Axtarış

The search found 105860 results in 0.018 seconds.

Search results

  1. “Sarı Jiletlər”dən bomba iddia: Təcavüzün arxasında...

    Fransa bu iddia ilə çalxalanır. "Sarı jiletlilər" Fransa rəhbərliyinin şənbə günü keçirəcəkləri aksiyaya kölgə salmaq üçün Strasburq şəhərində dünən axşam baş verən silahlı hücumu təşkil etdiyini irəli sürüb.
     
    Təcavüzün prezidenti Emmanuel Makronun "sarı jiletli" etirazlarına dair verdiyi açıqlamanın ertəsi günü və şənbə günü keçirəcəkləri aksiyadan bir neçə gün əvvəl meydana gəlməsinin təsadüf olmadığını qeyd edən "sarı jiletlər", bu hücumu şənbə günü keçiriləcək aksiyaya kölgə salmaq üçün Fransa rəhbərliyinin təşkil etdiyini irəli sürüb.

    Muxalifet3 - 13-12-2018

  2. ​Masazırda 16 yaşlı qız itkin düşdü

    Abşeron rayonunun Masazır qəsəbəsində yeniyetmə qız itkin düşüb.
    Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, qəsəbənin Nizami küçəsində fərdi evdə yaşayan, 2002-ci il təvəllüdlü Şükürova Ramilə Ramin qızı dekabrın 9-da evdən çıxıb və bir daha geri qayıtmayıb.
    Məlumata görə, R.Şükürova sonuncu dəfə həmin gün axşam saatlarında paytaxtın Yasamal rayonu, Moskva prospektində görünüb.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 13-12-2018

  3. ​Cəbhədə gərgin gecə

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.
    Müdafiə Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Muxalifet - 13-12-2018

  4. Xəbəri alan Putin bütün kəşfiyyat başçılarını topladı

    Amerika Birləşmiş Ştatlarında Rusya adına casusluq etdiyi ittihamı ilə həbs olunan 29 yaşlı Mariya Butinanın xəbərini alan Rusiya lideri Putin, dərhal bütün kəşfiyyat başçılarını toplayıb.
     
    Rusiya prezidenti Vladimir Putin, Mariya Butinanın ABŞ-da magistratura təhsilini bitirməsindən qısa müddət sonra Rusiya adına casusluq etdiyi ittihamı ilə həbs olunduğunu öyrənincə, bütün kəşfiyyat rəhbərlərini topladığını deyib.
     
    Onun kim olduğunu soruşdum
     

    Muxalifet3 - 13-12-2018

  5. ​Sergey Lavrov Bakıya gəlir

    Dekabr ayının 14-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.
    Muxalifet.az xəbər verir ki, bu məqsədlə də Rusiyanın XİN rəhbəri Sergey Lavrov bu gün Bakıya səfər edəcək. Rusiyalı nazir sözügedən iclasda iştirak edəcək.
    İclas zamanı Azərbaycanın QDİƏT-dəki yarımillik sədrliyinin yekunları, nəqliyyat, energetika, kənd təsərrüfatı, elm, texnologiya və səhiyyə sahələrində əməkdaşlıq müzakirə ediləcək.

    Muxalifet - 13-12-2018

  6. Türkiyədə sürətli qatar qəzası ilə bağlı rəsmi açıqlama

    Ankarada bu gün səhər saatlarında baş verən Yüksək Sürətli Qatar qəzası ilə bağlı açıqlama verən Ankara valisi Vasip Şahin, qəzada ilk müəyyən olunan məlumatlara görə, 4 adamın öldüyünü, 43 nəfərin isə yaralandığını bildirib.
     
    Ankara valisi Şahin, qatar qəzasının Yüksək Sürətli Qatarın eyni marşrutda yol nəzarəti aparan bələdçi qatarla toqquşması nəticəsində meydana gəldiyini açıqlayıb.
    Müxalifət.az 

    Muxalifet3 - 13-12-2018

  7. ​Fatimə Fətəliyevanın prodüseri jurnalistə hədə-qorxu gəlir – VİDEO

    Rəqqasə Fatimə Fətəliyevanın ikinci həyat yoldaşı ilə olan fotosu qalmaqala səbəb olub.
    Məsələylə bağlı rəqqasənin prodüseri Aytac Bayramzadə open.az saytına hədə-qorxu dolu ismarışlar yollayıb.
    Rəqqasənin prodüseri xəbərin təcili silinməsini tələb edib.

