​Bakıda sürət həddi aşağı endirildi

Baxış sayı:
760

Heydər Əliyev prospektində (Mərdəkan körpüsünədək) bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev qeyd edib. O bildirib ki, sürət həddi mövcud hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə endirilib.