“Barselona” futbolçusunu satdı
28-05-2019 14:01
Baxış sayı:
4561

İspaniyanın “Eybar” klubu heyətini yeni futbolçuyla gücləndirib. La Liqa təmsilçisi “Barselona”dan Mark Kukurellanı transfer edib. Bu barədə “Eybar”ın rəsmi saytı məlumat yayıb. 20 yaşlı müdafiəçiylə imzalanan müqavilənin detalları açıqlanmayıb. “Barselona”nın aşağı yaş qrupları üzrə komandalarında çıxış edən Kukurella, geridə qalan mövsümü icarə əsasında “Eybar”da keçirib.