Bakı-Qazax yolunda sərnişin avtobusu aşdı – ÇOXLU SAYDA XƏSARƏT ALAN VAR
1-06-2018 13:23
Baxış sayı:
5800

Bakı-Qazax yolunda sərnişin avtobusu aşıb.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonun Atbulaq qəsəbəsi ərazisində qeydə alınıb.
Çoxyerli avtobusun “KamAZ” markalı yük maşını ilə toqquşaraq aşdığı bildirilir.
İlkin məlumata görə, çoxlu sayda xəsarət alan var.