Bakıda bir-birinə bitişik 3 obyekt yandı

Baxış sayı:
2817

Paytaxtda yanğın hadisəsi qeydə alınıb.

FHN-dən verilən məlumata görə, şəhərin Yasamal rayonunda ümumi sahəsi 200 m² olan taxta konstruksiyalardan ibarət tikililərin (kafe, çayxana, dönərxana kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisindəki əşyalar 80 m² sahədə yanıb.

Tikililərin qalan hissəsi və yaxınlıqdakı binalar yanğından mühafizə olunub. Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.