihələrindən biridir.

    Muxalifet3 - 11-12-2018

  5. ​Abort edən ananı hansı cəza gözləyir? - Vəkil

    Cinayət Məcəlləsinin 121-ci maddəsinə əsasən, ana yeni doğduğu körpəni doğuş vaxtı və ya doğuşdan dərhal sonra qəsdən öldürməsinə görə 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri axar.az-a Lənkəranda ananın bətnindəki körpəni dərmanla öldürməsinin cinayət tərkibli olub-olmaması barədə danışan hüquqşünas Səməd Vəkilov deyib. O bildirib ki, uşağın tələf edilməsində həkimin də əməli sübuta yetirilərsə, qanunla həmin şəxs də cəzalandırılır:

    Muxalifet3 - 11-12-2018

  6. ​Bin Ladenin yeni FOTOsu yayıldı

    Bir zamanlar dünyanın ən qatı terrorçusu olan Usamə Ben Ladenin gənclik şəkilləri yayılıb.
    Muxalifet.az xəbər verir ki, 30 il sonra dünyada 1 nömrəli terroçu  kimi tanınan Usamə Ben Ladenin əsl kimliyi o öldürüldükdən sonra bəlli oldu.  Dünyanın ən məşhur Oksford Universitetinin " İnşaat Mühəndisliyi " fakulitəsinə daxil olan Usamə Ben Laden nədənsə bu Universitetdə sona qədər təhsil almır. Sizə təqdim edəcəyimiz bu fotoda məhz həmin universitetin  birinci kurs tələbəsi olarkən çəkilib.  
    Usamə Ben Laden. 1971 ci il London.

    Muxalifet3 - 11-12-2018

  7. ​Azərbaycanlı gəncdən şəhidlərimizə hörmətsizlik...

    Şəhidlər xiyabanında "Əbədi məşəl" abidəsində akrobatik hərəkətlər edən gənclə bağlı polisə müraciət olunacaq.
    Bu barədə trend -ə Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindəki Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin müdiri Cavanşir Tağıyev deyib.
    C.Tağıyevin sözlərinə görə, həmin gənci ərazidəki kameralar vasitəsilə tapmaq mümkündür.

    Muxalifet3 - 11-12-2018

  8. ​Münaqişələrlə bağlı irəliləyiş yoxdur - ATƏT PA sədri

    Cənubi Qafqaz regionundakı mövcud münaqişələrlə bağlı vəziyyətdə irəliləyiş yoxdur. Bu isə təkcə region üçün deyil, Avropa üçün də ciddi təhlükə mənbəyidir.
    Bu sözləri azərtac -a müsahibəsində ATƏT Parlament Assambleyasının sədri Giorgi Tsereteli bildirib.

    Muxalifet3 - 11-12-2018

  9. ​Kilsədə qətliam törətdi və intihar etdi

    Braziliyanın San Paulo əyalətinin Kampinas şəhərində yerləşən kilsələrin birində baş verən silahlı atışma nəticəsində 4 nəfər ölüb, 3-ü isə yaralanıb.
    Muxalifet.az xəbər verir ki, cinayətkarın olayı ayin zamanı 2 silahla törətdiyi bildirilib.
    O, qətliamdan dərhal sonra intihar edib.
    Olayla bağlı araşdırma aparılır.
     

    Muxalifet3 - 11-12-2018

  10. ​Türkiyənin silah satışını kəskin artırmasının - Səbəbi

    Türkiyə haqlı olaraq silahlanma məsələsində ABŞ və NATO-dan asılılığı azaltmaq istəyir.
    Muxalifet.az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Problemləri İnstitutunun (SİPRİ) hesabatını şərh edən Koray Gürbüz bildirib.

    Muxalifet3 - 11-12-2018

  11. Facebook-da bomba həyəcanı!

    Facebook-un Menlo Park şəhərciyində Instagramı və Facebook işçilərinin yerləşdiyi bir bina bomba xəbərdarlığından sonra çərşənbə axşamı gecəsi boşaldılıb.
    Polis səhər 6.06-dan etibarən 200 Jefferson-dakı bir binanın tamamilə təxliyə edildiyini bildirib.
    Müxalifət.az

    Muxalifet3 - 12-12-2018

  12. İndi də “Qırmızı Jiletlər” ortaya çıxdı!

     Hollandiyada “Sarı Jiletlər”dən sonra indi də “Qırmızı Jiletlər” küçəyə çıxmağa hazırlaşır.
     
    “Qırmızı Jiletlər" tərəfindən sosial mediadan edilən açıqlamada, bazar günü Laklı şəhərində hökumət əleyhinə aksiya keçiriləcəyi qeyd olunub.
    Açıqlamada, Fransada başlayan “Sarı Jilet” aksiyalarının Hollandiyada ifrat sağçılar tərəfindən ələ keçirildiyi, bu səbəblə "Qırmızı Jiletli" hərəkatı başladığı ifadə edilib.

    Muxalifet3 - 12-12-2018

  13. “Huawei” şirkətinin rəhbəri şərti olaraq sərbəst buraxıldı

    ABŞ-ın İran sanksiyalarını dəldiyi üçün Kanadada həbs olunan Çinli texnologiya şirkəti “Huawei”-in maliyyə işlər direktoru (CFO) Mıng Vancounun 10 milyon Kanada dolları girov əvəzində şərtli sərbəst buraxılmasına qərar verilib.
     
