Azərbaycan XİN Niderlandı Xocalı soyqırımına qiymət verməyə çağırdı
23-02-2018 18:55
Baxış sayı:
11293

Bakı "erməni soyqırımını" tanıyan Niderland parlamentinin Aşağı Palatasının qərarını əsassız hesab edir, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyevin şərhində deyilir.
Ermənistan ötən ilin 80-ci illərinin sonlarından etibarən dinc Azərbaycan əhalisinə qarşı çoxsaylı hərbi cinayətlər törədib.
"26 fevral 1992-ci il tarixində Ermənistanın hazırki hərbi-siyasi rəhbərliyinin komandanlığı ilə Dağlıq Qarabağda Azərbaycanın Xocalı şəhərinin sakinlərinə qarşı soyqırım həyata keçirilib", deyə o qeyd edib.
Niderland parlamenti ikili standartlardan imtina etməli və Xocalı soyqırımının 26-cı ildönümü ərəfəsində bu hadisələrə obyektiv qiymət verməlidir, deyə o qeyd edib.