“Azərbaycan dövlətində dəyişiklik yavaş-yavaş başlayır” – HÜQUQ MÜDAFİƏÇİSİ

Baxış sayı:
5023

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təyin edilməsindən 1 il ötür.
Xatırladaq ki, Mehriban xanım Əliyeva 2017-ci il fevarlın 21-də Birinci vitse-prezident təyin olunub.
Bu müddət ərzində vitse-prezidentlik institunun strukturu formalaşıb, Birinci vitse-prezidentin Katibliyinin rəisi Altay Həsənov və onun müavinləri Mehdi Dadaşov və Fariz Rzayev, eyni zamanda Anar Ələkbərov, Yusuf Məmmədəliyev, Elçin Əmirbəyov, Gündüz Kərimov Birinci vitse-prezidentin köməkçiləri təyin olunub.
Ən önəmlisi odur ki, Birinci vitse-prezident Mehriban Əliyevanın komandası əsasən Qərbdə təhsil almış gənclərdən ibarətdir. Məhz ona görə Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi insanlarda ölkənin, xalqın gələcəyinə ümidləri artırmış, xalqın rifah içində yaşayacağı inamını yaratmışdı.
Əlbəttə, ötən 1 il ərzində müəyyən islahatlar həyata keçirilsə, bəzi nazirliklər birləşdirilsə də, hələ köklü islahatlara ehtiyac olduğu ortadadır. Belə ki, ölkənin təhsil, səhiyyə, sosial siyasətindəki çatışmamazlıqlar aradan qaldırılmayıb, işləyən əhalinin əməkhaqqı ilə bazar qiymətləri düzgün tənzimlənmir, eynilə insan haqqları məsələsində müəyyən problemlər mövcuddur, siyasi məhbus məsələsi həll olunmayıb, məhkəmələrdə süründürməçilik, ədalətsiz qərarlar davamlı olaraq qəbul olunur və. s.
Birinci vitse-prezident Mehriban Əliyevanın təyinatından 1 il ötməsi ilə əlaqdar Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Hurriyyet.org-a deyib ki, əvvala, Birinci vitse-prezidentin qadın olması onları çox məmnun edir: “İkincisi də, yəqin ki, Birinci vitse-prezidentin “otçot”u olacaqdır, bu bir il müddətində nələr edib, danışacaq. Birinci vitse-prezident tək Azərbaycanda yox, xaricdə də çox iş görür.
Üçüncüsü də, indiyə kimi, nə qədər dəyişikliklər olub, nazirlərin çoxunu çıxardıblar, cavanlaşdırırlar. Ondan başqa, bütün nazirliklərdə şəffaf işləmək üçün komitələr yaranıb. Onlar hələ ki, işləməyə başlamayıblar. Onları biz monitorinq edəcəyik, şəffaf işləyirlər, yoxsa işləmirlər. Biz heç bir komitədə iştirak etmirik, amma biz onların işinə baxırıq. Ədliyyə Nazirliyində komitə var, çox gözəl işləyir, mütamadi biz onlarla əlaqə saxlayırıq, məhbusların türmədən gələn sözlərini çatdırırıq, onlar da gedib həll edirlər. Yəni bunların hamısı tək Birinci vitse-prezidentin yox, həm də Prezidentin gördüyü işlərdir. Azərbaycan dövlətində dəyişiklik yavaş-yavaş başlayır. Mən ümid edirəm ki, Azərbaycanda ciddi dəyişiklik olacaq”.

“Kişilər nə iş görüblər ki?!”

“Sizcə, ötən bir il ərzində Birinci vitse-prezidentə olan inam özünü doğrultdumu” sualına N. Cəfəroğlu belə cavab verdi: “Qadınlar harada olur olsun, onlar inamı doğruldur. Kişilər nə iş görüblər ki?! İki ildən sonra görəcəksiniz nə işlər olub, inşallah”.

Muxalifet.az