    Muxalifet - 13-12-2018

  8. Yasamalın sabiq icra başçısı: “Canımla əlləşirəm, nə şirkət, nə tikinti...”

    İbrahim Mehdiyev: “Allaha and olsun, o tikinti işindən xəbərsizəm, heç bir aidiyyətim yoxdur”

    Muxalifet - 13-12-2018

  9. ​“Bizi çətin və maraqlı 90 dəqiqə gözləyir” - “Qarabağ”ın müdafiəçisi

    “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda səfərdə “Arsenal”la oyun öncəsi mətbuat konfransında fikirlərini bildirib.
    Muxalifet.az xəbər verir ki, 29 yaşlı futbolçu əllərindən gələni edəcəklərini deyib:
    ““Arsenal”ı xüsusi təqdim etməyə ehtiyac yoxdur. Sabahkı oyun nəticə baxımından ola bilər ki, o qədər də əhəmiyyət daşımır. Buna baxmayaraq, çalışacağıq ki, meydana çıxıb əlimizdən gələnin ən yaxşısını edək. Bizi çətin və maraqlı 90 dəqiqə gözləyir”.

    Muxalifet - 13-12-2018

  10. ​ABŞ Çinə qarşı MÜHARİBƏ elan edir - Dünya tikan üstündədir

    ABŞ prezidenti Donald Trampın hökuməti Çinə qarşı müharibə elan etməyə hazırlaşır.
    Bu çərçivədə nazirliklər və dövlət qurumlarında son qərarların verildiyi və ilk həmlənin ABŞ-ın Ədliyyə Nazirliyindən gələcəyi bildirilir.
    Vaşinqtonun hədəfindəki ilk qurum isə Çinin kəşfiyyat və təhlükəsizlik təşkilatı olan Dövlət Təhlükəsizlik Nazirliyidir.

    Muxalifet - 13-12-2018

  11. Gəncədə “şah” peyda olub, “Xəmsə bağı”nı öz sarayına qatmaq istəyir - FOTOLAR

    Gəncə şəhərinin mərkəzində, Nizami küçəsi ilə Vəli Xuluflu küçələrinin kəsişməsində yerləşən, “Xəmsə bağı” adlandırılan park yerli iş adamı tərəfindən işğal edilib. Elfak Əliyev adlı biznesmen bu parkda yerləşən ağacları kəsib, uşaq atraksionlarını dağıdaraq ərazidə obyekt inşa etdirməyə başlayıb. Muxalifet.az bildirir ki, bu barədə virtualaz.org saytının redaksiyasına Gəncə sakinlərindən müraciət daxil olub. Sakinlər parkın necə zəbt edildiyinə dair fotoları da təqdim ediblər. Belə ki, parkın qarşısında Elfak Əliyevə aid dəbdəbəli “Şah sarayı” restoranı fəaliyyət göstərir.

    Muxalifet - 13-12-2018

  12. ​Şəhid hərbi qulluqçulardan 1115-i üzrə 1509 vərəsəyə birdəfəlik ödəmə veriləcək

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiya növbəti iclasını keçirib.

    Muxalifet - 13-12-2018

  13. “ABŞ Türkiyəyə qarşı çıxarsa, dünya hakimiyyətini itirər”

    Türkiyədə Terror və Təhlükəsizlik mütəxəssisi Abdulla Ağar Fəratın şərqindəki terror təşkilatı PKK/YPG/PYD hədəflərinə qarşı keçiriləcək hərəkatla bağlı önəmli açıqlama verib.
    -Hərəkat prosesində ABŞ əsgərləri ilə Türk əsgərləri qarşı-qarşıya gələ bilərmi?

    Muxalifet3 - 13-12-2018

  14. ​Vüqar Əhmədə vəzifə verildi

    Tanınmış şair, professor Vüqar Əhmədə vəzifə verilib.
    Muxalifet.az-ın olke.az-a istinadən məlumatına görə, şair AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnsitutunun mətbuat tarixi və publisistika şöbəsinin müdiri təyin olunub. Bu barədə institutun direktoru, akademik İsa Həbibbəyli əmr imzalayıb.
    Qeyd edək ki, V.Əhməd iyirmidən artıq kitabın müəllifidir.

