BDU-nun 18 yaşlı tələbəsi QƏTLƏ YETİRİLDİ
12-02-2019 22:30
Baxış sayı:
2734

Şirvan rayonunda qətl hadisəsi törədilib.
"Report"un məlumatına görə, hadisə Heydər Əliyev prospektində baş verib.
Belə ki, 2001-ci il təvəllüdlü Fətullayev Rəşad Rauf oğlu atasının çalışdığı mağazanın qarşısında 2001-ci il təvəllüdlü Adıgözəlov Amil Mahir oğlu tərəfindən bıçaqlanıb. R.Fətullayev aldığı xəsarətdən hadisə yerində ölüb. Qətli törədən şəxs ərazidən qaçıb.
Qeyd edək ki, R.Fətullayev BDU-nun tələbəsidir.
Faktla bağlı araşdırma aparılır.