Azərbaycan vətəndaşı bu ölkəyə keçərkən saxlanıldı - Səbəb
26-02-2018 21:40
Baxış sayı:
4834

Azərbaycandan Gürcüstana qaçaq yolla tütün məhsulları keçirən Azərbaycan vətəndaşı “Qırmızı körpü” gömrük-buraxılış məntəqəsində saxlanılıb.
Muxalifet.az xəbər verir ki, məlumatı Gürcüstan Maliyyə Nazirliyi İstintaq xidməti yayıb.
Azərbaycan vətəndaşından “Mersedes” markalı avtomobildə xüsusi yerdə gizlədilən, bəyannamədə göstərilməyən 2,7 min dollara yaxın tütün məhsulu aşkarlanıb.
Faktla bağlı cinayət işi açılıb.
Azərbaycan vətəndaşı cərimə və ya 3 ildən 5 ilədək azadlıqdan məhrum edilə bilər.