Bakıda 24 yaşlı gəlin itkin düşdü - ƏRİ ONU AXTARIR
27-03-2019 18:50
Baxış sayı:
10447

Bakıda gənc qadın itkin düşüb.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, hadisə Xətai rayonu ərazisində qeydə alınıb.
Sabirabad rayon sakini, 1995-ci il təvəllüdlü Elman Azay oğlu Mustafayev polisə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan həyat yoldaşı, 1995-ci il təvəllüdlü Gülay Mustafa qızı Quliyeva martın 26-da Xətai rayonu, Naximov küçəsi, ev 35, mənzil 21-dən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.