Azarkeşlər Bakı finalının ən yaxşısını seçdilər
30-05-2019 22:51
Baxış sayı:
7228

“Çelsi”nin futbolçusu Eden Azar Bakıda keçirilən Avropa Liqasının final oyununun ən yaxşı futbolçusu seçilib.
Muxalifet.az xəbər verir ki, belçikalı futbolçu adına UEFA-nın azarkeşlər arasında keçirdiyi sorğuya əsasən nail olub.
“Arsenal”la görüşdə 2 qol vurmuş Eden Azar səsvermədə komanda yoldaşları braziliyalı Emersonu, ispaniyalı Pedronu və fransalı Olivye Jirunu qabaqlayıb.
Xatırladaq ki, Eden Azar Bakı Olimpiya Stadionunda keçirilmiş oyunun da ən yaxşısı seçilib.