Baş nazir şüşə divara çırpıldı - VİDEO
17-12-2019 21:12
Baxış sayı:
3765

Tiflisdə bu gün keçirilən Gürcüstanın xarici ölkələrdəki səfirlərinin illik konfransında kuryoz hadisə yaşanıb. "Report" xəbər verir ki, tədbirdə iştirak edən Gürcüstanın Baş naziri Giorgi Qaxaria toplantı zalını tərk etmək istəyib. Bu zaman o, şüşədən olan divarı sezməyərək ona başı ilə yüngül çırpılıb. Jurnalistlərin bu hadisəni müşahidə etməsini görən hökumət başçısı gülümsəyib.