​Azərbaycanlı futbolçu Çexiya klubuna getdi

Baxış sayı:
7090

Azərbaycanlı futbolçu Arzuman Rizvanov Çexiyanın yüksək liqasında mübarizə aparan "Bohemians" klubunun şərəfini qoruyacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə menecer Erkin İbrahimov öz "Facebook" profilində məlumat yayıb. "Neftçi"nin yetirməsi "Bohemians" ilə mövsümün sonuna kimi müqavilə imzalayıb.
Arzuman son 1,5 ili Çexiyanın "Banik" klubunda keçirib.