Bakıda ölüm HADİSƏSİ: 21 yaşlı oğlan 10-cu mərtəbədən yıxılıb oldü
21-05-2019 16:49
Baxış sayı:
18814

Bakıda 21 yaşlı oğlan 10-cu mərtəbədən yıxılaraq ölüb. Muxalifet.az Metbuat.az-a istinadən xəbər verir ki, hadisə dünən saat 15:00 radələrində baş verib. 21 yaşlı Ağstafa rayon sakini Yusifov Yusif Aydın oğlu Nərimanov rayonu, Əliəşrəf Əlizadə 45 ünvanında yerləşən tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsindən yıxılaraq ölüb. Məlumat əsasında məhkəmə-tibbi və məhkəmə-texniki ekspertlərinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, meyitin daxili müayinə edilməsi təmin edilib. Fakt üzrə cinayət işi başlanılaraq ibtidai istintaqın aparılması rayon prokurorluğuna həvalə edilib.