​Azərbaycanın tam hüququ var ki, Qarabağı... - Sabiq prezident

Baxış sayı:
3907

Azərbaycanın tam hüququ var ki, ölkəsinin ərazisinin 100 faizinə nəzarət etsin, amma təəssüflər olsun ki, hazırda yalnız 80 faizinə nəzarət edə bilir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Bolqarıstanın keçmiş prezidenti Rosen Plevneliyev altıncı Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Çoxluqlar azlıqlara qarşı” mövzusunda üçüncü panel iclasında çıxşı zamanı deyib.
O qeyd edib ki, buna bütün dünya diqqət yetirməli, münasibət bildirməlidir:
“BMT və digər beynəlxalq təşkilatlar iradə nümayiş etdirməlidirlər. Əsas məsələ dayanıqlı sülh yaratmaqdır. Bunun üçünsə birgə səy göstərmək lazımdır. Bir sıra ölkələrdə müsəlmanlara qarşı ayrı-seçkilik var. Bu, düzgün deyil. Müsəlmanlara qarşı münasibət dəyişməlidir. Mən çox sevinirəm ki, prezident olduğum müddətdə iftar süfrəsi açmışam. Real vəziyyət odur ki, sülh yaratmaq bizim özümüzdən asılıdır”.