Bir dəqiqədə nə qədər insan miqrant olur?
24-02-2018 20:36
Baxış sayı:
3646

Dünyada bir dəqiqə ərzində 20 insan miqrant olur.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türk Qızılay Cəmiyyətinin sədri Kərəm Kırık deyib. O bildirib ki, müharibələrin qarşısının alınması üçün olan mexanizmlər bu gün müharibələrin yaranmasına, onların həll vaxtının uzadılmasına və mənfi nəticələrə səbəb olur:
“Dünyada 250 milyon miqrant var. Bunlardan silah gücü ilə öz evlərini məcbur tərk edən, bizim qaçqın dediklərimizin sayı isə 65.5 milyondur. Bu gün müharibə olmasın deyə qurulan beynəlxalq təşkilatların bu məsələ qarşısındakı acizliyini izləyirik”.