    Beynəlxalq ictimaiyyətin və bazarların yaxından izlədiyi məhkəmə iclasında Kanadalı hakim Uilyam Ehrckendən Mıng-ın ABŞ-ın rəsmi ekstradisiya tələbini gözləyərkən şərtli olaraq buraxılmasına hökm edib.

    Muxalifet3 - 12-12-2018

  14. 9 ölkədə Türkiyəyə qarşı hərəkətə keçdilər

    “Gəzinti”, 17/25 dekabr və 15 iyul kimi təxribatları hazırlayan mərkəzlər yeni və daha böyük bir xaos planı üçün ilk addımı atıb. Mərkəzi Almaniyada yerləşən “Correctiv” adlı sözdə "jurnalistika mərkəzi”ndə başladılan maraqlı kampaniya Türkiyəyə qarşı qlobal qaralama oyununun göstəricisi olub. "Layihə” çərçivəsində daha əvvəl Türkiyəyə yönəlik böhtan bəyanları ilə diqqət çəkən 13 jurnalist kollektiv bir xəbər və sənədli filmə imza atıb.

    Muxalifet3 - 12-12-2018

  15. ​DƏHŞƏTLİ QƏTL: Kafedə silahı çıxardı və... - VİDEO

    Moskvanın cənub-şərqində yerləşən Lenin prospektindəki "Cənnət süfrəsi" kafesində üzərində odlu silah yarası olan kişi meyiti aşkar edilib.
    O, hazırda Rusiya paytaxtında "Yaxalama" planı çərçivəsində axtarılan naməlum şəxslər tərəfindən qətlə yetirilib.
    Silahlı insident Moskva vaxtı ilə təqribən 22:30-da baş verib. Hadisənin təfərrüatları məlum deyil. Ehtimal ki, atışma qəfil baş verən münaqişə zəminində olub./Publika

    Muxalifet - 12-12-2018

  16. “Qoymayın, üstümüzə Rasim gəlir” - armatur bazarında inhisarçı oyunları

    “Baku Steel Company” MMC-nin sahibi Rasim Məmmədov Azərbaycana idxal olunan armaturların keyfiyyətsizliyinə dair şayiələr yaydırır; monopoliyanı əldən verməmək üçün PR kampaniyasına start verilib; o, tikinti sektorunda ucuzlaşma yaradılmasına mane olmaqla, dövlətin siyasətini sabotaj edir

    Muxalifet - 12-12-2018

  17. ​Narkotik xalq artistinin nəvəsini QATİL ETDİ: Marixuana, paranoya, qorxu...

    Xəbər verdiyimiz kimi Bakıda dəhşətli cinayət hadisəsi baş verib. Dekabrın 11-nə keçən gecə saat 3 radələrində Nəsimi Rayon Polis İdarəsinə 21-ci polis bölməsindən 1988-ci il təvəllüdlü Bakı şəhəri Nəsimi rayonu, 381-ci məhəllə, Rəşid Behbudov küçəsi, ev 65, mənzil 51 ünvanında qeydiyyatda olmaqla yaşayan Taxveli Adelya Azər qızının naməlum səbəbdən yaşadığı ünvanda 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin eyvanından yerə düşərək ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Muxalifet - 12-12-2018

  18. ABŞ Türkiyəyə qarşı son “kozır”ını oynayır

    Türkiyənin cənubunda terror ünsürlərinə uzun müddətdir verdiyi dəstək ötən günlərdə ABŞ-ın baş qərargah rəisi Dunford-un "Suriyada YPG-lilərdən təşkil olunan 40 min SDG döyüşçüsünə hərbi təlim vermək istəyirik" sözləri ilə yeni bir ölçü qazandı.
     
    Bu günə qədər minlərlə TIR silah və sursatı terrorçulara göndərən ABŞ-ın bölgədə İsrail, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ilə qurduğu münasibətlər də çox sayda suallar yaradır.

    Muxalifet3 - 12-12-2018

  19. ​ŞOK: Azərbaycanda Baş nazirin işdən çıxarılan müavini intihar etdi - Foto

    Bu ilin iyun ayının 21-də vəzifəsindən uzaqlaşdırlan Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini Asəf Məmmədov intihar edib.
    Bildirilir ki, Asəf Məmmədov dekabrın 7-də evində özünü asaraq həyatına son qoyub.
    Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil. (azpolitika.info)

    Muxalifet - 12-12-2018

  20. “SABİQ DEPUTAT TORPAĞIMIZI ZORLA ƏLİMİZDƏN ALIB…” – “İcra başçısı da onun qarşısında aciz qaldığını etiraf etdi”

    Beyləqanın sabiq deputatı Ayaz Orucov  ilə icra hakimiyyətinin və hüquq-mqhafizə orqanlarının bacarmadığı iddia olunur

    “AzPolitika”ya müraciət edən Beyləqan Rayonu Əlinəzərli kənd sakini Əliyev Ruhid Məhəmməd oğlu rayonun sabiq deputatı Ayaz Orucov tərəfindən mülkiyyət hüququnun kobud şəkildə pozulduğunu iddia edib.

    Muxalifet - 12-12-2018

Pages