Axtarış

The search found 105860 results in 0.02 seconds.

Search results

  1. Nazirliyin əməkdaşları orada gecələr növbə çəkəcək... - HƏMIN "GİZLİ" MƏKANIN QAPILARI BAĞLANDI

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Abşeron rayonunda, Saray ərazisində yerləşən metaləritmə müəssisəsində operativ reyd keçirib, müəssisənin qapıları bağlanıb. Bu barədə virtualaz.org-a nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

    Muxalifet - 12-12-2018

  2. Fransada “Yeni il” bazarına silahlı hücum

    Fransanın Strasburq şəhərində Milad üçün qurulan bazarın yaxınlığında silahlı hücum təşkil olunub.
     
    Hücumda ilk gələn məlumatlara görə, 2 adam həyatını itirib, 11 nəfər də yaralanıb.
    Polis mənbələri yaylım atəşi şəklində olduğu ifadə edilən hücum nəticəsində 2 nəfərin həyatını itirdiyini, 11 nəfərin yaralandığını bildirib.
     
    Xalqa “evdən çıxmayın” xəbərdarlığı edilib
     

    Muxalifet3 - 12-12-2018

  3. ​Hacıbala Abutalıbov Heydər Əliyevi şeirlə andı - VİDEO

    Tarix sübut edib ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi, müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir.
    Muxalifet.az Real TV-yə istinadən xəbər verir ki, bu şəxsiyyətlər arasında Heydər Əliyevin də özünəməxsus yeri var.
    Bu gün hər kəs onu anır. Ulu öndərin xatirəsi Fəxri xiyabanda  yad edildi. Məzarı önünə əklil qoyuldu, gül dəstələri düzülüb.
    Baş nazirin müavini Hacıbala Abutalıbov isə Heydər Əliyevi şerlə anıb.

    Muxalifet - 12-12-2018

  4. Paşinyan ordusu ilə savaş DAHA ASAN OLACAQ

    Politoloq: “Ermənistan ordusu Paşinyana inanmır”

    Muxalifet - 12-12-2018

  5. ​ŞOK İDDİA: Rusiya və Çin “Şərqi Antanta” yaradır

    Rusiya və Çin bütün ziddiyətlərinə rəğmən, NATO və ABŞ-a müqavimət göstərəcək “Şərqi Antanta”nı formalaşdırırlar.
    Muxalifet.az Axar.az-a istinaden xəbər verir ki, bu iddia ilə “Hill” qəzetinin jurnalisti Cef Xoun çıxış edib.

    Muxalifet - 12-12-2018

  6. ​İlham Əliyev ailə üzvləri ilə birlikdə Heydər Əliyevin məzarını ZİYARƏT ETDİ

    Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
    Muxalifet.az-ın xəbərinə görə, Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xiyabana gəliblər.
    Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub.
    Azərbaycanın dövlət himni səsləndirib.

    Muxalifet - 12-12-2018

  7. ​Qubada əmisi gəlinini qaçırdığı üçün öldürülən oğlanla bağlı Yeni xəbər

    Quba rayonunda əmisinin gəlinin qaçıran Elşad Əsədovun qətlində ittiham olunaraq həbs edilən Zabit Yolçiyevin həbsdən azad edilməsi barədə verdiyi vəsatətə baxılıb.
    Quba rayon Məhkəməsində hakim Xəqani Tağıyevin sədrliyi ilə baş tutan prosesdə Zabit Yolçiyevin vəsatəti üzrə qərar elan edilib.
    Məhkəmə vəsatəti əsassız hesab edib və rədd olunması barədə qərar verib.

    Muxalifet - 12-12-2018

  8. Moskvada atışma: Ölən var

    Moskvanın cənub-qərbində kafelərdən birində atışma baş verib.
    Muxalifet.az rus mətbuatına istinadən xəbər verir ki, atışma nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.
    Bu barədə "Rusiya" qəzeti Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb. 
    Məlumata görə, hadisə ötən gün axşam saat 22:30 radələrində Lenin prospektindəki kafedə meydana gəlib.
    Yayılan videogörüntülərdə hadisənin bir neçə nəfər arasındakı mübahisədən sonra baş verdiyi qeyd olunub.
    Faktla bağlı istintaq başladılıb. Hadisənin səbəbləri araşdırılır. 

