BİR AYA 15 FAİZİ TƏMİZLƏNDİ - "NÖVBƏ ƏSƏDƏ ÇATACAQ DEYİRDİLƏR..."

İndi Əsəddən imdad diləyirlər
Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, Türkiyənin təhlükəsizlik mütəxəssisi Abdullah Ağar cəmi bir ay ərzində 372 yaşayış məntəqəsinin yerləşdiyi Afrin bölgəsinin 15 faizinin terrorçulardan təmizləndiyini söyləyib. Ağar PKK/PYD terror təşkilatının idarəçilərinin “Zeytun budağı” əməliyyatından əvvəl Bəşər Əsəd hökumətini təhdid elədikləri halda, indi ondan mədət uman vəziyyətə düşmələrini bildirərək deyib: “Ortada çox böyük bir nailiyyət var. Əməliyyatın digər bir uğur meyarı da PKK/YPG-nin artıq rejimdən mədəd istəmək həddinə çatmasıdır. Hələ dünən “Növbə Əsəd rejiminə də gələck deyirdilər. Türkiyə ordusunun əzmi ilə iradəsi, imkan və qabiliyyəti, 1984-cü ildən bəri topladığı terrorla mübarizə tcrübəsi, planlaşdırma-nəzarət-koordinasya və tətbiq eləmək bacarığı kimi amillər əməlyyatın parametllərini təşkil edir”.
Ağar əməliyyatın uğurla davam etdiyini qeyd edərək deyib: “Afrin ətrafındakı 365 kənd, kəndətrafı məntəqə və 7 nahiyə ilə birlikdə 372 yaşayış məntəqəsi var. İndiyə qədər bunların 15 faizi alınıb. Fiziki olaraq 15% olsa da, psixoloji olaraq 51% qalib olduğumuzu hesab edirəm. 300-320 kvadrat kilometrlik sahə ələ keçirilib. TSQ irili-xırdalı 90-95 yüksəkliyi olan və təqribən 300 kv km ərazini əhatə edən Cudi dağı kimi məhtəşəm və çətin ərazini ələ keçirib”.