Bakı metrosunda təhlükəli anlar
15-06-2019 10:43
Baxış sayı:
5181

Axşam saatlarında Bakı metrosunda qatarların birində texniki nasazlıq yaranıb və vaqonlardan birinin qapısı açıq qalıb.
Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, hadisə axşam saatlarında metronun "Həzi Aslanov" stansiyası istiqamətində hərəkət edən qatarlardan birində qeydə alınıb:
"Belə ki, "28 May" stansiyasından "Gənclik" stansiyasına doğru hərəkət edən qatarlardan birinin qapısında problem yaranıb. Qatar bir stansiyada texniki nasazlıq səbəbindən qapısı açıq şəkildə hərəkət edib. "Gənclik" stansiyasında bu problem aradan qaldırılıb və qatar hərəkətinə davam edib".