Azərbaycanlı jurnalist İRAQDA SAXLANILDI: “Sənədimi alıb, türmə kimi yerə salıblar” - FOTO

Baxış sayı:
4864

Azərbaycanın tanınmış jurnalistlərindən Səbuhi Məmmədli Bağdad Hava Limanında saxlanılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə jurnalist özünün feysbuk səhifəsində yazıb. O bildirib ki, İraqa xüsusi reportajlar hazırlamaq üçün gedib, lakin onu ölkəyə buraxmaqdan imtina ediblər. 
Jurnalistin sözlərinə görə, İraq sərhədçiləri onu niyə saxladıqları barədə heç bir məlumat vermirlər: "Pasportumu əlimdən alıb, məni burada türmə kimi yerə salıblar” – deyə, jurnalist bildirib. 
S.Məmmədli deyib ki, onun İraqa giriş üçün vizası olsa da, xarici jurnalist kimi viza almadığı üçün, ola bilsin, bu səbəbdən ölkəyə girişinə icazə vermirlər: "Mənimlə birlikdə 2 banqladeşli jurnalisti də İraqa buraxmırlar”.
Jurnalistin sözlərinə görə, böyük ehtimalla yaxın saatlarla onu ölkədən deport edəcəklər.