    Muxalifet - 12-12-2018

  9. Erməni politoloqun Elçibəylə bağlı bənzətməsinə SƏRT REAKSİYA

    Oqtay Qasımov: “Bu müqayisə olduqca qüsurludur”

    Rusiyalı politoloq, professor Andranik Miqranyan haqqin.az saytına müsahibəsində Nikol Paşinyanın fəaliyyəti ilə bağlı fikirlərini bildirib. Politoloq Paşinyanın missiyasını Azərbaycan xalq hərəkatının lideri Əbülfəz Elçibəyin missiyasına bənzədib. O bildirib ki, Paşinyan sizin Elçibəy kimidir.

    Muxalifet - 12-12-2018

  10. AFAQ ASLAN LOTU QULİYƏ GÖRƏ ƏSƏBİLƏŞDİ: “Əgər mən susuramsa…” – VİDEO

    Qalmaqallı müğənni Afaq Aslan Rusiya mediasına xəbərdarlıq  edib.
    Afaq Rusiya mediasının onun kriminal avtoritet “Lotu Quli” ləqəbli Nadir Səlifovla sevgili olmasına dair xəbərlər yazmasına etiraz edib. O, həqiqəti əks etdirməyən xəbərləri dərc edən xarici KİV-ləri məhkəməyə verəcəyini bildirib.
    “Mənim haqqımda yalan xəbərlər yazdığınız üçün hamınız qanun qarşısında cavab verəcəksiniz. Əgər mən susuramsa, bu o demək deyil ki, siz ağlınıza nə gəldi yaza bilərsiniz” , -deyə müğənni əlavə edib.

    Muxalifet - 12-12-2018

  11. Azərbaycanda bu işlə məşğul olanlara ŞAD XƏBƏR: 480 min manat ayrıldı

    Kənd Təsərrüfatı Nazirliyində arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

    Muxalifet - 12-12-2018

  12. Tramp İŞİD-a 30 gün vaxt tanıdı – YOX OLACAQLAR

    Ağ Evdə keçirilən və İraq ilə Suriyadakı azlıqların qorunması və dəstək verilməsini nəzərdə tutan qanunun imzalanması mərasimində çıxış edən Tramp,İŞİD-la bağlı diqqətçəkən ifadələr işlədib.
     
     ABŞ rəhbərliyinin İŞİD-la mübarizə və Suriyada nə qədər İŞİD üzvü qaldığına dair müxtəlif açıqlamalar verilsə də, Tramp etdiyi yeni açıqlama ilə diqqət çəkib.
     Terror təşkilatı İŞİD-ın regionda yaşayan hər kəsə qarşı çox pis işlər gördüyünü bildirən Tramp, "ölkəsinin bu təşkilata qarşı əvvəldən bəri qərarlı bir şəkildə mübarizə etdiyini" ifadə edib.
     

    Muxalifet3 - 12-12-2018

  13. ​Azərbaycan vətəndaşı Dağıstanda qətl törətdi

    Dağıstan Respublikasının Məhərrəmkənd rayonu ərazisində Azərbaycan vətəndaşı qətl hadisəsi törədib. Bu barədə Rusiya Federasiyasının respublika üzrə İstintaq Komitəsinin məlumatında deyilir.
    Bildirilir ki, 48 yaşlı azərbaycanlıya qarşı Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi üzrə cinayət işi açılıb.
    İstintaqın fərziyyəsinə görə, dekabrın 10-u yerli vaxtla saat təqribən 15:00-da şübhəli şəxs münaqişə zəminində 50 yaşlı rayon sakininin döş nahiyəsinə 3 bıçaq zərbəsi vurub. Zərərçəkmiş hadisə yerində ölüb.

    Muxalifet - 12-12-2018

  14. ​4211 ölü, 6940 yaralı, 10 milyon köçkün – ŞOK HESABAT

    İndoneziyada 1 yanvar-10 dekabr 2018-ci il tarixləri arasında baş verən 2 374 təbii fəlakətdə 4211 nəfər həlak olub.
    Muxalifet.az axar.az-a istinaden xəbər verir ki, bu barədə ölkənin Milli Fövqəladə Hallar Agentliyinin sözçüsü Sutopo Purvo Nuqroho danışıb.
    Məlumata görə, təbii fəlakətlər nəticəsində 6940 nəfər yaralanıb və təxminən 10 milyon insan ölkə daxilində yaşadığı ərazini dəyişməyə məcbur olub.

