Azərbaycanlı kaskadyor prezident qızının filmində - FOTO
10-06-2018 15:14
Baxış sayı:
2095

Azərbaycanlı kaskadyor Fərhad Fərmanlı Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qızı Aliyə Nazarbayevanın filminə dəvət alıb.
Musavat.com-un verdiyi məlumata görə, tarixi mövzuda çəkilən “Tomris” filminin çəkilişləri bu ilin sonunda başa çatacaq.
“Bu yaxınlarda Qazaxıstana gedirəm. Bir neçə səhnədə çəkiləcəm. Filmin prodüsseri Qazaxıstan prezidentin kiçik qızı Aliyə Nazarbayevadır. Tarixi mövzuda çox uğurlu bir filmin alınacağına inanıram. Və ona da inanıram ki, oynadığım səhnəylə Los-Ancelesdəki Dünya Kaskadyorlar Akademiyasının mükafatını da alacam”, - deyə Fərhad Fərmanlı bildirib.