“Azərbaycan Fransadan ƏDALƏT GÖZLƏMƏSİN” – Partiya sədri

Baxış sayı:
3919

Fransadan Dağlıq Qarabağ münaqişəsinin həll prosesində bitərəf mövqe gözləmək mümkün deyil.
Bunu Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib.
Partiya sədri hesab edir ki, erməni diasporunun fəal olduğu 5 dövlətdən biri kimi Fransa Azərbaycana münasibətdə də radikaldır:
 “Fransızlar dünya müsəlmanlarına müraciət imzalayıblar. 300-ə yaxın yazıçı, siyasətçi, ictimai fikrin aparıcı şəxsləri müqəddəs kitabımız “Quran”ın redaktəsini təklif ediblər. Avropa mədəniyyətinin beşiyində hesab edirlər ki, Məhəmməd peyğəmbər vasitəsilə bəşəriyyətə göndərdiyi kitabı senzuradan keçirmək olar.
Biz də onlardan demokratiya gözləyir, ədalət umuruq. Fransanın Əlcəzairdə törətdiyi soyqırımı, Liviyada sosializmi qurmuş, həmvətənlərinə rifah yaratmış Qəddafinin linç etməsini, Sarkozi və parlament üzvlərinin aldıqları rüşvətləri ört-basdır etmək üçün Liviyanı darmadağın etməsini xatırlamamaq mümkün deyil”.
Əli Əliyev hesab edir ki, müsəlman dövləti olaraq, Qarabağ məsələsini Fransaya həvalə etmək doğru deyil.