Azərbaycanda ayaqqabı ilə vurulan hakim vəfat etdi
27-08-2019 09:06
Baxış sayı:
5839

Azərbaycanda bir sıra qalmaqallı məhkəmə işlərinə hakimlik edən Mirpaşa Hüseynov vəfat edib.
“Yeni Sabah” xəbər verir ki, o uzun müddət məhkəmə-hüquq sistemində çalışıb və keçən il təqaüdə çıxıb.
M. Hüseynov vaxtilə məhkəmə iclaslarının birində ona ayaqqabı atılması ilə gündəmə gəlmişdi. Ruhani Abgül Süleymanovla bağlı 2012-ci ildə məhkəmə qərarını elan edən zaman prosesdə iştirak edən dindarlardan biri hakimə ayaqqabı atmışdı.