​Bağdadda dəhşətli PARTLAYIŞ: 7 ölü, 16 yaralı

Baxış sayı:
7570

İraqın paytaxtı Bağdad şəhərində partlayış baş verib.
Muxalifət.az xəbər verir ki, partlayış nəticəsində 7 nəfər həlak olub.
Məlumata görə, partlayış paytaxtda yerləşən parklardan birində baş verib. Kamikadze tərəfindən partlayış nəticəsində həmçinin 16 nəfər yaralanıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları terrorçunu parka daxil olan vaxtdan izləsələr də, partlayıcı qurğunu işə salmasının qarşısını ala bilməyiblər.