Bankdan 1 milyon manatdan çox pul çıxaran hakerin istintaqı başa çatıb –Məhkəmə
4-06-2018 18:13
Baxış sayı:
7914

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Elektron hesablayıcı maşınların (EHM) sisteminin və ya onların şəbəkələrinin istismarı qaydalarını pozmaqda və oğurluqda təqsirləndirilən Moldova vətəndaşı Sergey Petroviçinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Muxalifət.az apa-ya istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının tamamlandığı elan edilib.
Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.
Buna görə proses iyunun 11-dək təxirə salınıb.
Qeyd edək ki, Azərbaycan Respublikasından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qrup tərəfindən ölkə banklarının kompyuter sisteminə internet şəbəkəsi vasitəsilə qanunsuz müdaxilə edilməsi, pul vəsaitlərinin köçürülməsi, bankomatlardan təmassız pul çıxarılması və sair əməliyyatlarla ümumilikdə 3.000.000 (üç milyon) manatdan artıq vəsaitin oğurlanması faktı üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində başlanılan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri çərçivəsində Cinayət Məcəlləsinin 177.3.2 və 273.4-cü maddələri ilə aparılan cinayət işi üzrə ifşa edilmiş beynəlxalq kibercinayətkar qrupun üzvü, xarici ölkə vətəndaşı Petroviçi Sergey Aksentiyeviç beynəlxalq axtarış üzrə məhkəmə prosesləri nəticəsində saxlanılaraq 2017-ci il dekabrın 30-da Azərbaycana ekstradisiya edilib.
İttihama görə, o, bankomatlara kart daxil etmədən 2017-ci ilin 12-15 iyul tarixində 1 milyon 464 min 50 manat məbləğində pul çıxarıb.