Bakıda yanan binadan son görüntülər - VİDEO/FOTOLAR
25-02-2019 15:07
Baxış sayı:
4519

Bakıda yaşayış kompleksində baş verən yanğın davam edir.
Muxalifet.az bildirir ki, ONA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Səfahət Mehdiyev küçəsində yerləşən 24 mərtəbəli yaşayış kompleksində baş verən yanğının söndürülməsinə 5 yanğınsöndürən maşın cəlb edilib.
Yanğın baş verən binanın sakinləri təxliyə edilir.
Yanğınla bağlı əraziyə 5 təcili tibbi yardım briqadası cəlb olunub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın ONA-ya verdiyi məlumata görə, hadisə yerində tüstüdən zəhərlənmiş bir neçə nəfərə ilkin tibbi yardım göstərilib, onların həyati təhlükəsi yoxdur.