Azərbaycanda 6 kredit ittifaqının lisenziyası ləğv olundu

Baxış sayı:
7552

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının qərarı ilə Azərbaycanda fəaliyyət göstərən 6 kredit ittifaqının lisenziyası ləğv olunub.
 
Muxalifət.az report-a istinadən xəbər verir ki, bunlar Lənkəran rayonundakı “AMB” və “Qala”, Beyləqan rayonundakı “Əlinəzərli”, İmişli rayonundakı “İlkin”, Naxçıvan şəhərindəki “Mey” və Gəncə şəhərindəki “Murad” kredit ittifaqlarıdır.
Son nəticədə ölkədə kredit ittifaqlarının sayı 76-dan 70-ə düşüb.