​Bakı-Quba yolunda ağır qəza: ölənlər var

Baxış sayı:
1942

Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.
Muxalifet.az-ın verdiyi məlumata görə, VAZ-2106 markalı avtomaşınla "KamAZ” markalı avtomaşın toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Deformasiyaya uğrayan maşından meyitləri çıxarmaq üçün Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu cəlb olunub.
Faktla bağlı araşdırmalar aparılır.