    Muxalifet - 13-12-2018

  15. ​Attestat almaq istəyənlərin nəzərinə - Sənəd qəbulu başa çatır

    Ümumi orta təhsil səviyyəsi (IX sinif) üzrə eksternat imtahanlarına sənəd qəbulu və qeydiyyat dekabrın 14-də başa çatır.
    Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Muxalifet.az-a verilən məlumata görə, ərizələri ŞTİ tərəfindən qəbul edilmiş eksternlər 20-21 dekabr tarixlərində saat 10:00-dan 16:00-dək 258 nömrəli tam orta məktəbdən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini əldə edə bilərlər.
    Qeyd edək ki, BŞTİ-nin əmrinə əsasən, eksternat imtahanları 25-26 dekabr tarixlərində paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq.

    Muxalifet - 13-12-2018

  16. İlham Rəhimov: “ÜAK-ın ləğvindən ən çox narahat olan prezident Əliyevdir”

    Hüquq elmləri doktoru, professor İlham Rəhimovun “Yeni Müsavat”a müsahibəsi

    -Professor, 2018-ci il sizin üçün həm ictimai, həm də şəxsi mənada nə ilə yadda qaldı?

    Muxalifet - 13-12-2018

  17. Gözlənilər açıqlama gəldi: İSTEFA EDƏCƏYƏM

    İngiltərədəki etimadsızlıq səsverməsindən öncə açıqlama verən baş nazir Teresa Mey “növbəti parlament seçkilərindən əvvəl istefa verəcəyəm” deyib.
     
    Mühafizəkar Partiyanın daxilindəki sərt “Brexit” tərəfdarlarının təşkil etdiyi Avropa Tədqiqat Qrupunun (ERG) rəhbərliyi altında toplanan etimadsızlıq məktublarının sayının 48-i keçməsilə, bu gün İngiltərənin baş naziri Mey üçün etimad səsverməsinə gediləcək.

    Muxalifet3 - 13-12-2018

  18. İsrail Səudiyyə Ərəbistanını müdafiə etdi

    İsrailin baş naziri Binyamin Netanyahu Camal Qaşıqçı cinayətinə dair verdiyi açıqlamada, "İstanbulda baş verənlər dəhşətlidir. Hər bir ölkə bu məsələ ilə bağlı nə edəcəyinə qərar verməlidir, amma Səudiyyə Ərəbistanında sabitlik pozularsa, təkcə Yaxın Şərqdə deyil, bütün dünyada sabitlik pozular" deyərək Səudiyyə Ərəbistanına dəstəyini ortaya qoyub.
     
    İsrail Mətbuat Ofisinin xarici mətbuat nümayəndələri üçün keçirdiyi yeni il görüşündə çıxış edən Netanyahu, gündəliyə dair məsələlərlə bağlı açıqlama verib.

    Muxalifet3 - 13-12-2018

  19. ​Ən qorxunc variant REALLAŞIR: ABŞ Türkiyə ilə müharibəyə "HƏ" DEDİ

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyada Fərat çayının şərqində hərbi əməliyyat təşkil ediləcəyi ilə bağlı açıqlamasına ABŞ Müdafiə Nazirliyi (Pentaqon) cavab verib.
    Pentaqon Suriyanın şimal-şərqində, xüsusilə, ABŞ əsgərlərinin yerləşdiyi bölgələrdə hər hansı təktərəfli addımın qəbuledilməz olduğunu bildirib.

    Muxalifet - 13-12-2018

  20. ​Azərbaycanda ŞOK HADİSƏ: 15 yaşlı qız qaçırıldı

    Bərdə rayonunda 15 yaşlı qız evlənmək məqsədi ilə qaçırılıb.
    Muxalifet.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Şorəlli kəndində baş verib.
    Belə ki, kənd sakini 2003-ci il təvəllüdlü Ş.H. həmyerlisi İsmayılov Habil Eyvaz oğlu tərəfindən evlənmək məqsədilə qaçırılıb.
    Hadisədən xəbər tutan qızın valideynləri dərhal polisə məlumat veriblər.
    Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları 8-ci sinif şagirdini qaçırmaqda şübhəli bilinən H.İsmayılovun saxlanılması üçün əməliyyat axtarış tədbirlərinə başlayıb.

    Muxalifet - 13-12-2018

Pages