​Azov dənizində gərginlik - Ukrayna hərbçiləri ruslara atəş açdı

Baxış sayı:
8308

Ukrayna donanmasının Azov dənizində keçirdiyi hərbi təlimlərdə insident baş verib.
Muxalifet.az ölkə.az-a istinadən xəbər verir ki, təlimlərə 3 rus gəmisi yaxınlaşıb və ukraynalı hərbçilər atəş açıblar.
Ukrayna ordusu “Korvet” tipli zirehli hərbi gəmilərlə təlim keçirib. Təlimdə ssenariyə uyğun olaraq Kerç boğazına tərəf hərəkət edən gəmilərə 3 rus gəmisi yaxınlaşıb. Ukrayna hərbiçləri isə rus gəmilərinə əl qumbarası atıblar. Bundan sonra isə ukraynalı snayperlər uzaqlaşan rus gəmisinə atş açıblar.
Qeyd edək ki, təlimlər Ukrayna müdafiə nazirliyi tərəfindən təşkil edilib.