Axtarış
The search found 105859 results in 0.035 seconds.
Search results
Anasını döyə-döyə öldürən oğuldan YENİ XƏBƏR
Anasını döyə-döyə öldürməkdə təqsirli bilinən Cəmil İslamovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Open.az-ın məlumatına görə, C. İslamovun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Mahmud Ağalarovun icraatına verilib. Məhkəmənin vaxtı yaxın günlərdə bəlli olacaq.Muxalifet - 13-12-2018
Azəri qızı Günelin SON HALI: Üz dolğu, şişirdilmiş dodaqlar - FOTO
Müğənni Azəri Günel Zeynalova sosial şəbəkədə paylaşdığı fotoları ilə izləyicilərini təəccübləndirib.
Muxalifet.az axşam.az-a istinadən bildirir ki, sənətçinin üzündəki dəyişikliklər izləyicilərin diqqətindən qaçmayıb. Belə ki, Günelin dodaqlarını daha da böyütdüyü, üzünə isə dolğu etdirdiyi yazılıb.
Sənətçi, eyni zamanda, saçlarında da dəyişiklik etdirib və kəkil kəsdirib. Günel yazılan tənqidlərin qarşısını almaq üçün paylaşımında şərh bölməsini bağlayıb.Muxalifet - 13-12-2018
Paşinyan Saakyanı İrəvana çağırdı
İrəvanda Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla Qarabağ separatçılarının başçısı Bako Saakyan arasında görüş olub.
Muxalifet.az xəbər verir ki, görüşlə bağlı Ermənistan hökuməti yox, qondarma rejimin “mətbuat xidməti” xəbər yayıb. Bildirilir ki, bir sıra məsələlər, o cümlədən “iki erməni respublikasının təhlükəsizliyi”, həmçinin 2019-cu ilin büdcəsi müzakirə edilib.Muxalifet3 - 13-12-2018
Qarabağ xanlığının silahları tapıldı - Foto
Ağdam rayonunda 3 əsrdən çox yaşı olan qədim döyüş silahları tapılıb.
Muxalifet.az-ın verdiyi məlumata görə, yerli sakinlər tərəfindən aşkar edilən qılınc, nizə və ox ucları rayon tarix diyarşünaslıq muzeyinə təhvil verilib.
Ağdam rayon Tarix Diyarşünaslıq Muzeyinin fond müdiri Xatirə Kərimova bildirib ki, Mahrızlı və Qaradağlı kənd sakinləri uzun illərdir evlərində saxladıqları qədim döyüş alətlərini muzeyə könüllü şəkildə təhvil veriblər. Hazırda həmin alətlər muzeydə eksponat kimi qorunub saxlanılır və nümayiş etdirilir.Muxalifet3 - 13-12-2018
Şagirdi ilə evlənən müəllim: Məni söyənləri mən də söyürəm - VİDEO
“El bizim, sirr bizim” verlişindən edilmiş çıxarış sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Görüntülərdə verilişin qonaqlarından biri - Mirismayıl Xələfli məktəbdə müəllim ola-ola yeddinci sinif şagirdi ilə evləndiyini bildirib.
Verilişin aparıcısı Elçin Əlibəylinin deyilənlərə reaksiyası isə kəskin olub.Muxalifet3 - 13-12-2018
Cavid Qurbanovun rəis qardaşı vəzifəsindən AZAD EDİLDİ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi işdən azad edilib.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, xidmətin rəisi İlqar Qurbanov səhhəti ilə əlaqədar işdən çıxarılması üçün ərizə yazıb. Onun yerinə Cavid Əbdülqədirov təyin olunub.
Qeyd edək ki, İlqar Qurbanov 2015- ci ildə sözügedən vəzifəyə təyinat almışdı.
Muxalifet4 - 13-12-2018
Azərbaycanlı sabiq icra başçısı azadlığa buraxıldı
Gürcüstanın Marneuli rayonunun sabiq rəhbəri, əslən azərbaycanlı Temur Abazov azadlığa buraxılıb.
Muxalifet.az-ın verdiyi xəbərə görə, bu barədə Rustavi Şəhər Məhkəməsi qərar qəbul edib.
Gürcüstanın Baş Prokurorluğundan T.Abazovun 10 min lari məbləğində girov müqabilində azad edildiyi bildirilib.
Qeyd edək ki, T.Abazov bu il iyunun 13-də Marneuli rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb. Günahı sübuta yetiriləcəyi təqdirdə, onu 5 ildən 10 ilədək həbs cəzası gözləyirdi.
Muxalifet3 - 13-12-2018
Tramp yeni il gecəsini ləğv etdi - Jurnalistlər pərişandır
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlər üçün hər il keçirilən ənənəvi yeni il gecəsini ləğv edib.
Muxalifet.az xəbər verir ki, buna səbəb kimi D. Trampın media ilə münasibətlərinin gərginləşməsi göstərilib.
Qeyd edək ki, bu tədbir on illərdir ki, təşkil edilirdi.
Belə tədbirlərdə təkcə KİV nümayəndələri deyil, digər tanınmış şəxslər də iştirak edirdi.
Muxalifet3 - 13-12-2018
Türkiyədən Paşinyana tərs sillə: ”Bunsuz heç vaxt...”
Ermənistan Türkiyə ilə diplomatik münasibətləri qurmağa hazırdır. Bir şərtlə ki, Dağlıq Qarabağla bağlı heç bir ilkin şərt irəli sürülməsin.
Bu haqda bu gün Ermənistan Baş naziri vəzifələrini müvəqqəti icra edən Nikol Paşinyan bəyan edib.
