Bakıda qanunsuz agac kəsən şəxsi polis saxladı
24-02-2018 11:58
Baxış sayı:
3565

Bakıda qanunsuz ağac kəsən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fevralın 22-də gecə saatlarında paytaxtın Nizami rayonunun Q.Qarayev prospekti ev 59-un qarşısında 4 ədəd küknar ağacı kəsilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılıb.
24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə ağacları qanunsuz kəsməkdə şübhəli bilinən Bakı şəhər sakini Rüfət Novruzov müəyyən edilərək saxlanılıb.