Bakıda qəza: Avtomobillər toqquşdu
18-06-2019 10:24
Baxış sayı:
5278

Ötən gün axşam saatlarında Bakının Nizami rayonu ərazisində zəncirvari qəza baş verib.
Report xəbər verir ki, paytaxtın Qara Qarayev prospektinin Şirin Mirzəyev (“Q.Qarayev” metrosu) və R.Rüstəmov (“Neftçilər” metrosu) küçələri arasında yerləşən hissəsində təqribən 5 minik avtomobili toqquşub.
Qəza zamanı xəsarət alan olmasa da, maşınlara ciddi ziyan dəyib.