Məlumatı Muxalifet.az ТАСС-a istinadən yayıb.Muxalifet3 - 13-12-2018
Azərbaycan Rusiyanı eletrik enerjisi ilə təmin etdi
Dekabrın 12-də Rusiya enerji sisteminin Artyom-Mahaçqala elektrik verilişi xəttində baş vermiş qəza açılması ilə əlaqədar olaraq saat 8:52-dən 20:51-dək Azərbaycan enerji sistemi Rusiya enerji sisteminin Dağıstan enerji qovşağını (Dərbənd yarımstansiyası) 140-160 meqavat gücündə elektrik enerjisi ilə təmin edib.
“Azərenerji” ASC-dən bildirilib ki, enerji ixracı Azərbaycan ilə Rusiya arasında imzalanmış “Qəza vəziyyətində qarşılıqlı yardım Müqaviləsi” çərçivəsində həyata keçirilib.Muxalifet3 - 13-12-2018
İlham Əliyev Sergey Lavrovu qəbul etdi - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 13-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyini nümayəndə heyətini qəbul edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Muxalifet3 - 13-12-2018
Ölkəmizə gələn turistlərin sayı 6 faiz artıb
Ölkəmizə turistlərin axını davam edir. Turistlərin sayı 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz, bu ilin 11 ayında 6 faizdən çox artıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev dekabrın 13-də Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bildirib.Muxalifet3 - 13-12-2018
YPG türk əsgərini şəhid etdi
Suriyanın Afrin şəhərində YPG silahlıları tərəfindən açılan atəş nəticəsində Türkiyə hərbçisi həyatını itirib.
Muxalifet.az xəbər verir ki, bu barədə sputnik agentliyinin Türkiyə bölməsi məlumat yayıb.
Muxalifet3 - 13-12-2018
Ukrayna Rusiyaya doğru hücuma keçəcək - Zaxarova
Ukrayna ordusu yaxın günlərdə Donbasda cəbhə xəttindən hücuma keçə bilər.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O bildirib ki, Urkaynanın hədəfi qondarma Donetsk Xalq Cümhuriyyətinin nəzarətindəki Priazovye ilə Rusiya sərhədindəki ərazini ələ keçirməkdir.
Muxalifet3 - 13-12-2018
Rusiya-Gürcüstan yolu bağlandı: Azərbaycan avtomobilləri...
Gürcüstandan Rusiyaya gedən yeganə avtomobil magistralı - Yuxarı Lars yolu dekabrın 13-də bütün növ avtomobillər üçün bağlanıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Gürcüstanın müvafiq dövlət strukturları məlumat yayıb.
Məlumatda deyilir ki, hava şəraitinin kəskin dəyişməsi, güclü qar yağması, yolların buz bağlaması və dağlarda qar uçqunu səbəbindən yolda bütün növ avtomobillərin hərəkəti qadağan edilib.Muxalifet3 - 13-12-2018
Amerikalı yazar AÇIQLADI;: Rusiya və Çin...
Rusiya və Çin ABŞ-ın qoruduğu dünya düzənini dəyişdirmək niyyətindədir.
Muxalifet.az xəbər verir ki, bu sözləri “Vaşinqton Eksaminer” yazarı Tom Roqan öz məqaləsində yazıb.
Onun qeydlərinə görə, ABŞ-ın sayəsində dünya əvvəllər heç olmadığı qədər gözəlləşdi və amerikan kapitalizmi dünya insanlarının savaşa girmədən rifah şəraitində yaşamalarını təmin etdi.
“ABŞ sabitliyə və təhlükəsizliyə sadiq qalır. Yəmən xalqının ağrı-acılarını azaltmaq üçün səylər göstərir”.
Muxalifet3 - 13-12-2018
Bu çaylarda biogen çirkləndiricilərin miqdarı normadan çox olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə dekabr ayında növbəti monitorinq həyata keçirib.
Monitorinqlə bağlı verilən məlumata görə, dekabr ayının I ongünlüyündə Kür çayında suyun sərfi noyabr ayının III ongünlüyünə nisbətən 11 m3/san artaraq 235 m3/san təşkil edib.Muxalifet3 - 13-12-2018
“Bu halda Ermənistanın heç bir problemini köklü şəkildə həll etmək olmaz” — Deputat
"Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı prinsipial mövqeyini bir daha ortaya qoydu".
Muxalifet.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Millət vəkili qeyd edib ki, dövlətimizin başçısı Azərbaycanın heç bir zaman ərazi bütövlüyü prinsipindən əl çəkməyəcəyini və bütün torpaqlarının qaytarılması istiqamətində fəaliyyət göstərəcəyini bir daha bəyan etdi.Muxalifet3 - 13-12-2018
Nazir Azərbaycanla Qazaxıstan arasındakı ticarət dövriyyəsindən danışdı
"Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi cari ilin 9 ayı ərzində 65,6 faiz artıb".
Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Qazaxıstan Respublikasının müstəqilliyinin 27-ci ildönümü münasibətilə Bakıda təşkil olunan rəsmi qəbulda bildirib.
O, bu faktı iki qardaş ölkə arasında yüksək səviyyəli əməkdaşlıq əlaqələrinə dəlalət kimi dəyərləndirib.Muxalifet3 - 13-12-2018
ABŞ-dan Putinə sərt mesaj
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton ABŞ və Rusiya prezidentlərinin görüşünün keçirilməsinin şərtini açıqlayıb.
Muxalifet.az xəbər verir ki, o, Rusiya tərəfinin Ukrayna gəmilərini buraxmayanadək görüşün keçirilməsinin mümkün olmadığını vurğulayıb.
Bolton qeyd edib ki, Rusiya saxlanılan Ukrayna gəmilərini və gəmilərin ekipaj üzvlərini azad etməlidir.
Muxalifet3 - 13-12-2018