Bakıda zəncirvari qəza - Prospektdə tıxac yarandı
26-02-2019 18:32
Baxış sayı:
7759

Bakının Ziya Bünyadov prospektində 5 avtomobilin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib.
Muxalifet.az ona-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 17:50 radələrində 3-cü mikrorayon dairəsindən Ziya Bünyadov prospektinə gedən tuneldə qeydə alınıb. Qəza nəticəsində bir neçə nəfər yüngül xəsarət alıb.
Qəza ilə əlaqədar sözügedən prospektdə tıxac yaranıb.