Bir neçə saat sonra Suriya-Türkiyə müharibəsi BAŞLANIR - Dövlət televiziyası BƏYAN ETDİ

Baxış sayı:
15313

Suriyanın hökumət gücləri bir neçə saat içində Afrin bölgəsinə girəcək. 
Bu barədə "Röyters" agentliyi Suriya dövlət televiziyasına istinadən bildirib. 
Türkiyənin "Habertürk" nəşri isə yazıb ki, hökumət güclərinin bu gün axşam saat 18:00 radələrində Afrinə girməsi gözlənilir. rejim güclərinin bir həftə ərzində 52 kritik nöqtədə, bu gün və sabah isə 4 nöqtədə yerləşdirilməsi gözlənilir. Dəməşqin şərtinə görə, PYD terror təşkilatı ağır silahları rejim qüvvələrinə təhvil verməlidir. 
Ekspertlərə görə, rejim qüvvələrinin Afrinə girməsi onların Türkiyə ordusu ilə qarşı-qarşıya gəlməsinə səbəb ola bilər.