Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı açıqlandı
14-06-2019 11:12
Baxış sayı:
9016

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı açıqlanıb.
Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat idarəsindən verilən məlumata görə, Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş iyunun 20-də Vaşinqton şəhərində keçiriləcək.
Görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilir.