Bakı Gömrük İdarəsi məlumat yaydı
16-03-2018 23:12
Baxış sayı:
3502

20-26 mart 2018-ci il tarixlərində iş günü olmadığına görə 17 mart 2018-ci il tarixində Bakı Baş Gömrük İdarəsi tam iş günündə fəaliyyət göstərəcək.
Bu barədə Bakı Gömrük İdarəsindən daxil olan məlumatda bildirilib.
Qeyd edək ki, qeyri-iş günlərində Bakı Baş Gömrük İdarəsinə idxalı gözlənilən və həmin günlər ərzində tez xarab olma ehtimalı yarana biləcək mallara görə gömrük ödənişlərinin Bakı Baş Gömrük İdarəsinə müraciət edilərək qabaqcadan ödənişin olduğu təsdiqlənərsə, qeyri-iş günlərində də qeyd olunan mallar sərbəst dövriyyə proseduruna uyğun olaraq gömrük rəsmiləşdirilməsinə buraxıla bilər.