    Muxalifet - 12-12-2018

  15. ​Maştağada 26 yaşlı qız evində ölü tapıldı

    Bakıda evdən meyit tapılıb.
    Paytaxtın Maştağa qəsəbə sakini, 1992-ci il təvəllüdlü Nərmin Mustafa qızı Ələkbərovanın meyiti yaşadığı evdə aşkar edilib. Onun ölümünün səbəblərini müəyyənləşdirməkdən üçün müvafiq ekspertizalar təyin olunub.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 12-12-2018

  16. Arvadına 66 maşın alan məmur işdən ÇIXARILDI

    Rusiyada məmur həyat yoldaşına görə vəzifəsindən kənarlaşdırılıb.
    Muxalifet.az xəbər verir ki, bunu “Kommersant” nəşrinə müsahibəsində ölkənin baş prokuroru Yuriy Çayka bildirib. 
    O, qeyd edib ki, nəqliyyata nəzarət üzrə federal xidmətin məmuru barədə aparılan araşdırma zamanı məlum olub ki, həmin şəxs həyat yoldaşına 66 ədəd avtomobil alıb. Nəticədə adı açıqlanmayan məmur vəzifəsindən azad edilib.
    Baş prokuror qeyd edib ki, cari ilin doqquz ayı ərzində korrupsiya halları ölkəyə 46 milyard rubl məbləğində ziyan vurub. 

    Muxalifet - 12-12-2018

  17. Trampdan şahzadə bin Salmana dəstək açıqlaması

    Səudiyyə jurnalisti Camal Qaşıqçı-nın öldürülməsindən sonra yaşanan böhrana baxmayaraq ABŞ prezidentindən Səudiyyə şahzadəsinə dəstək ifadə edilib.
     
    Tramp Qaşıqçı-nın öldürülməsində vəliəhd şahzadənin rol alıb almadığı sualına cavab verməkdən çəkinib, ancaq Məhəmməd bin Salmanı (Mbs) dəstəklədiyini ortaya qoyan bu ana qədərki ən qəti ifadələrini istifadə edib.
     
    ÇOX YAXŞI MÜTTƏFİQ OLDULAR
     

    Muxalifet3 - 12-12-2018

  18. İşdən çıxarılan icra başçısının başı yenə dərddə - cinayət işi açıldı

    İbrahim  Mehdiyevə məxsus olduğu deyilən “İnsaat Konstruksiyaları MMC”-nin vəzifəli şəxslərinə qarşı cinayət işi başladı, səbəb...

    İnşaat sektorunda yol verilmiş qanun pozuntularının qarşısının alınması, bu sahədə aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birgə tədbirləri davam etdirir.

    Muxalifet - 12-12-2018

  19. ​SON DƏQİQƏ: Azərbaycanda vəzifəli şəxs QƏFİL ÖLDÜ - Foto

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin vəzifəli əməkdaşı vəfat edib.
    Qurumun tabeliyindəki 1 saylı LİQ-in direktor müavini Zakir Paşayev dünyasını dəyişib.
    AAYDA rəhbərliyi və kollektivi Z.Paşayevin vəfatı ilə bağlı başsağlığı yayıb./Publika

     

    Muxalifet - 12-12-2018

  20. ABŞ-ın müstəmləkə valisindən “Suriya” açıqlaması

    ABŞ prezidenti Donald Trampın İŞİD-la Mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makgurk ABŞ-ın Suriyada İŞİD-la mübarizədə əldə edilən nailiyyətlərin davamlılığını təmin etmək üçün "daxili təhlükəsizlik qüvvələri" qurulana qədər Suriyada qalmağa davam edəcəyini bildirib.
     
    Makgurk ABŞ-ın Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında İŞİD-la mübarizədəki son vəziyyətə dair açıqlama verib.
     
    “İŞİD-ı məğlub edib gedə bilmərik”
     

    Muxalifet3 - 12-12-2018

Pages