Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Tanınmış jurnalistin xanımı və qızı özlərini 10-cu mərtəbədən atdı - YENİLƏNDİ

Baxış sayı:
11338

Bakının Yasamal rayonunda intihar hadisəsi qeydə alınıb.
Teleqraf.com-un xəbərinə görə, rayon ərazisində ana və qızı yaşadıqları binanın 10-cu mərtəbəsindən özlərini atıb.
Nəticədə onların hər ikisi hadisə yerindəcə keçinib.
İntihar edən şəxslərin 1964-cü il təvəllüdlü Rübabə Allahverdiyeva və qızı, 1990-cı il təvəllüdlü Xədicə Allahverdiyeva olduğu müəyyən edilib.
İntihar edən şəxslər “Respublika” qəzetinin baş redaktorunun müavini İsmail Allahverdiyevin həyat yoldaşı və qızıdır.

***

14:08

Bakıda intihar olub.
Muxalifet.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Ana və qızı yaşadıqları binanın 10-cu mərtəbəsindən özlərini atıb. Nəticədə onların hər ikisi hadisə yerindəcə keçinib.