Bayramqabağı örnək davranış: Borc dəftərini satın aldı
29-05-2019 08:26
Baxış sayı:
4435

Türkiyədə Müstəqil Sənayeçi və İşadamları Dərnəyinin (MÜSİAD) sədr müavini Əhməd Şəkərli Şırnakda bir dükanın borc dəftərini satın alıb.
Əhməd Şəkərli gəldiyi heyətlə daha sonra Şırnak Valiliyinin əməkdaşları ilə şəhərin Nuh Məhəlləsində təşkil edilən proqramda, Ramazan Bayramından əvvəl əhaliyə qida yardımı paylayıb.
BORC DƏFTƏRİNİ 12 MİN LİRƏYƏ SATIN ALDI
Eyni məhəllədə bir dükana girən Şəkərli, təxminən 12 min lirəlik əhalinin borcu olduğu dəftəri satın alıb.
Şırnak ilə Cizrə quru yolu üzərində olan hərbi bazanı ziyarət edən heyət, Silopi mahalında iftar proqramına qatılıb.
Müxalifət.az